Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə35/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   31   32   33   34   35   36   37   38   ...   141

104 

sahələrin bütün incəliklərini dərindən bilirdi.  

R.Babayevin fitri istedadı, yüksək professionalizmi 

və qeyri-adi əməksevərliyi yüksək qiymətləndirilmiş, 

1993-cü ildə ona Azərbaycanın Xalq artisti adı ve-

rilmişdir. 

1994-cü il martın 19-da heç bir günahı olmayan 

onlarca sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar 

erməni ekstremistlərinin təşkil etdiyi qanlı terrorun 

qurbanı oldu. Onlardan biri də Rafiq Babayev idi. Ra-

fiq Babayevin faciəli şəkildə həlak olması təkcə Azər-

baycan xalqını deyil, bütün 

dünya musiqi ictimaiyyətini 

sarsıtdı. Metro stansiyasın-

da baş vermiş partlayış  nə-

ticəsində bu gözəl musiqiçi, 

həyatsevər insan yaradıcılı-

ğının  ən mühüm və  məsul 

dövründə həyatla vidalaşdı. 

 

 

Ədəbiyyаt 

 

Babayev Rafiq Fərzi oğlu //Muğаm  Еnsiklоpediyаsı; Heydər  Əliyev Fondu /rеd. 

hеy. sədri Mеhribаn хаnım Əliyеva.- Bakı, 2008.- S.30. 

Rafiq Babayev //Üzеyir Hаcıbəyli Еnsiklоpеdiyаsı: Аzərbаycаn Mədəniyyətinin 

Dоstlаrı Fоndu; burах. məs. Əziz Güləliyеv.- Bakı, 2008.- S.30.      

 

İnternetdə 



 

www az.wikipedia.org 

www jazzdunyasi.jazz.az  

www.mia.az 

www.mp3-az.com 

 

 

Məmməd Məmmədov 



105 

 

    Dekart  Rene  1596-cı il mart 

ayının 31-də Las (Turen) şəhə-

rində  anadan olmuşdur. O, fran-

sız filosofu və riyaziyyatçısıdır. 

Zadəgan ailəsində anadan olmuş 

Rene, Anjuda La Fleş yezuit 

məktəbində  təhsil almışdır. Or-

duda xidmət etmiş, bir neçə illik 

səyahətdən sonra 1629-cu ildə dövrün qabaqcıl ölkəsi 

olan Niderlanda köçmüş, burada tənha  şəraitdə 20 il 

elmlə məşğul olmuşdur. 

 Dekartın fəlsəfəsi onun tədqiq etdiyi fizika və 

riyaziyyat məsələləri ilə  sıx bağlı idi. Dekart insan 

ağlının qüdrətinə inanmış, zəkanın vəzifəsini insanın 

təbiət üzərində hökmranlığında, səbəb və  hərəkətin 

dərkində, insanın təbiətinin təkmilləşdirilməsində gö- 

rürdü.  


Dekart fəlsəfəsinin  əsas məsələsinin həllində 

dualist olmuşdur. Dekartın fəlsəfəsi iki hissədən: 

fizika və metafizikadan ibarətdir. Dekart idrak nəzə-

riyyəsində rasionalizmin banilərindəndir. O, biliyin 

mənbəyi və onun həqiqiliyinin meyarını xarici aləm 

deyil, insan zəkası hesab et-

mişdir. Dekarta görə, idra-

kın başlanğıc nöqtəsi intel-

lektual intuisiya, insanı 

heyvandan fərqləndirən 

onun fitri ideyalara malik 

olmasıdır. Dekart materiya-

nın hərəkətini onun ən sadə 

formasına - fəzada maddi 

cisimlərin yerdəyişməsinə 

müncər etmişdir. O, hərə-

kətin də ümumi səbəbini al-

lahla bağlayırdı. Beləliklə

zəkanın müstəqilliyinin fitri 

ideyalar haqqındakı təlimilə 

o, idealist filosof kimi çıxış 

etmişdir.  

     Dekart 11 fevral 1650-ci 

ildə Stokholmda vəfat et-

mişdir. 

 

Ədəbiyyat 

Избранные произведения /Р.Декарт.- М., 1950.-712 с. 

Ляткер, Я.А. Декарт /Я.А.Ляткер.- М., 1975.-198 с. 

Мотвиевская, Г.П. Рене Декарт /Г.П Мотвиевская.- М., 1976. -196 с.  

Чарский, И.С. Западноевропейская философия XVII века /И.С. Чарский.- М., 

1978.-349 с.   

 

 

 



 

 

 



 

Bəybala Ələsgərov 

 

 Mart 



 

415 illiyi 

Dekart Rene  

1596-1650 

 

 

 



Filosof və 

riyaziyyatçı 

31 



106 

 

 Ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-



1953 və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlı-

lara qarşı törətdikləri soyqırımı  və deportasiya siyasəti 

bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə 

büruzə verir, həm də onu göstərir ki, ermənilərin xalqı-

mıza olan tarixi münasibəti dəyişməyib. 

Ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi de-

yil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhərlərin-

də, Göyçay qəzasında, Qarabağda, Zəngəzurda, Naxçı-

vanda da vaxtaşırı xalqımıza qarşı  qırğınlar, talanlar, 

yanğınlar, terror və digər zorakılıq aktları  həyata keçirmişlər. Erməni faşistləri bu 

ərazilərdə on minlərlə dinc azərbaycanlı  əhalini - qadını, uşağı, qocanı yalnız milli 

mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yan-

dırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və 

yandırmışlar. 

   1998-ci  ildən etibarən Azərbaycan Respublikası  31 Martı dövlət səviyyəsində 

azərbaycanlıların genosidi günü kimi qeyd edir. Azərbaycan xalqının ümummilli 

lideri Heydər  Əliyev 1998-ci ildə  31 Martı Azərbaycanlıların Soyqırımı Günü 

elan etməsi ilə bağlı  fərman verməklə xalqımıza mənəvi təskinlik bəxş etdi, nahaq 

qanın yerdə qalmayacağına inamı artırdı.  

   XX  əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-

1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən 

qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuşdur. 

   Ən ağrılısı odur ki, 1918-ci ilin martında baş vermiş azərbaycanlıların soyqırımı 

məsələsini hələ də dünyanın diqqət mərkəzinə gətirə bilməmişik. Biz xalqımıza qarşı  

törədilən soyqırımı, tarixini və  şəhidləri unutmamalı, başımıza gətirilənləri   dünya 

ictimaiyyətinə çatdırmalıyıq. Çatdırmalıyıq ona görə ki, qoy bütün dünya üzdəniraq 

qonşularımızın, azğın ermənilərin kim olduğunu bilsin. 

Mart 


 

 

 



Azərbaycanlıların Soyqırımı Günü 

1918 


31 

 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə