Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə24/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   20   21   22   23   24   25   26   27   ...   141

71 

1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 

1984-cü ildən Əməkdar incəsənət xadimi, 1985-ci il-

dən  Əmək veteranıdır. H.Billuri 2000-ci il noyabrın 

22-də Bakıda vəfat etmişdir.

 

 



Ədəbiyyat 

 

Seçilmiş əsərləri /H.Billuri .- Bakı: Azərnəşr, 1981.- 343 s. 

Apar məni o yerlərə /H.Billuri.- Bakı: Yazıçı, 1981.- 124 s. 

Bir də bahar gəlsə /H.Billuri.- Bakı: Yazıçı, 1984.- 280 s. 

Çinar gözləyir məni /H.Billuri.- Bakı: Azərnəşr, 1975.- 120 s. 

Şeirlər /H.Billuri.- Bakı: Yazıçı, 1980.- 265 s. 

Məhəmmədhüseyn Şəhriyar /H.Billuri.- Bakı: Elm, 1984.- 156 s. 

Nə qəribə dünya imiş /H.Billuri.- Bakı: Azərbaycan, 1997.- 223 s. 



 

İnternetdə 

www.adam.az 

www.az.wikipedia.org 

www.science.gov.az 



 

Bəybala  Ələsgərov 


72 

 

Yaşar Vahid oğlu Qarayev 



 

1936-cı il mart ayının 5-də Şəki şə-

hərində xırda sənətkar ailəsində ana-

dan olmuşdur. 1946-cı ildə Qarayev 

ailəsi Bakıya köçür. O, burada 31 

saylı şəhər orta məktəbini bitirmişdir.  

1954-1958-ci illərdə ADU-nun 

(indiki BDU) Filologiya fakültəsin-

də təhsil almışdır. 1987-ci ildə Azərbaycan EA Niza-

mi adına Dil və  ədəbiyyat  İnstitutunda baş laborant, 

kiçik elmi işçi, baş elmi işçi, sonra Nəzəriyyə və ədəbi 

proses  şöbəsinin müdiri, institutda elmi işlər üzrə di-

rektor müavini, həmin şöbəyə başçılıq etməklə yanaşı, 

institutun direktoru vəzifəsində işləmişdir. 

Ədəbi  fəaliyyətə 1955-ci ildə “Lenin tərbiyəsi uğ-

runda” və “Azərbaycan gəncləri” qəzetlərində  çıxan 

ilk ədəbi qeydləri ilə başlamışdır. Bundan sonra müa-

sir ədəbi prosesə, teatr tənqidinə, bədii ədəbiyyatın di-

gər problemlərinə dair elmi-nəzəri məqalələri ilə dövri 

mətbuatda müntəzəm çıxış etmişdir.  

Onun məqalə  və kitabları 1976-1991-ci illərdə 

“Yaşar”, ”Q.Yaşar”, “Y.Qarayev” imzaları ilə  dərc 

olunmuşdur. Azərbaycan Yazıçılar  İttıfaqının Tənqid 

və  ədəbiyyatşünaslıq  şurasının rəhbəri olmuşdur. 

1990-cı ildən Ali Attestasiya Komissiyasının, Azər-

baycan Milli Yaradıcılıq Akademiyası Rəyasət Heyə-

tinin üzvü və humanitar bölməsinin həmsədri, Azər-

baycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən tən-

qid və ədəbiyyatşünaslıq üzrə)  seçilmişdir. Həmçinin, 

1993-cü ildən Azərbaycan-

da daimi fəaliyyətdə olan 

Şəhriyar konqresi komitəsi-

nin sədri, “Ədəbi proses” 

adlı illik elmi-tənqidi məc-

muənin təşəbbüsçüsü, mü-

əlliflərindən biri və  məsul 

redaktoru olmuşdur. M.Qor-

ki adına Dünya Ədəbiyyatı 

İnstitutunun  hazırladığı 

doqquz cildlik “Dünya ədə-

biyyatı tarixi”, “Çoxmillətli 

Sovet  ədəbiyyatı tarixi (in-

qilaba qədərki dövr)” və 

Nizami adına  Ədəbiyyat 

İnstitutunun hazırladığı 

yeddi cildlik “Azərbaycan 

ədəbiyyatı tarixi” monu-

mental  əsərlərin müəlliflə-

rindən biri idi. Respublika-

nın elmi və  ədəbi-mədəni 

inkişafında fəal çalışmış, 

“Dünya  ədəbiyyatının inki-

şaf qanunauyğunluqları” 

problemi üzrə  əlaqələndir-

mə şurasının sədri, Ədəbiy-

yat  İnstitutu elmi şurasının 

sədri, Memarlıq və  İncəsə-

nət  İnstitutunun, Türkmə-

 

Mart  


 

75 illiyi 

Yaşar Qarayev 

    1936-2002 

 

 

 



 

Tənqidçi 




73 

nistan EA Dil və  Ədəbiyyat  İnstitutu elmi şurasının, 

Azərbaycan Dövlət nəşrkomu yanında redaksiya he-

yətinin, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin, 

Mədəniyyət Nazirliyi bədii şurasının, “Yazıçı” nəşriy-

yatının bədii şurasının, “Azərbaycan” və “Ulduz” jur-

nalı redaksiya heyətinin, “Bilik” cəmiyyəti redaksiya 

heyətinin, ensiklopediya elmi redaksiya heyətinin üz-

vü olmuşdur. Eyni zamanda SSRİ Yazıçılar  İttifaqı 

Rəyasət Heyəti yanında Tənqid və  ədəbiyyatşünaslıq 

şurasının, Azərbaycan Yazıçılar İttifaqı M.F.Axundov 

adına mükafat komissiyasının üzvü olmuşdur.  

Yaşar Qarayev XX əsr tənqidinin yeni mərhələsinə 

və nəslinə mənsubdur. Bu mərhələ ötən əsrin 60-cı il-

lərindən sonra başlayır və indi də, yəni yeni əsrin baş-

lanğıc dövründə  də davam edir. Tənqidin bu nəslini 

və mərhələsini öz yaradıcılığında, öz tənqidçi təfəkkü-

ründə və şəxsiyyətində təmsil edən şəxs barədə düşü-

nəndə isə, heç şübhəsiz, ilk olaraq biz Yaşar Qaraye-

vin adını  çəkməli oluruq. Yaşar Qarayev tənqidin bu 

mərhələsini, onun problemlərini və istiqamətlərini, 

ədəbi-estetik və milli dəyərlər sistemini öz tənqidində 

daha dolğun və mükəmməl bir şəkildə, bütöv bir sis-

tem halında əks edən tənqidçi olmuşdur.  

1994-cü ildən “Füzuli 

vəqfi” fondunun rəyasət he-

yətinin üzvü kimi fəaliyyət 

göstərmişdir. 

O, 1982-ci ildə Azərbay-

can Dövlət mükafatı laureatı 

və    Azərbaycanın  Əməkdar 

elm xadimi fəxri adlarına 

layiq görülmüş, 1985-ci 

ildə professor, 1990-cı ildə 

Azərbaycan Milli Yaradıcı-

lıq Akademiyasının həqiqi 

üzvü, 2002-ci ildə Azərbay-

can Milli Elmlər Akademi-

yasının müxbir üzvü seçil-

mişdir. 


2002-ci il  avqustun 25-

də  vəfat etmiş, Fəxri Xiya-

banda dəfn edilmişdir. 

 

Ədəbiyyat 

 

Xarıbülbülün nağılı /Y.Qarayev.- Bakı: Azərnəşr, 1994.- 56 s. 



Şərqin dahisi  /Y.Qarayev; red. İ.Vəliyev.- Bakı: Azərbaycan Ensiklopediyası, 

1996.- 52 s.  

Tarix: yaxından və uzaqdan /Y.Qarayev.- Bakı, 1996.- 710 s. 

Yaşar Qarayev: Biblioqrafik göstərici /red. Z.Əliyeva, tərt. ed. Ə.Əfəndiyev.- 

Bakı: Elm, 2001.- 215 s.  

Paşayev, Q. Ədəbiyyatşünaslıq elmimizin iftixarı /Q.Paşayev //Ədəbiyyat.- 

2007.- 16 mart.- № 9.- S.5.  

Məmmədova,  İ. Görkəmli alimin barelyefi açılmışdır /İ.Məmmədova 

//Azərbaycan.- 2007.- 13 may.- S.5. 

 

Nailə Alışova 




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə