Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə32/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   28   29   30   31   32   33   34   35   ...   141

96 

darda sualtı mina istehsal etmək üçün sifariş vermiş və 

bu məqsədlə o, Sampsonyevsk körpüsünün Peterburq 

tərəfində daha iri mexaniki zavod tikdirmişdi. Həmin 

zavodda sualtı minalar istehsal etməklə yanaşı digər 

böyük işlər də yerinə yetirilirdi. Məsələn, Kazan baş 

kilsəsi üçün düzəldilmiş metal məhəccərlər və 

çərçivələr, Kronştadt emalatxanasından ötrü avadanlıq 

və dəzgahlar, müxtəlif metal borular, evlər üçün dam 

örtüyü dəmirləri məhz Emmanuel Nobelin zavodunda 

hazırlanmışdı.  

O, 1853-1856-cı illərdə Krım müharibəsi zamanı iri 

sifarişlər qəbul etmişdi. Burada ingilis-fransız hərbi 

donanmasının hücumu gözlənilən Kronştadt və 

Sveabord qalası üçün intensiv surətdə mina hasarları 

düzəldilməyə başlanmışdı. Hətta Baltik dənizi sahil-

lərinin minalanmasında Emmanuel Nobelin özü və 

onun böyük oğlu Robert də iştirak etmişdi. Bu fədakar 

işlərə görə imperator I Nikolay tərəfindən Emmanuel 

Nobel “Rus sənayesinin inkişafında səylə  işlədiyinə 

görə” qızıl medalı ilə təltif edilmişdi.  

Krım müharibəsi  Rusiya üçün müvəffəqiyyətsiz 

olmuş, hərbi sifarişlər tədricən azalmış, Çar Rusiyası 

bir çox avadanlıqların, mexanizmlərin xaricdə hazır-

lanmasına üstünlük vermişdi. Beləliklə  də, zavod ha-

vadan “asılı” vəziyyətdə qalmışdı. Zavodun xərci 

ödənmədiyindən onu müflisləşmiş elan etmişdilər. 

Bütün vəsaitini itirən Emmanuel Nobel 1858-ci ildə 

Stokholma qayıtmış, sonra isə  oğlanları Alfredi və 

Rusiyada doğulub böyümüş Emil-Oskarı yanına dəvət 

etmişdi. Robert və Lüdviq zavoda qoyulan xərcin heç 

olmasa bir hissəsini qaytarmaq üçün Rusiyada qalmış-

dılar. 

Emmanuel Nobel İsveçə 



qayıtdıqdan sonra oğlanları 

ilə birlikdə partlayıcı mad-

dələr istehsal edən kiçik bir 

zavod yaratmış və orada iş-

ləməyə başlamışdı. 

1864-cü il sentyabrın 3-

də Stokholmu güclü part-

layış bürümüşdü. Nobellə-

rin yeni zavoduna göndə-

rilməyə hazırlanan 100 ki-

loqram nitroqliserin binanı 

darmadağın etmiş  və qalıq-

ların altında bütün işçilər 

fəlakətə  uğramışdılar. Al-

fredin kiçik qardaşı, 21 yaş-

lı Emil-Oskarın da faciə za-

manı işçilərlə birlikdə həlak 

olması  xəbərini atasına 

çatdıranda o iflic olmuşdu. 

Düz 8 il Emmanuel Nobel 

yataqda həmin vəziyyətdə 

yaşamışdı. 

Böyük ixtiraçı, bacarıqlı 

və  işgüzar sahibkar olan 

Emmanuel Nobel öz ailə-

sinə demək olar ki, heç bir 

vəsait qoymadan 1872-ci 

ildə 71 yaşında Stokholmda 

vəfat etmişdi. 

 

Ədəbiyyat 

Mirzəyev, M.A.  Nobelçi fiziklər /M.A.Mirzəyev.-Bakı: Nasir, 2004.- 75 s. 

Mahmudov, C. Nobel qardaşları  və Azərbaycan neft sənayesində onların 

sahibkarlıq fəaliyyəti /C.Mahmudov //Bakı nefti, neft milyonçuları  və Nobel 

qardaşları.- Bakı, 2006.-S.175-177. 



Rus dilində 

Ипполитова, Н.В. Династия Нобелей /Н.В.Ипполитова.-Тамбов: МИНЦ, 

2002.-112 с.                                                                    

 Samirə   Eminova      




97 

                                 

     Ruhulla Fətulla oğlu Axundov 

(Sidqi Ruhulla) 1886-cı il mart ayı-

nın 28-də Bakının Buzovna kəndin-

də müəllim ailəsində dünyaya göz 

açmışdır. İlk təhsilini kənddə, molla 

məktəbində alan Sidqi Ruhulla son-

ra Bakıda tacir şagirdi işləmişdi. On 

dörd-on beş yaşlarında “Kosa-kosa” 

xalq oyunlarında, şəbih tamaşalarında çıxış etmişdi. 

  İlk dəfə Hüseyn Ərəblinskinin quruluş verdiyi 

Nəcəf bəy Vəzirovun “Adı var, özü yox” tamaşasında 

Telli rolunda çıxış etmişdir. 

 Aktyor  Namiq  Kamalın “Vətən” dramındakı Sidqi 

rolunda böyük uğur qazandığına görə  həmin adı 

özünə təxəllüs götürmüşdü. 

  Sidqi Ruhulla “Nicat”, “Səfa”, az müddət  “Həmiy-

yət” cəmiyyətlərinin teatr truppalarında, Abbasmirzə 

Şərifzadənin rəhbərlik etdiyi “Müsəlman artistləri 

ittifaqı”nda, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli  

qardaşlarının müdiriyyəti”ndə, Hüseyn Ərəblinskinin  

müxtəlif teatr dəstələrində, özünün yaratdığı  dəstə-

truppada iştirak etmişdi. 

  1913-cü  ildə Moskva teatrlarında təcrübə keçən 

Sidqi Ruhulla İranda və Gəncədə “Ərəbli”, “Ərəblins-

ki” imzaları ilə tamaşalar hazırlamış  və özü də baş 

rollarda çıxış etmişdi. 

Aktyor  İranın Rəşt, Qəzvin, Xoy şəhərlərində ilk 

teatr təşkilatçısı olmuş, Təbrizdə  səhnə  sənətinin 

təbliği məqsədilə “Xeyriyyə” cəmiyyəti yaratmışdır. 

Azərbaycanın qədim paytaxtı olan Təbriz  şəhərində 

peşəkar teatrın təşəkkülü və 

inkişaf yolu Sidqi Ruhul-

lanın adı ilə bağlıdı. O, 

Özbəkistan Respublikasının 

paytaxtı Daşkənddə Üzeyir 

bəy Hacıbəylinin “Leyli və 

Məcnun” (30 dekabr 1916) 

və  “Əsli və  Kərəm” (13 

yanvar 1917) operalarını 

yerli özbək və tatar teatr 

həvəskarlarının iştirakı ilə 

tamaşaya hazırlamışdı. Tif-

lisdə isə  məşhur bəstəkar 

Fikrət  Əmirovun atası  Mə-

şədi Cəmil  Əlibəyovun 

“Seyfəlmülük” operasını 

səhnəyə qoymuşdu. 

Üç yüzdən çox irili-xır-

dalı rol oynayan Sidqi Ru-

hulla həm ayrı-ayrı truppa-

larda, həm də dövlət teat-

rında rejissorluq etmişdir. 

O, Azərbaycan klassiklərin-

dən, demək olar, hamısının 

pyeslərində bir neçə quru-

luşda  əsas rolları oynamış-

dır. Sidqi Ruhulla gənc akt-

yorların yetişib formalaş-

masında, sənətin özünə-

məxsus incəliklərini mə-

 

 Mart 


 

125 illiyi 

Sidqi Ruhulla 

1886-1959 

 

 

 



Aktyor 

28 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə