Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə44/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   40   41   42   43   44   45   46   47   ...   141

132 

                                

  Nəsibə Cahangir qızı Zeynalova  

1916-cı il aprel ayının 20-də Bakıda 

doğulmuşdur. Atası  Kərbəlayı Ca-

hangir tanınmış tacir və sevimli akt-

yor idi. Azərbaycan milli realist akt-

yor məktəbinin banisi məhz Cahangir 

Zeynalov olmuşdur. Arzusu ilk və 

yeganə övladının onun sənətini 

davam etdirməsi idi. 

  Atasını erkən itirən Nəsibə Zeynalova Bakıda orta 

məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumuna 

daxil olmuşdur. Burada M.Haşımov və A.Tuqanovdan 

dərs almışdır. Texnikumu bitirdikdən sonra 1941-ci il-

də Azərbaycan Musiqili Komediya Teatrına işə qəbul 

olunmuşdur. Bu hadisə onun həyatında həlledici rol 

oynamışdır. 

Müharibə dövründə  cəbhələrdə  və hospitallarda əs-

gərlər qarşısında tamaşalarda iştirak edən aktrisa fa-şi-

zm üzərində qələbənin qazanılmasına öz töhfəsini ver-

mişdir. Dinc dövrdə teatr bir sıra maraqlı tamaşalar 

qoymuşdur ki, onlarda Nəsibə Zeynalova özünəməx-

sus aktyorluq istedadını nümayiş etdirmişdir. S.Rüstə-

movun “Beş manatlıq gəlin” tamaşasında Gülnaz, 

A.Məşədibəyovun “Toy kimindir?” tamaşasında Məs-

mə, F.Əmirovun “Gözün aydın” tamaşasında Nargilə, 

S.Ələsgərovun “Ulduz” tamaşasında Züleyxa, V.Do-

lidzenin “Keto və Kote” tamaşasında Kabato obrazları 

aktrisanı tamaşaçılara sevdirmişdir. 

  XX əsrin 50-ci illərində aktrisanın sənətkarlığı da-

ha da püxtələşmişdir. Onun bu dövrdə yaratdığı səhnə 

obrazları Azərbaycan ko-

mediya teatrı tarixinə iri 

hərflərlə yazılmışdır. Nə-

sibə Zeynalova T.Quliyevin 

“Qızılaxtaranlar” tamaşa-

sında Rəxşəndə, S.Rüstə-

movun “Rəisin arvadı” ta-

maşasında Afərin,  Ş.Milor-

avanın “Tbilisi nəğməsi” 

tamaşasında Gesiya, A.Rza-

yevin “Hacı  Kərimin Aya 

səyahəti” tamaşasında Kəb-

lə Fatma, S.Ələsgərovun 

“Həmşəxanım” tamaşasın-

da Həmşəxanım, “Sevindik 

qız axtarır” tamaşasında 

Xeyransa kimi bir-birindən 

maraqlı obrazlar yaratmış-

dır. Bura T.Bakıxanov və 

H.Məmmədovun “Altı qızın 

biri Pəri” tamaşasında Cəh-

rə, E.Sabitoğlunun “Hicran” 

tamaşasında Qızbacı obraz-

larını da əlavə etsək, çox 

zəngin və  rəngarəng bir ob-

razlar qalereyası yaranmış 

olar. “Qaynana” tamaşasın-

da Cənnət rolu aktrisanı 

yaddaşlara ilk növbədə qay-

nana kimi həkk etdirmişdir. 

 

Aprel  



 

95 illiyi 

         

 

Nəsibə Zeynalova 



1916-2004 

 

 



 

 

 



Aktrisa 

20 



133 

Bu obrazı yaradarkən aktrisa xəsislik etməmiş, yaradı-

cılıq imkanlarını sanki tamamilə açmış, onun aktyor 

sənəti üçün səciyyəvi olan zəngin mimika və məharə-

tini nümayiş etdirmişdir. 

 Aktrisa kino sahəsində  də öz sözünü demişdir. 

“Ögey ana” (1959), “Böyük dayaq” (1963), “Ulduz” 

(1964), “Qanun naminə” (1969), “Bizim Cəbiş 

müəllim” (1970) filmlərində müxtəlif səpkili, yadda-

qalan obrazlar yaratmışdır.  

   Nəsibə Zeynalovanın 1979-cu ildə “Qaynana” fil-

mində oynadığı qaynana obrazı onun kinoda yaratdığı 

ən məşhur obrazdır. Təsadüfi deyil ki, həm filmin 

özü, həm onun baş qəhrəmanı, həm də bu rolun ifaçısı 

xalqımız tərəfindən  həmişə sevilməkdədir. 

 Aktrisanın həyat və yaradıcılıq yolunu əks etdirən 

bir neçə televiziya filmi də xalqımız tərəfindən böyük 

rəğbətlə qarşılanmışdır. 

 Musiqili  teatrın inkişa-

fında böyük xidmətlərinə 

görə Nəsibə xanım 24 may 

1960-cı ildə Azərbaycan 

Respublikasının  Əməkdar 

artisti, 1967-ci ildə isə Xalq 

artisti fəxri adlarına layiq 

görülmüşdür. “Hicran” ta-

maşasındakı Qızbacı roluna 

görə Azərbaycan Dövlət 

mükafatı laureatıdır. 

 Aktrisa  2004-cü il mart 

ayının 10-da Bakıda vəfat 

etmiş  və  Fəxri Xiyabanda 

dəfn edilmişdir. 

 

Ədəbiyyat 

 

 



Əhmədov, S. Nəsibə Zeynalova  /S.Əhmədov //Azərbaycan tarixindən yüz 

şəxsiyyət.- Bakı, 2006.- S.256-257. 

Xəlilzadə, F. Azərbaycan teatrının parlaq ulduzu: [Nəsibə Zeynalova-90] 

/F.Xəlilzadə //Azərbaycan.- 2007.- 20 aprel.- S. 7. 

İbrahimova, A.Tamaşaçını zorla güldürmək mümkün deyil və yaxud sözün əsl 

mənasında güldürən sənətkar: [Nəsibə Zeynalova haq.] /A.İbrahimova //Hərbi and.- 

2007.- 21 aprel.- S.15. 

Qurbanlı, R. Bir ulduz axıb söndü: və ya Nəsibə Zeynalovanın gerçəkləşməyən 

arzusu /R.Qurbanlı //Yaddaş.- 2007.- 26 aprel.- S. 11.  

 Rəhimli, İ. Nəsibə Zeynalova /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı, 2005.- 

S.669-673.  

                                                                                                                                  



 

İnternetdə 

www.anl.az 

www.az.wikipedia.org 

 

Səmayə Quliyeva  



134 

 

Hüseyn  Əlirza oğlu  Əliyev 

1911-ci il aprel ayının 22-də Sis-

yan rayonunun Comərdli kəndin-

də anadan olmuşdur. 

1923-cü ildə ailəsi ilə birlikdə 

Naxçıvana köçən Hüseyn Əliyev 

taleyin hökmü ilə görkəmli rəs-

sam Bəhruz Kəngərli ilə qonşuluqda yaşamış, elə bu 

sənətin incəliklərini də  məşhur rəssamdan öyrənmiş-

dir. Orta məktəbdə oxuyarkən fitri istedadı müəllim-

lərinin diqqətindən yayınmamışdı. 1927-ci ildə  Rəs-

samlıq Texnikumuna göndərilən Hüseyn Əliyev peşə-

kar rəssam kimi fəaliyyətinə də məhz bu dövrdən baş-

lamış və imzası məşhur “Molla Nəsrəddin” jurnalında 

nüfuzlu rəssamların imzası ilə bir sırada yer almışdır. 

Dərgidə Hüseyn Əliyevin 8 karikaturası çap olun-

muşdu. 1932-1935-ci illərdə rəssamlığa olan həvəs və 

tükənməz sevgisi onu Leninqrad Rəssamlıq Aka-

demiyasının nəzdindəki instituta aparmış, orada təh-

silini başa vurub Bakıya qayıtmışdı. Repressiya qur-

banlarından tutmuş, sadə kənd zəhmətkeşlərinə qədər 

hər kəsin əziyyətini kətan və kağız üzərində əbədiləş-

dirməyə çalışmışdı.  

İndi onun əsərləri ölkəmizin hüdudlarından çox -

çox uzaqlarda, dünyanın müxtəlif ölkələrində  sər-

gilənir.

 

 



Hüseyn  Əliyev  əlinə  fırça alan gündən istedadını, 

duyğu və düşüncələrini yalnız bu istiqamətlərə - 

millətinin estetik zövqünün düzgün formalaşmasına, 

soydaşlarını  Vətənə, təbiətə  məhəbbətə, fədakarlığa 

çağırışa yönəldib. Hüseyn 

Əliyev Leninqrad Rəngkar-

lıq, Heykəltəraşlıq və Me-

marlıq  İnstitutunu bitirdiyi 

il-dən (1935) təqaüdə  çıxa-

nadək “Kommunist” qəze-

tində rəssam işləmişdir.  

1940-1945-ci illərdə Azər-

baycan Dövlət Rəssamlıq 

Məktəbində  dərs demişdir. 

Əlbəttə, qəzetçiliyin gün-

dəlik qayğıları, operativlik 

bir rəssam kimi vaxtını çox 

alsa da, o, öz istedadı  və 

zəhməti sayəsində  sənət 

imtahanından həmişə şərəf-

lə  çıxmışdır. 1939-cu ildə 

M.F.Axundovun portretini 

yaratmaq üçün elan edilmiş 

respublika müsabiqəsinə 

Hüseyn  Əliyevin təqdim 

olunan əsəri mükafata layiq 

görülmüşdü. Dövrün, za-

manın tələbləri ilə bağlı 

çəkdiyi onlarca plakatı icti-

mai-siyasi məzmununa, sa-

dəliyinə  və eyni zamanda 

orijinal həllinə görə  fərq-

lənmişdir. Hələ o illərdə 

azərbaycanlı rəssamın yara-

 

Aprel  


 

100 illiyi 

         

 

Hüseyn  Əliyev  



1911-1991 

 

 



 

 

 



Rəssam 

22 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə