Microsoft Word 191 Azerbaijan Independent Islam and the State azeri doc



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix30.10.2018
ölçüsü0,61 Mb.
#76427
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 11

 

 

III.



 

MÜSTƏQİL MÜSƏLMAN 

İCMALARI 

Sayının az olmasına baxmayaraq rəsmi məscidlərdən 

daha çox dindar cəlb etməyə müvəffəq olan və, bəzi 

hallarda, artıq adları çəkilən xarici təşkilatlarla əlaqəli 

olan, müstəqil dini qruplardan Azərbaycan höküməti 

narahatdır. Müstəqil müsəlman icmaların  əksəriyyəti 

Şeyxulislam Allahşükür Paşazadə  tərəfindən idarə 

olunan QMİ-nin dini hakimiyyətini tanımır və, bu 

icmaların yalnız bir neçəsi qeydiyyatdan keçməyə 

müvəffəq olub. 

Müstəqil İslamı əsasən İlqar İbrahimoğlunun başçılıq 

etdiyi Cümə  Məscidi ilə  əlaqəli şiə icmasına və  Əbu 

Bəkr məscidinin axundu Qamət Süleymanovun rəhbərlik 

etdiyi sələfi icmasına bölmək olar. Bir neçə digər kiçik 

icma özlərinin yaratdığı ibadət evlərində  və  şəxsi 

mənzillərdə görüşürlər. Müstəqil sufi və ya nurçu qruplar 

da, həmçinin fəaliyyət göstəririr və hökümət tərəfindən 

sıxışdırmarların qurbanı olduqlarını iddia edirlər.  



A.

 

S

ƏLƏFİ 

Q

RUPLAR

 

Tez-tez təhqiramiz  şəkildə “vəhhabi” adlandırılan 

sələfilərin sayı xüsüsilə Bakıda və ölkənin  şimalında 

davamlı şəkildə artmışdır. Ümumi götürsək, şimaldakı 

sələfilər İslama münasibətdə daha radikal yanaşmaya 

meyllidirlər.  



1.

 

Bakı  

Qamət Suleymanov Mədinədə  təhsil almış mötəbər 

bir imamdır və 1998-ci ildən  Əbu Bəkr məscidinə 

rəhbərlik edir. Məscidinin  İİDC-nın dəstəyi ilə inşa 

edilməsinə baxmayaraq, Qamət Süleymanov həmin 

hərəkatla artıq  əlaqələrin olmadığını deyir. Məscidin 

2002-ci ildə qeydiyyatdan keçməsinə baxmayaraq, 

Süleymanov QMİ  tərəfindən təsdiqlənməmiş, lakin 

ona dözümlə yanaşılır və o məscid camaatı tərəfindən 

seçilmiş faktiki imam kimi fəaliyyət göstərir.

103

 O, 


siyasətdən uzaq olduğunu iddia edir və xütbələrində 

tərəfdarlarını höküməti tənqid etməməyə çağırır. Hər 

cümə günü böyük sayda saqqallı  gənc artıq 

ziyarətçilər üçün balacalaşan məscidin içində  və 

çölündə ibadət edirlər.

104


 Həftə  ərzində isə bir çox 

 

 



103

 Böhran Qrupunun müsahibəsi, Qamət Süleymanov, Bakı, 

yanvar 2008. Məscid icması imamı seçə bilər, lakin QMİ-nin 

o şəxsi təsdiq etmək hüququ vardır. 

104

 Süleymanov deyir ki, mühüm dini mərasimlərdə 12,000 



insanı yerləşdirə bilən məsciddə, həftə ərzində 7,000 inanclı 

ibadət edir, “Əbu Bəkr dini icmasının rəhbəri Qamət 

Süleymanov: mən Vəhhabi deyiləm”, Today.az, 30 avqust 2006. 

insan gündəlik namazlarını burada qılır. Məscidin 

zirzəmisi tünd geyimli və nigablı qadınlar üçün ayrılıb. 

Süleymanovun ardıcıllarından bəziləri  İçəri  Şəhərdə 

yerləşən və daha da kiçik olan Ləzgi məscidində 

ibadət edirlər ki, burada da hər cümə yüzlərlə adam, 

onların arasında azərbaycanlı, çeçen, türk və  ərəb, 

küçədə, xalçaların üzərində namaz qılırlar. Hər iki 

məsciddə  təsiredici dindarlıq hiss edilir. Əbu Bəkr 

icmasının gənc üzvü belə deyir: “Bu cür pak inanclılarla 

bərabər olmaq dini daim öndə saxlamağa kömək 

edir”


105

 Cavan  kişi və qadınların bir çoxu Bakının 

rusdilli ziyalı təbəqəsini təmsil edir: sələfi ədəbiyyatının 

xeyli hissəsi yalnız rus dilində mövcuddur.  

Əbu Bəkr məscidinə  nə  səbəbdən gəlməsi sualına 

İlahə belə cavab verir:  

Allah bizi İslam yoluna istiqamətləndirir. Bir neçə 

il  əvvəl mən daxili boşluq hiss etdim. Əbu Bəkr 

məscidi haqqında çox eşitmişdim və bir gün ora 

getdim. Mətbuatda hamının yazdığına  əks olaraq 

burada terrorçular deyil, ağıllı və yaxşı təhsil almış 

insanları görməyimə  təəcübləndim. Sonra bu 

məscidə daha müntəzəm getməyə başladım və 

daha çox ədəbiyyat oxudum. Bu məsciddə  mənə 

İslamın dolğun əsaslarını oyrətdilər.

106


 

Əbu Bəkr məscidinə  gələnlərin ictimai ünsiyyət 

imkanları  və bura gələn dindarların gənc olması 

buranı çox cəlbedici edir və, bir çoxlarının etiraf 

etdiyi kimi, sələfiliyə qoşulmaq qərarını verərkən bu 

amil həlledici rol oynamışdır. “Yaşlı imamlardan 

ölüm qoxusu gəlir. Onlar yalnız yas mərasimlərinə 

yarayır və onların məscidlərinə yalnız yaşlılar gedir. 

Mən onlara müraciət etdikdə, heç bir suallımı 

cavanladıra bilmədilər”, deyə İlahə əlavə edir. 

Siyası baxışlardan daha çox şəxsi motivasiya bir 

çoxlarını  sələfiliyə  cəlb edir. Süleymanovun digər 

gənc tərəfdarı Dilbər buna belə yanaşır: “Bilirsiniz, 

mənim ailəm, azyaşlı oğlum, işim var və digər şeylər, 

xüsusilə  də siyasət haqqında, düşünməyə vaxtım 

yoxdur”.


107

 İlahə  əlavə edir ki: “Sünnədə yazılıb ki, 

əgər hökümət inanclılara hörmət edirsə, bizim 

hakimiyyətə qarşı  çıxmaq haqqımız yoxdur”. Qamət 

Süleymanov dəfərərlə bunu öz tərəfdarlarına söyləyir. 

 

 



105

 Böhran Qrupunun müsahibəsi, Əbu Bəkr icmasının üzvü, 

Bakı, sentyabr 2007. 

106


 Böhran Qrupunun müsahibəsi, İlahə (əsl adı deyil), Əbu 

Bəkr icmasının üzvü, Bakı, sentyabr 2007.  

107

 Böhran Qrupunun müsahibəsi, Dilbər (əsl adı deyil), Abu 



Bəkr icmasının üzvü, Bakı, sentyabr 2007. 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə