Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə40/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   36   37   38   39   40   41   42   43   ...   141

119 

 

    Bu  gün  cəmiyyətin bütün 



qrupları iqlim dəyişiklikləri-

nin, qeyri-sabitliyinin və kəs-

kin hava şəraitinin təsirinə 

məruz qalır. İnsan sağlamlığı-

na olan təsirlər artıq ÜST-nın 

Avropa Regionunda müşahidə olunmuşdur. 12 Avro-

pa ölkəsindən alınmış  məlumatlara  əsasən 2003-cü 

ilin yayında havaların həddindən artıq isti keçməsi nə-

ticəsində 70000 nəfərdən artıq insan ölmüşdür. Müqa-

yisə üçün qeyd etmək lazımdır ki, ötən beş il ərzində 

yalnız bir həyəcan doğurucu hal baş vermişdir. 

 1948-ci  ildə birinci Ümumdünya Səhiyyə Assam-

bleyası Ümumdünya Səhiyyə  Təşkilatının yaradılma-

sını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Günü-

nün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci il-

dən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il 7 

aprel tarixində qeyd edilir.  

  Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu 

ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkə-

zinə gətirir. Ümumdünya Sağlamlıq Günü diqqəti sə-

hiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən 

başlıca problemlərə yönəltmək üçün dünya səviyyə-

sində bir imkandır. Ümumdünya Sağlamlıq Günü 7 

apreldən sonra belə davam edən uzunmüddətli ictimai 

maarifləndirmə proqramlarının başlanması ilə  səciy-

yələnir.  

  Ümumdünya Səhiyyə Təşkilatı Birləşmiş Millətlər 

Təşkilatının səhiyyə  məsələləri üzrə ixtisaslaşmış 

agentliyidir. ÜST-ün Ni-

zamnaməsində müəyyən 

olunduğu kimi, onun əsas 

məqsədi bütün insanların 

mümkün ola biləcək  ən 

yüksək sağlamlıq səviyyə-

sinə nail olmalarını  təmin 

etməkdir. Sağlamlıq ÜST-

ün Nizamnaməsində yalnız 

xəstəliklərin, yaxud fiziki 

qüsurların olmamağı ilə de-

yil, tam fiziki, psixi və sosi-

al sağlamlıq vəziyyəti kimi 

müəyyən olunur. 

 ÜST özünün Ümumdün-

ya Səhiyyə Assambleyası 

vasitəsilə 193 üzv dövlət tə-

rəfindən idarə olunur. Bu 

Assambleya ÜST-ə üzv döv-

lətlərdən olan nümayəndə-

lərdən ibarətdir. Ümum-

dünya Səhiyyə Assamble-

yasının  əsas vəzifəsi ÜST-

ün proqramı və növbəti iki-

illik müddət üzrə büdcəsi-

nin təsdiqi və siyasət məsə-

lələri üzrə  qərarların qəbul 

edilməsidir.  



 

 

Aprel  



 

Ümumdünya Sağlamlıq Günü  

1950 

 




120 

Ədəbiyyаt 

 

Ümumdünya Səhiyyə  Təşkilatı //Аzərbаycаn Sоvеt  Еnsiklоpеdiyаsı: 10 cilddə.- 

Bakı, 1986.- C.9.- S.488. 

Ümumdünya Səhiyyə  Təşkilatı //Bеynəlхаlq hüquq: Dərs vəsаiti.- Bakı: 

Аzərbаycаn Univеrsitеti nəşriyyаtı, 2000.- 390 s. 

 

Rus dilində 



 

    Международные  организации  /под  ред.  И.П.Блищенко.-  М.:  Наука, 1994.- 

436 с. 

İntеrnetdə 

 

www.ecolex-az.org  



www.sehiyye.gov.az 

www.az.newsazerbaijan.ru 



Məmməd Məmmədov 


121 

 

                                                                                   



Azərbaycan milli mətbuatının 

inkişafında  ən uca zirvəni böyük 

demokrat, yazıçı və görkəmli icti-

mai  xadim C.Məmmədquluzadə-

nin (1869-1932) redaktorluğu ilə 

nəşr olunan “Molla Nəsrəddin” 

jurnalı təşkil edir. “Molla Nəsrəd-

din” jurnalı ilə Azərbaycanda mil-

li satirik mətbuatın  əsası qoyul-

muşdur. 


  1906-cı il aprelin 7-də (köhnə  təqvimlə 20-də)  

Azərbaycan mətbuatı tarixində  ən önəmli hadisələr-

dən olan “Molla Nəsrəddin” adlı həftəlik satirik jurna-

lı Tiflisdə  işıq üzü görmüşdür. Daima məhrumiyyət-

lərlə və çətinliklərlə üzləşən, çar senzurası tərəfindən 

təqib olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə

1921-ci ildə  Təbrizdə, 1922-1931-ci illərdə Bakıda 

nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədqu-

luzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 

8-i Təbrizdə, 400-ü Bakıda) çap olunmuşdur. 

 Azərbaycan  ədəbiyyatında böyük bir məktəb ya-

ratmış “Molla Nəsrəddin” jurnalı, eyni zamanda təsvi-

ri sənətimizdə  də yeni bir məktəbin yaranmasına sə-

bəb oldu. Bilavasitə “Molla Nəsrəddin”in təsiri nə-ti-

cəsində Bakıda Azərbaycan dilində “Bəhlul” (1907), 

“Zənbur” (1909-1910),

 

“Mirat” (1910), “Arı” (1910-



1911), “Kəlniyyət” (1912-1913), “Lək-lək” (1914), 

“Tuti” (1914-1917), “Məzəli” (1914-1915), “Babayi-

Əmir” (1915-1916), “Tar-

tan-partan” (1918), “Şeypur” 

(1918-1919), “Məşəl” (1919 

-1920) kimi illüstrasiyalı 

jurnallarla yanaşı bu dövrdə 

Azərbaycanda rus dilində 

də çoxsaylı satirik məcmu-

ələr: “Cigit” (1907-1918), 

“Vay-vay” (”Bakinskie 

streli” (1910), “Baraban” 

(1912-1913) və digərləri 

nəşr olunurdu. Daha uzun 

ömürlü olan “Molla Nəs-

rəddin” jurnalı müəyyən fa-

silələrlə 1931-ci ilə  qədər 

dərc olunmuşdur. 

Bu mübariz jurnal Azər-

baycanın  milli istiqlalına 

mütəşəkkil, nizamlı bir or-

dudan artıq xidmət göstər-

mişdir. “Molla Nəsrəddin” 

jurnalı Azərbaycan xalqının 

milli dirçəliş ideyalarından 

və səfərbərlik ruhundan yoğ-

rulmuş  mənalı bir istiqlal 

kitabıdır. 

Həftədə bir dəfə nəşr olu-

nan bu jurnal rəngli və  şə-

 

Aprel  


 

105 illiyi 

 

Molla Nəsrəddin jurnalı 



1906 

 




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə