Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə51/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   47   48   49   50   51   52   53   54   ...   141

154 

 

  Elşad Məmmədhənifə oğlu Yəhyayev 

5 may 1966-cı ildə  Şəki  şəhərində 

doğulmuşdur. 1973-cü ildə orta təhsili-

nə  Şəkidəki 12 saylı  məktəbdə başla-

mış, lakin 1977-ci ildə ailəsinin Bakıya 

köçməsi ilə  əlaqədar olaraq təhsilini 

Xətai rayonundakı 56 saylı orta məktəbdə başa vur-

muşdu. 1984-1986-cı illərdə  hərbi xidmətdə olmuş-

dur. Elşad 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər 

Məktəbinə daxil olmuş, 1991-ci ildə leytenant rütbəsi 

ilə  Vətənə dönmüşdür. Bu zaman artıq Qarabağ 

müharibəsi başlamışdı. Elşad könüllü olaraq DİN-ə 

müraciət etmiş və onu N saylı hissəyə taqım koman-

diri təyin etmişlər. Cəsur komandir Sırxavənd, Nax-

çıvanik, Papravənd kəndlərində gedən döyüşlərdə 

iştirak edərək azğın ermənilərə öz şücaətini göstərmiş, 

xeyli qulduru məhv etmişdir. Naxçıvanik kəndində 

gedən qaynar döyüşlərdə Elşad xeyli düşməni məhv 

etmişdi, lakin qəfil snayper gülləsi onun gənc ömrünü 

tamamlamışdır. 20 iyun 

1992-ci ildə o, qəhrəmanca-

sına şəhid olmuşdur.  

Azərbaycan Respubli-

kası Prezidentinin 8 ok-

tyabr 1992-ci il tarixli 264 

saylı Fərmanı ilə Yəhyayev 

Elşad Məmmədhənifə  oğ-

luna olümündən sonra 

“Azərbaycanın Milli Qəh-

rəmanı” adı verilmişdir.  

Bakı  şəhərinin  Şəhidlər 

Xiyabanında dəfn edilmiş-

dir.  Şəki rayonundakı 12 

saylı  məktəb qəhrəmanın 

adını daşıyır. Bakı  şəhərin-

dəki 56 saylı orta məktəbdə 

isə onun büstü qoyulub. 



Ədəbiyyat 

       Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına 

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Yəhyayev Elşad 

Məmmədhənifə  oğlu - daxili qoşunların poçta komandiri - Azərbaycan 

Respublikasının suverenliyinin və  ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində göstərdiyi  şəxsi igidlik və  şücaətə görə]: 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 oktyabr 1992-ci il //Azərbaycan.- 

1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra). 

Şahmar, E. “Elşad kimi oğlu olan ağlamaz!” /E.Şahmar //İsmayıllı qartalları.- Bakı, 

1996.- S.51-54.                                                                                Adilə Abdullayeva 



 

 

   May 



 

45 illiyi 

Elşad Yəhyayev 

1966-1992 

 

 

 



Milli 

Qəhrəman 




155 

 

 İlham Gülbala oğlu Həsənov 



1976-cı il may ayının 6-da Ağstafa ra-

yonunun Xətai kəndində anadan ol-

muşdur. 

1994-cü ilin sentyabrında Milli 

Orduya çağırılan  İ.Həsənov Bakıda 

hərbi hissələrin birində xidmətə başla-

mışdır.  

Təzə  təyinat yerində  İlham öz döyüş hazırlığını 

daha da təkmilləşdirməyə yenicə başlamışdı ki, 

məlum mart hadisələri onun planlarını yarımçıq 

qoydu. 

1995-ci ilin 13 martında bir qrup silahlı  dəstə 



xəyanət yolunu tutaraq, dövlət çevrilişinə  cəhd 

göstərdi. Təbii ki, dövlətçiliyimiz naminə bu cəhdin 

qarşısı vaxtında alınmalı idi və alındı da! Artıq mart 

ayının 17-də qiyamçı  dəstə  təmamilə  tərksilah edil-

mişdi. Çox təəssüf ki, bu çətin  əməliyyat neçə-neçə 

Vətən oğlunun qanı bahasına başa gəlmişdi. Həmin  

 

qarşıdurmada öz vətəndaş-



lıq borcunu vicdanla yerinə 

yetirən İlham Həsənov qar-

şı  tərəfdən atılan gülləyə 

tuş gəldi. 

Azərbaycan Respubli-

kası Prezidentinin 4 aprel 

1995-ci il tarixli 307 saylı 

Fərmanı ilə Həsənov İlham 

Gülbala oğluna ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adı verilmiş-

dir. 


Ağstafa şəhərinin Şəhid-

lər Xiyabanında dəfn edil-

mişdir. Ağstafa rayonunda 

İlham Həsənovun adına kü-

çə var. 

Ədəbiyyat 

Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna  

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Həsənov  İlham Gülbala 

oğlu - Müdafiə Nazirliyi, sıravi - Azərbaycan Respublikasının Konstitusiya, dövlət 

quruluşunun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi 

cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət göstərdiyinə görə ]: 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.-

1995.- 5 aprel.- S.1.- (Ölümündən sonra). 

Əsgərov, V. Həsənov  İlham Gülbala oğlu /V.Əsgərov  //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- 215 s. 



Samirə Eminova  

 

 

 May 



 

35 illiyi 

İlham Həsənov  

1976-1995 

 

 

 



 

Milli 


Qəhrəman 




156 

 

Tаqоr Rаbindrаnаt 1861-ci il 



may ayının 7-də  Kəlkətə  şəhərində 

аnаdаn  оlmuşdur.  Оrtа  məktəbi bi-

tirdikdən sоnrа  Kəlkətə  və  Lоndоn 

univеrsitеtlərində аli təhsil аlmışdır. 

    Əsərləri 1875-ci ildən çаp еdilir. 

80-ci illərin  əvvəllərindən gеniş 

ictimаi-siyаsi fəаliyyət göstərmiş, 

“Brаhmо Çаmаc” dini-islаhаt və mааrif cəmiyyətinin 

kаtibi оlmuşdur. 

1905-ci ildən Tаqоr Bеnqаl milli аzаdlıq hə-

rəkаtının rəhbərlərindən  оlmuş, vətənpərvər ruhlu 

şеirlər yаzmışdır. “İntiqаm” (1909), “Mühаfizəkаrlıq 

qаlаsı” (1911) pyеslərində  Tаqоr dinindən  аsılı 

оlmаyаrаq bütün hindliləri milli istiqlаliyyət uğrundа 

mübаrizədə birliyə  çаğırmışdır. “Bаğlаn”, “Köçən 

quşlаr” lirik şеir tоplulаrı  Tаqоrа  gеniş  şöhrət gə-

tirmişdir. Həmin tоplulаrdаkı şеirlərə görə о, 1913-cü 

ildə Nоbеl mükаfаtınа lаyiq görülmüşdür.  

 

Yаrаdıcılığı 



bеnqаl və 

ümumiyyətlə hind ədəbiy-

yаtındа  tənqidi rеаlizmin, 

müаsir bеnqаl ədəbi dilinin 

təşəkkülündə mühüm rоl 

оynаmışdır. 

Tаqоrun “Хаlqın ruhu” 

(1911)  şеiri Hindistаnın 

milli himninə  çеvrilmişdir. 

Yаrаdıcılığı dünyа  mədə-

niyyəti  хəzinəsinə  dахil  оl-

muş, əsərləri bir çох dillərə, 

о cümlədən Аzərbаycаn di-

linə tərcümə оlunmuşdur.  

   О, 1941-ci il аvqustun 

7-də vəfаt еtmişdir.  



Ədəbiyyаt 

Sеçilmiş əsərləri: 8 cilddə /R.Tаqоr.- Bakı: Аzərnəşr, 1963-1967.- C.1-8. 

Аzərbаycаn Sоvеt  Еnsiklоpеdiyаsı: 10 cilddə /bаş  rеdаktоr C.Quliyеv.- Bakı, 

1986.- C.9.- S.118-119. 



Rus dilində 

Собрание сочинений: В 19-ти томах. Пер. с бенгал. языка Е.Быковой  

/Тагор Рабиндранат.- М.: Госплтиздарт, 1961-1965.- Т.1-12. 

Крилалани  К.  Рабиндранат  Тагор: [пер.  с  англ.] /Крилалани  Кришна; 

послесл. И.Д.Серебякова.- М.: Молодая гвардия, 1989.- 285 с. 

 

Məmməd Məmmədov 

 

 May 



 

150  illiyi 

 

Tаqоr Rаbindrаnаt 



 1861-1941 

 

 



 

 

Hind yazıçısı 






Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə