Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə43/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   39   40   41   42   43   44   45   46   ...   141

129 

pyesə, o cümlədən “Şeyx Sənan”, “Qatır Məmməd”, 

“Almaz”, “Bəxtsiz cavan”, “Solğun çiçəklər”, “Na-

mus” dramlarına musiqi yazmış, çoxlu mahnılar bəs-

tələmişdir. 

O, geniş yayılmış bir sıra uşaq nəğmələrinin müəl-

lifi kimi də şöhrət qazanmışdır. “Uşaq və buz”, “Məs-

tan pişik”, “Qaranquşla söhbət”, “Yürüş mahnısı”, 

“Salam doğma məktəb”, “İdmançılar mahnısı” və baş-

qaları uşaqlar arasında daha çox yayılmışdır. Xüsusilə 

“Cücələrim” mahnısı bəstəkara böyük şöhrət gətirmiş-

dir. Otuza yaxın dildə oxunan “Cücələrim” aydın, 

yaddaqalan melodiyasına, musiqisinin koloritinə görə 

dünya uşaqlarının sevimli mahnılarındandır. 

Bəstəkarın “İlk məhəbbət”, “Ay işığında”, “Tel na-

zik”, “Tellər oynadı”, “Çeşmə başında”, “Düşər yadı-

ma”, “Gecələr uzanaydı”, “Dolanım başına” və digər 

mahnıları xalq tərəfindən sevə-sevə dinlənilir. 

Q.Hüseynli öz qələmini 

mürəkkəb janr olan operada 

sınamış,  şair Mirmehdi 

Seyidzadənin librettosu əsa-

sında üç pərdəli “Qızıl quş” 

əsərini bəstələmişdir. 

Bəstəkar 1961-ci ildə 

Azərbaycanın  Əməkdar in-

cəsənət xadimi fəxri adına 

layiq görülmüş, “Şərəf ni-

şanı” ordeni ilə  təltif edil-

mişdir. 


Qəmbər Hüseynli 1961-

ci il avqust ayının 1-də, 45 

yaşında vəfat etmişdir. 

 

Ədəbiyyat 



 

Hüseynli, B. Bəstəkar Qəmbər Hüseynli /B.Hüseynli, V.Xəlilov.- Bakı: Gənclik, 

1997.- 99 s. 

Hüseynli Qəmbər //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1987.- 

C.10.- S.284.  

Zöhrabov, R. Nəğmələrdə yaşayan ömür /R.Zöhrabov //Bəstəkarlarımız haqqında 

söz.- Bakı, 1995.- Kitab 1.- S.44-47. 

                                                       İnternetdə 

www.wikipedia.org 

 

 

                                                                                   Səmayə Quliyeva    




130 

 

    Hazırda dünyanın 102 

ölkəsində 47 ildir ki, apre-

lin 17-si Ümumdünya He-

mofiliya Günü kimi qeyd 

olunur. Təbabətdə bu xəs-

təliyə kral xəstəliyi deyir-

lər. Belə ki, Fransada kral Lüdoviklər nəslində əsasən 

oğlan uşaqları bu xəstəlikdən əziyyət çəkirdi. Bu gün 

isə qan çatışmazlığı dünyada bir problem kimi yaşa-

nan hemofiliya xəstəliyinin yaranmasına səbəb olmuş-

dur.  İrsi qan xəstəliyi olan hemofiliya dünyanın bir 

çox ölkələrində  əsasən Asiya və Afrika qitəsində, 

Aralıq dənizi hövzəsində daha çox yayılmışdır. Xəstə-

liyin əsas səbəbləri kimi mütəxəssislər yaxın qohum-

ların nigahı, radiasiyalı ətraf mühit, qida və tütün mə-

mulatlarının təsirini göstərirlər. İndi dünyada 400 min 

hemofiliyalı xəstə var. Azərbaycanda Səhiyyə Nazirli-

yinin qeydiyyatında minə  qədər talassemiyalı  və he-

mofiliyalı irsi qan xəstəsi var, əhalinin hər 12 nəfərin-

dən biri talassemiyanın  əlamətlərini özündə daşıyır. 

Hər il talassemiya xəstəsi olan təqribən 200 uşaq dün-

yaya gəlir, bu kiçik bir ölkə üçün böyük göstəricidir. 

2005-ci ildə Prezident İlham  Əliyev tərəfindən “He-

mofiliya və talassemiyalı irsi qan xəstəliyinə düçar ol-

muş  şəxslərə dövlət qayğısı” haqqında fərman imza-

lanmışdır. Bununla əlaqədar 2006-cı ilin yanvarında 

isə Nazirlər Kabineti Səhiyyə Nazirliyinin hazırladığı 

“Hemofiliyalı və talassemiya irsi qan xəstəlikləri üzrə 

Dövlət Proqramı”nı təsdiq etmişdir. Məqsəd ictimaiy-

yətin diqqətini hemofiliyalı  xəstələrin problemlərinə 

cəlb etmək və onların həyat tərzlərinin yaxşılaşdırıl-

masına və ömürlərinin uza-

dılmasına dəstək olmaqdır. 

Proqramda hemofiliya və 

talassemiyanın fəsadların-

dan əmələ gələn əlilliyin və 

ölüm hallarının azaldılması, 

bu fəsadların profilaktikası-

nın təşkili və belə  xəstə 

uşaqların doğulmasının qar-

şısının alınması sisteminin 

yaradılması  əsas yer almış-

dır. Nəzərdə tutulan digər 

tədbirlər hemofiliya və ta-

lassemiyalı xəstələrə göstə-

rilən tibbi xidmət strukturu-

nun təkmilləşdirilməsi, bu 

xəstəliyə düçar olan şəxslə-

rin qeydiyyatının aparılma-

sı, xəstələrin müalicəsi və 

profilaktikası üzrə tibb mü-

təxəssislərinin hazırlanma-

sı, onların ixtisaslarının ar-

tırılmasıdır. Dövlət proq-

ramı çərçivəsində xəstələrin 

dərman preparatları ilə pul-

suz təmin olunması nəzərdə 

tutulmuşdur. H.Əliyev Fon-

du, fondun prezidenti, 

YUNESKO və  İSESKO-

nun xoşməramlı səfiri, mil-

lət vəkili Mehriban Əliye-

 

   Aprel 



 

Ümumdünya Hemofiliya Günü 

1964 

 

17 




131 

vanın talassemiyalı uşaqlara diqqət və qayğısı isə hə-

min insanlar üçün böyük mənəvi dəstəyə çevrilmişdir. 

Fond 2005-ci ildən “Talassemiyasız həyat naminə” 

layihəsi çərçivəsində bir sıra mühüm işlər görüb və 

görməkdədir. Talassemiyalı  xəstələr üçün Fond tərə-

findən paytaxtda 5 mərtəbəli Talassemiya Mərkəzi ti-

kilmişdir.  İl boyu bu məq-

sədlə keçirilən müxtəlif 

xeyriyyəçilik aksiyaları  əsl 

xeyirxahlıq nümunəsidir. 

 

 

Ədəbiyyat 

 

Hemofiliya və talassemiya irsi qan xəstəlikləri haqqında sənədlər toplusu: 

Azərbaycan Respublikasının Qanunu.- Bakı, 2006.- 16 s.  

Qədimova, E. Azərbaycanda hemofiliyalı  xəstələrin müayinəsi və müalicəsi 

yüksək səviyədə aparılır: 17 aprel Dünya Hemofiliya günüdür /E.Qədimova //Xalq 

qəzeti.- 2008.- 16 aprel.- S.5. 



 

İnternetdə 

www.az.apa.az  

www.aztrend.az  

www.bizimyol.az  

www.olaylar.az   

 

Adilə Abdullayeva 

 

 

 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə