Microsoft Word 1 Xocali Yaqub m-son doc



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə39/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   35   36   37   38   39   40   41   42   ...   52

 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
136
Daşnak partiyasının iki illik hakimiyyətini qiymətləndirən er-
məni müəllifi B.Boryan qeyd edirdi ki,"erməni siyasi xadimləri dövlət 
hakimiyyətini ölkəni idarə etmək üçün deyil, müsəlman əhalisini qır-
maq və onun əmlakını talamaq üçün qurmuşdular”
1
. Beləliklə, daşnak 
hökümətinin təhminən 30 aylıq hakimiyyəti dövründə (28 may 1918-
29 noyabr 1920-ci illər) İrəvan quberniyasının yerli müsəlman əhalisi-
nə qarşı  həyata keçirdiyi soyqırım siyasəti nəticəsində quberniyanın 
Ermənistanın nəzarətində olan sərhədlərində cəmi 10 min nəfər müsəl-
man qalmışdı
2
. Erməni müəllifi A.Lalayanın qeyd etdiyi kimi Ermə-
nistanda müsəlmanların sayı 77 % azalmışdı.
3
  
2013-ci il sentyabrın 18-də Quba Soyqırımı Memorial Komplek-
sinin açılışında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İl-
ham  Əliyev 1918-1920-ci illərdə Azərbaycan xalqının başına gətirilən 
faciələrə toxunaraq qeyd etmişdir: “Bakıda, Quba qəzasında, Şamaxıda, 
Qusarda,  İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, 
demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı 
törədilmişdir. Sovet dövründə  təbii ki, tarix təhrif edildiyi üçün bu 
həqiqətlər bizdən gizlədilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. 
Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər 
sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr 
ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. 
Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. 
Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir 
ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”.
4
 Azərbaycan 
Respublikasının Prezidenti İlham  Əliyev dəfələrlə  çıxışlarında bu gün 
Ermənistan adlanan dövlətin məhz tarixi Azərbaycan torpaqlarında, 
keçmiş İrəvan xanlığının ərazilərində yarandığını xüsusi vurğulayaraq, 
tezliklə azərbaycanlıların bu torpaqlara qayıdacağını bildirmişdi
5

 
                                                 
1
 Борьян Б. А. Армения, международная дипломатия и СССР. В 2 томах. Том 
1. М-Л.: 1928, с.83. 
2
 Нифталиев И. Указ. работа, с. 86. 
3
 Лалаян А.А. Контрреволюционная роль партии Дашнакцутюн // ИзвестияАН 
Азербайджанской ССР. Серия Истории, философии и права,1990, № 1, c.63. 
4
 “Azərbaycan”qəzeti, 2013, 19 sentyabr. 
5
 “Azərbaycan”qəzeti, 2014, 7 avqust. 


 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
137
 
1918-1920-Cİ İLLƏRDƏ AZƏRBAYCANIN  
TÜRK-MÜSƏLMAN ƏHALİSİNİN SOYQIRIMI BRİTANİYA 
KİTABXANASININ ARXİV SƏNƏDLƏRİNDƏ 
 
Nigar Gözəlova 
Tarix elmləri üzrə fəlsəfə doktoru 
 
Britaniya kitabxanasının fondlarında saxlanılan arxiv sənədləri 
1918 - 1920-ci illərdə Bakı, İrəvan və Gəncə (Yelizavetpol) quberni-
yalarının ərazisində erməni quldur dəstələrinin və Ermənistanın silahlı 
qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı əks etdirən 
mühüm mənbələrdir. Bu qiymətli sənədlər Azərbaycan tarixinin indi-
yədək öyrənilməmiş, yaxud da xüsusi məqsədlərlə saxtalaşdırılmış 
məsələlərinin obyektiv araşdırılması üçün geniş imkanlar açır. Onların 
elmi dövriyyəyə ilk dəfə daxil edilməsi həmin sənədlərdə 1918-1920-
ci illərdə azərbaycanlıların soyqırımı ilə bağlı ehtiva olunan bilgilərin 
tarixşünaslığımız üçün dəyərini daha da artırır. Çünki, Britaniya kitab-
xanasının fondlarında saxlanılan sənədlər Britaniya imperiyasının yük-
sək rütbəli məmur və  səlahiyyətliləri tərəfindən imzalanmış bir çox 
“tamamilə  məxfi” raportlar və yazışmalarından ibarətdir. Bu raport-
larda və daxili yazışmalarda 1918-1920-ci illərdə Cənub Qafqaz regio-
nunda yaşanan hadisə və proseslər haqqında Britaniya təmsilçilərinin 
gerçək dəyərləndirmələri öz əksini tapmışdır və  məhdud sayda ali 
hakimiyyət nümayəndəsi üçün nəzərdə tutulmuşdu. 
1918-ci ildə Cənubi Qafqaza müdaxilə ərəfəsində Böyük Brita-
niya hökuməti yerli xristianlara, hər şeydən öncə də ermənilərə böyük 
ümidlər bəsləyərək, Osmanlı ordusunun Qafqaza yürüşünün qarşısının 
alınmasında onlara bel bağlayırdı. Öz növbəsində erməni siyasətçiləri 
ingilispərəst təbliğat xəttini tuturdular. Lakin tezliklə, Britaniya arxiv 
sənədlərindən məlum olduğu kimi, ingilis komandanlığı dərk etməyə 
başlamışdı ki, ermənilərin dəstəklənməsi və onlara kömək göstərilmə-
si Böyük Britaniyanın türk-müsəlman əhalisinə münasibətdə siyasəti-
nə ağır ziyan vurur. Belə ki, kapitan Noel 1918-ci il 22 yanvar tarixli 
məlumatında Azərbaycanda ingilislərə münasibətin pisləşməyə doğru 
dəyişməsi haqqında xəbər verirdi. O, yazırdı: “Mən 6 həftə öncə orada 
olarkən tatar (azərbaycanlı – N.G.) icmasının liderləri bizlərə münasi-
bətdə açıq şəkildə dostyana əhval-ruhiyyədə idilər. Fəqət indi, Bakıya 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
138
qayıtdıqdan sonra mən aşkar etdim ki, onların davranışı yerini şübhə-
liliyə  və pis gizlədilən düşmənçiliyə vermişdi. Bu, aşağıdakılar ilə 
izah olunur: 1) Bizim erməni mənafelərinə üstünlük verməyimiz haq-
qında rəy geniş yayılmışdır; 2) Ermənilər bu təəssüratı gücləndirir və 
ondan sərbəst şəkildə öz xeyirləri üçün istifadə edirlər; 3) Erməni milli 
alayının formalaşmasına verilən prioritet. Mən güman edirəm ki, bu, 
rus baş qərargahının bizim erməniləri dəstəklədiyimiz və müsəlmanla-
ra güvənmədiyimiz haqqında görüşlərinə uyğundur. Mənim rəyimə gö-
rə, belə bir siyasət yanlışdır və ehtimal ki, fəlakətə  gətirib çıxaracaq. 
Müsəlmanların maraqları, onları qulaq ardına vurmağın imkansız oldu-
ğu qədər güclüdür, ələlxüsus da rus ordusunun tezliklə dirçəlməsinə 
ümidlərin son dərəcə cüzi olduğu bir zamanda... Tatarlar (azərbaycanlı-
lar – N.G.) Rusiyaya rəğmən özlərinin milli hərbi bölmələrini formalaş-
dıracaqlar, və yaxşı olardı ki, bu bizim himayəmiz altında baş versin”.
1
  
Təsədüfi deyil ki, 1918-ci ilin fevralın sonunda müsəlman qəza-
ları Qafqaz ərazisinə ingilis qoşunlarının müdaxiləsinə qarşı  Cənubi 
Qafqaz Seyminə öz etirazlarını bildirdilər və ingilis nümayəndələri ilə 
danışıqları kəsməyi tələb etdilər.
 
1918-ci ilin qanlı mart olayları ingi-
lislərin ermənilərdən azərbaycanlılara qarşı istifadə edilməsi siyasəti-
nin səhv olması qənaətini daha da möhkəmləndirdi. Bəlli olduğu kimi, 
həmin hadisələr gedişində bolşevik-daşnak silahlı birləşmələri tərəfin-
dən Bakı quberniyası ərazisində müsəlman əhalisinin soyqırımı həyata 
keçirilmişdi. Hindistandakı Böyük Britaniya qoşunlarının baş


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə