Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə42/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   38   39   40   41   42   43   44   45   ...   141

125 

hərbi yürüşləri bir çох  хаlqlаrın sоsiаl-iqtisаdi və 

mədəni inkişаfınа  хеyli zərər vurdu. Təkcə bu fаktı 

göstərmək lаzımdır ki, о, 1383-cü ildə  İsfаhаndа 70 

min, 1401-ci ildə isə  Bаğdаddа 90 min dinc əhаlini 

qılıncdаn kеçirmişdir. Mühаribələr zаmаnı  əldə  еdil-

miş  vаr-dövlət,  əsir  аlınmış  sənətkаrlаr, mеmаrlаr və 

b. Səmərqəndə göndərilir və  оnlаr burаdа  dəbdəbəli 

sаrаylаr, məscidlər və еvlər tikirdi. 

     Əmir Tеymur 1405-ci il, 

fеvrаlın 18-də Çinə yürüşü 

ərəfəsində  vəfаt  еtdi. Sə-

mərqənddə  Əmir Tеymur 

məqbərəsində  dəfn  оlun-

muşdur. Əmir Tеymur tаriх 

səhnəsində  məğlubеdilməz 

sərkərdə kimi qаlmışdır. 

 

 

Ədəbiyyаt 

 

Əmir Teymur //Аzərbаycаn tаriхi: Yеddi cilddə.- Bakı, 1999.- C.3.- S.43. 

Əmir Teymur //Аzərbаycаn Sоvеt Еnsiklоpеdiyаsı: Оn cilddə.- Bakı, 1986.- C. 9.- 

S.186. 


 

Rus dilində 

 

Новосельцев,  А.П.  Об  исторической  оценке  Тимура  /А.П.Новосельцев 

//Вопросы истории.- 1983.- №3.- С.43-46. 

 

İnternetdə 

www.adam.az 

www.az.wikipedia.org 

www.science.gov.az 



 

Məmməd Məmmədov 

 


126 

 

Yelmar  Şahmar oğlu Edilov 

 

1946-cı il aprel ayının 10-da Ağdam 



rayonunda anadan olmuşdur. 1954-

1964-cü illərdə Əlimədədli kənd orta 

məktəbində  təhsil almış, sonra isə 

Ağdam Kənd Təsərrüfatı Texniku-

muna daxil olmuşdur. O, 1964-cü 

ildə Minsk şəhərində  hərbi xidmətə 

başlamış, hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis 

olunaraq texnikumda yarımçıq qalmış təhsilini davam 

etdirmişdir. 1988-ci ildə  Qərbi Azərbaycan  ərazisin-

dən soydaşlarımızın deportasiya edilməsi zamanı Yel-

mar könüllü özünümüdafiə batalyonlarının yaradılma-

sını təkid etmiş və bu iş yalnız 1990-cı ildən sonra gö-

rülməyə başlanmışdı. 1991-ci ilin əvvəllərindən başla-

yaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tə-

rəfindən gecə-gündüz atəşə tutulmuşdu. Yelmar Edi-

lovun rəhbərliyi ilə Kolanı  kəndində özünümüdafiə 

batalyonu yaradılmış, bu dəstə Ağdamda böyük hünər 

göstərmiş, onlar dəfələrlə ermənilərə lazımi cavab 

vermişdilər. 1994-cü il aprel ayının 11-də düşmən bö-

yük qüvvə ilə hücuma keçmiş, düşmənə sol cinahdan 

əks hücuma keçən Edilovun taboru erməni faşistlə-

rinin iki tankını vurmuş, la-

kin döyüş bitməmişdi. Yel-

marın yanında partlamış 

mərmi ona bu döyüşü sona 

çatdırmağa imkan vermə-

miş, Vətənimizin cəsur öv-

ladı Edilov Yelmar 48 ya-

şında gözlərini həyata əbədi 

yummuşdu. Evli idi. 7 öv-

ladı yadigar qalmışdır. 

Azərbaycan Respublika-

sı Prezidentinin 16 sentyabr 

1994-cü il tarixli 203 saylı 

Fərmanı ilə Edilov Yelmar 

Şahmar oğlu ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adına layiq gö-

rülmüşdür. Bakı  şəhərində-

ki ikinci Şəhidlər Xiyaba-

nında dəfn edilmişdir. 

 

 

 

Ədəbiyyat 

 

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına 

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Edilov Yelmar Şahmar 

oğlu - sıravi - Azərbaycan Respublikasının suverenliyinin və  ərazi bütövlüyünün 

qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə 

 

Aprel 



 

65 illiyi 

Yelmar  Edilov  

1946-1994 

 

 

 



Milli 

Qəhrəman 

10 



127 

edilməsində gedən döyüşlərdə  qəhrəmanlıqla vuruşaraq göstərdiyi  şəxsi igidlik və 

şücaətə, öz müqəddəs  əsgəri və xidməti borcunun yerinə yetirilməsində göstərdiyi 

misilsiz xidmətlərə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 16 

sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 sentyabr.- S.1.- (Ölümündən sonra). 

 

Abbasoğlu, B. Yelmar Şahmar oğlu Edilov haqqında /B.Abbasoğlu //Ölərkən 



dünyaya gələn oğullar.- Bakı, 2004.- S.109-126. 

Cəfərov, S. Qüdrətdən səngərli qalalı dağlar /S.Cəfərov.- Bakı, 2000.- S.213. 

Edilov Yelmar Şahmar oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya 

/tərt. ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.47-48. 

Əsgərov, V. Edilov Yelmar Şahmar oğlu /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- S.42. 

Səmədov, V. Yelmar Şahmar oğlu Edilov: (1946-1994) /V.Səmədov, S.Aslanov 

//Vətən üçün lazım gəlsə.- Bakı, 1994.- S.175-184. 



 

İnternetdə 

www.agdam.org. 

www.azerbaycanturkleri.com 

www azerinter.net 

www.disput.az  

www.zengilan.com  

 

Adilə Abdullayeva 



128 

                              

 Qəmbər Muxtar oğlu  Hüseynli   

1916-cı il aprel ayının 16-da Gəncə 

şə  hərində anadan olmuşdur. Hələ 

gənc yaşlarından onda xalq musiqisi-

nə dərindən maraq oyanmışdır. Gənc 

Qəmbər muğamları, təsnifləri, el ha-

valarını, aşıq musiqisini sevə-sevə 

dinlərdir. Məhz xalq musiqisinə son-

suz məhəbbəti, klassik muğamlarımızın lad-məqam və 

guşə  əsaslarını öyrənməsi sonralar onun bəstəkarlıq 

fəaliyyətində mühüm rol oynamışdır. 

Gəncə Musiqi texnikumunu tar sinfi üzrə  fərqlən-

mə diplomu ilə bitirən Qəmbər təhsilini davam etdir-

mək məqsədilə 1935-ci ildə Bakıya gəlmiş, Asəf Zey-

nallı adına orta ixtisas musiqi məktəbinin nəzəri-bəs-

təkarlıq şöbəsinə daxil olmuş, görkəmli pedaqoq, pro-

fessor Boris Zeydmandan sevib-seçdiyi sənətin sirrini 

öyrənmişdir. 

Texnikumda təhsil aldığı illərdə o, bir sıra iri 

həcmli  əsərlər, o cümlədən  Şərq xalqlarının musiqi 

mövzuları əsasında simli kvartet, fortepiano üçün va-

riasiyalar və digər əsərlər yaratmışdır. Onun ilk bəstə-

lərindən biri fortepiano üçün 7 uşaq pyesi 1970-ci ildə 

ayrıca məcmuə şəklində “Azərnəşr” tərəfindən çapdan 

buraxılmışdır. 

Texnikumu bitirdikdən sonra musiqi yazma texni-

kasına yiyələnmiş  bəstəkar müxtəlif formalı  əsərlər 

yazmağa böyük həvəs göstərsə də, onun yaradıcılığın-

da əsas yeri vokal miniatürləri tutmuşdur. O, üç yüzə 

qədər mahnı və romansın müəllifidir. 

Bəstəkar Azərbaycan ra-

diosunun və Dövlət Filar-

moniyasının xalq çalğı alət-

ləri orkestrlərində dirijor 

vəzifəsində çalışmış, həmin 

kollektivlər üçün bir sıra 

instrumental  əsərlər yarat-

mışdır. 


Dahi bəstəkarımız Üze-

yir Hacıbəylinin  şəxsi tə-

şəbbüsü ilə 1940-cı ildə 

Azərbaycan Dövlət  Filar-

moniyasının nəzdində yara-

dılmış sazçı qızlar ansamb-

lına rəhbərlik etmək Qəm-

bər Hüseynliyə tapşırılmış-

dır. O, aşıq Teymur Hüsey-

novun  ifasından 55 ənnəvi 

aşıq havasını nota köçür-

müş, onları “Sazçı  qızlar 

ansamblı” üçün işləmişdir. 

Q.Hüseynli Gəncə filar-

moniyasında bədii rəhbər 

olduğu 4 il ərzində  şəhərin 

uşaq və  məktəblilər sara-

yında Vətənə həsr olunmuş 

müxtəlif səpkili montajlar 

hazırlamışdı. Eyni zamanda 

Gəncə Dövlət Dram Teat-

rında tamaşaya qoyulmuş 6 

 

 Aprel 


 

95 illiyi 

Qəmbər Hüseynli 

1916-1961 

 

 

 



Bəstəkar 

16 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə