Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə52/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   48   49   50   51   52   53   54   55   ...   141

157 

 

 



 May 

 

 



 

Şuşanın işğalı günü  



 



Ərazisi – 0.29 min km



2

  

Əhalisinin sayı – 29,0 min nəfər 

İnzibati mərkəzi – Şuşa 

İşğal tarixi- 8 may 1992 

 

 

Şuşanın işğal altında olması  qəlbimizi kədərləndirir, sıxır, incidir... Şuşanın 

işğalına şərait yaradanlar, onu sadəcə olaraq hakimiyyət mübarizəsi zamanı qurban 

veriblər ki, bu da dəhşətdir.

 

Heydər Əliyev, ümummilli lider 

  

   1992-ci  il  mayın 8-i düz 19 il əvvəl Ermənistan ordusunun əs-

gərləri, Şuşanı işğal etdi. Azərbaycanın bu qədim, zəngin tarixə və 

mədəniyyətə malik şəhərinin ermənilərin əlinə keçməsi ilə Dağlıq 

Qarabağın işğalı başa çatdırıldı. Bununla ermənilər bölgənin 

Azərbaycandan faktiki qoparılmasına nail oldular.  

Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 11 min erməni əskərinə 

cox az sayda azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri 

isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı 

yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü.  Əsir 

götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə  qədər məlumat yoxdur. İşğal 

nəticəsində  Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan 

edildi.  

Bu siyahıya Xan mağarası, Qaxal mağarası,  Şuşa qalası da olmaqla bütövlükdə 

279 dini, tarixi və  mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir 

çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar 

Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, Mədəni-

maarif, Kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitab-

xananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə 

1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsin-

də Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. 

Düşmənlərimiz  Şuşanı müvəqqəti işğal etsələr də, kənd-kəsəklərinə yabançı ad 

qoysalar da onu heç vaxt özününküləşdirə bilməyəcəklər.    



158 

 

Vəli Yusif oğlu Axundov 1916-cı il 

mayın 14-də Bakı quberniyasının 

Saray kəndində fəhlə ailəsində anadan 

olmuşdur. 

İlk təhsilini Saray kənd məktəbində 

alan Vəli, 1929-cu ildə həmin məktəbi 

bitirib Biləcəri stansiyasındakı fabrik-

zavod məktəbinə daxil olmuşdur. O, 

1931-ci ildə  sənət məktəbini bitirib Bakı  Sənaye 

texnikumuna daxil olmuşdur. 1935-ci ildə texnikumun 

Kimya  şöbəsini bitirib kimyaçı texnik peşəsinə 

yiyələnmişdir. O, təhsilini davam etdirmək və ali 

təhsil almaq məqsədilə  əvvəlcə Azərbaycan Sənaye 

İnstitutunun hazırlıq kursunda oxumuş, 1937-ci ildə 

isə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 

V.Axundov institutda oxumaqla yanaşı ATİ-nin 

ictimai elmlər kafedrasının laborantı, “Tibbi kadrlar 

uğrunda” qəzetin redaktoru və komsomol komitəsinin 

katibi vəzifəsində çalışmışdır. 

1941-ci ildə ATİ-ni müvəffəqiyyətlə bitirən 

V.Axundov orduya çağırılır. V.Axundov 1941-1945-

ci illər Böyük Vətən müharibəsində 20-ci atıcı 

diviziyanın tərkibində bir həkim kimi adi həkim-

əsgərdən xüsusi tibbi-sanitar batalyonunun komandiri 

vəzifəsinədək yüksəlmiş, Rusiya, Belorusiya, Alma-

niya, Çexoslovakiya ərazisində gedən döyüşlərdə 

iştirak etmişdir. 

1946-cı ildə ordudan tərxis olunan V.Axundov 

ATİ-na qayıtmış, Tibb tarixi kafedrasının assistenti 

qəbul edilmiş  və Epidemiologiya, Mikrobiologiya və 

Gigiyena  İnstitutunun elmi 

işçisi, direktoru olmuşdur. 

Tezliklə Azərbaycan Tibb 

İşçiləri Həmkarlar  İttifaqı 

Respublika Komitəsinin 

sədri seçilir və 1946-1949-

cu illərdə bu vəzifədə ça-

lışır. 

V.Axundov 1949-1952-



ci illərdə Azərbaycan SSR 

Səhiyyə nazirinin müavini, 

1952-1953-cü illərdə isə 

Bakı Vilayəti Səhiyyə 

şöbəsinin müdiri olmuşdur. 

1953-1954-cü illərdə 

V.Axundov Azərbaycan 

KP MK-da İnzibati, ticarət-

maliyyə  və plan orqanları 

şöbəsi müdirinin müavini 

vəzifəsində 

işləmişdir. 

V.Axundov 1954-1958-ci 

illərdə isə Azərbaycan SSR 

Səhiyyə naziri vəzifəsini 

aparmışdır. 

O, 1958-ci ilin fevral 

ayında Azərbaycan KP MK 

katiblərindən biri seçilmiş, 

bir qədərdən sonra - 1958-

ci ilin iyulunda isə Azər-

baycan SSR Nazirlər 

 

 May 


 

95 illiyi 

Vəli Axundov  

1916-1986 

 

 

 



 

Həkim 

14 



159 

Sovetinin sədri vəzifəsinə  təyin edilmişdir. O, bu 

məsul dövlət vəzifəsində 1959-cu ilin iyuluna qədər 

çalışmışdır. 

1959-1969-cu illərdə Azərbaycan KP MK-nın 

birinci katibi vəzifəsində çalışmışdır.  

V.Axundov 1956-cı ildə namizədlik dissertasiya-

sını müdafiə etmiş  və SSRİ Ali Attestasiya Komis-

siyası ona tibb elmləri namizədi, 1964-cü ildə isə tibb 

elmləri doktoru elmi dərəcəsi vermişdir. 

1969-cu il iyulun 14-də birinci katib vəzifəsindən 

azad edilmişdir. H.Əliyevin sədrliyi ilə keçirilən 

Azərbaycan KP MK bürosunun iclasında V.Y.Axun-

dovun birinci katib olarkən istifadə etdiyi tibbi və 

məişət xidmətləri özündə saxlanılmışdır. 

V.Axundov 1969-cu ildə isə Azərbaycan Elmlər 

Akademiyasının akademiki seçilmişdir. 1969-1972-ci 

illərdə V.Axundov Azərbaycan SSR Elmlər Akade-

miyasının vitse-prezidenti olmuş  və akademiyanın 

səhiyyə sahəsinə  rəhbərlik etmişdir. V.Axundov 

1972-1986-cı illərdə Q.M.Musabəyov adına Virusolo-

giya, Mikrobiologiya və Gigiyena İnstitutunun direk-

toru olmuşdur. 

V.Axundov ictimai və 

siyasi fəaliyyət göstərdiyi 

dövrdə dəfələrlə AKP, Sov. 

İKP MK, Azərbaycan AKP 

MK bürosunun üzvü, Azər-

baycan, SSRİ Ali sovetləri-

nin, Azərbaycan SSR Ali 

Soveti rəyasət heyətinin 

üzvü olmuşdur. 

V.Axundov Lenin orde-

ni, II dərəcəli Vətən müha-

ribəsi, Qırmızı Ulduz or-

denləri və müxtəlif medal-

larla təltif olunmuşdur. 

V.Axundov 1986-cı il 

avqustun 22-də Bakı  şəhə-

rində  vəfat etmiş  və  Fəxri 

Xiyabanda dəfn olunmuş-

dur. 


Ədəbiyyat 

Vəli Axundov //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1976.- C.1.-

S.495. 

Qasımlı, M. Azərbaycanın Baş nazirləri /M.Qasımlı, C.Hüseynov.- Bakı, 2005.-



S.25. 

Rus dilində 

Некоторые  вопросы  гигиены  сельских  населенных  мест  Азербайджанской 

ССР / В.Ахундов.- Баку, 1972. 

İnternetdə 

www. adam.az 

www.az.wikipedia.org                                                 Məmməd Məmmədov



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə