Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə59/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   55   56   57   58   59   60   61   62   ...   141

179 

Beynəlxalq Çaykovski müsabiqəsinin gümüş meda-

lına layiq görülmüşdür.  

    1994-cü  ildən  İstanbul Dövlət Universitetinin 

Konservatoriyasının professorudur. 1996-cı ildən 

professor adı almışdır. 2001-ci ildə isə  “Şöhrət” 

ordeni ilə təltif edilmişdir. 

   Xuraman  Qasımova bir sıra xarici ölkələrdə Bol-

qarıstanda, Çexoslovakiyada, Maltada, Fransada, 

Avstriyada, Norveçdə, Türkiyədə, Finlandiyada çı-

xışlar etmişdir. 

   Xuraman  Qasımova hal-

hazırda öz şərəfli sənət 

yolunu yorulmadan sevə-

sevə davam etdirir. O, ifa-

çılıq vokal ustalığı ilə vokal 

yaradıcılıq sahəsində  həm 

respublikamızda, həm də 

respublikadan kənar ölkə-

lərdə də tanınır. 

 

Ədəbiyyat 

 

Abdultalıbzadə, G. Xuraman Qasımova otuz illik sənət yolu /G.Abdultalıbzadə 

//Musiqi dünyası.-2008.- №1-2.-S.127-130. 

Bakı Musiqi Akademiyası:Yeni tədris kurslarında solo oxuyan tələbələr üçün /elmi 

redaktoru Xuraman Qasımova.- Bakı, 2008.- 39 s. 

Musiqini sevirəm deməklə  sənətkar olmaq mümkün deyil //Paritet.-2008.-18-19 

sentyabr.-S.13. 

Nəcəfova, G. O ki, gözəldir /G.Nəcəfova // Mədəniyyət.- 2009.- 26 iyun.- S.4.  

 

İnternetdə 

   www.anl.az 

 

                                                             Samirə Eminova 



180 

 

 Həbib  Əbdülhüseyn oğlu Bayra-

mov  1926-ci il iyun ayının 14-də 

Bakı şəhərində anadan olmuşdur. 

   Həbib Bayramov hələ kiçik yaş-

larından tara bağlanmış, sonralar 

ömrü boyu onu doğma balası kimi 

sinəsinə  sıxaraq “oxşamış”, din-

ləyicilərin də ürəyini oxşaya bil-

mişdir. Onların evində musiqiçi olmamışdır. Atası 

onun tara olan sevgisini hiss etmişdi və 13 yaşı tamam 

olan günü ona tar hədiyyə almışdı. Elə  həmin gün 

atası onu musiqi məktəbinə,  Əhməd Bakıxanovun 

yanına aparmışdı. 

 H.Bayramov 1941-ci ildən  Əhməd Bakıxanovun 

rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında 

çalışmışdır. 1943-cü ildə Asəf Zeynallı adına Orta 

İxtisas Musiqi məktəbində müəllim çatışmadığı üçün 

Həbib Bayramov həm muğamat sinfində  dərs demiş

həm də əlaçı tələbə kimi təhsil almışdır. 

 1949-cu  ildən M.Maqomayev adına Azərbaycan 

Dövlət  Filarmoniyasının, Azərbaycan Qastrol-konsert 

Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti ol-

muşdur.  

 Həbib Bayramov musiqi aləmində  şərəfli həyat 

yolu keçmişdir. Bu yolda nə qədər uğur, sevinc, yad-

daqalan konsertlər, xarici səfərlər, maraqlı epizodlar, 

təltiflər, fəxri adlar həmişə  sənətkarı müşayiət etmiş-

dir. 

  İstedadlı tarzənin xaricə ilk səfəri 1951-ci ildə ol-



muşdur. O, Berlində keçirilən tələbələrin üçüncü 

ümumdünya festivalında 

iştirak etmiş, festivalın lau-

reatı adına layiq görülmüş-

dür. Sonralar Polşaya, Ka-

nadaya,  İraqa, Suriyaya, 

Yəmənə, Küveytə,  İordani-

yaya, Əfqanıstana, Türkiyə-

yə, Danimarkaya, Avstriya-

ya,  İngiltərəyə, Hindistana, 

Nepala, İtaliyaya, İspaniya-

ya, Fransaya qastrol səfər-

ləri etmiş, Azərbaycan mu-

siqisini, Azərbaycan tarını 

həmin ölkələrdə bir daha 

sevdirmiş,  şöhrətləndirmiş-

dir. 

Həbib Bayramov həm də 



gözəl saz ifaçısı olmuşdur. 

Onun sazda ifa etdiyi 

“Segah”, “Humayun”, “Ba-

yatı-Qacar” muğamları ra-

dionun qızıl fondunda sax-

lanılır.   

1973-cü ildən ömrünün 

sonunadək Azərbaycan 

Dövlət Televiziya və Radio 

Verilişləri Komitəsinin  

Əhməd Bakıxanov adına 

Xalq Çalğı Alətləri ansam-

blının bədii rəhbəri olmuş-

 

  İ



yun 

 

85 illiyi 



Həbib Bayramov 

1926-1994 

 

 

 



 

Tarzən 

14 



181 

dur. 1983-cü ildə o, Azərbaycanın Xalq artisti adına 

layiq görülmüşdür. 

Həbib Bayramov Bülbül, Xan Şuşinski, Zülfü Adı-

gözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Tükəz-

ban  İsmayılova,  Şövkət  Ələkbərova,  Əbülfət  Əliyev, 

Rübabə Muradova, Zeynəb Xanlarova, Sara Qədimo-

va kimi sənətkarları tarda müşayiət etmişdir. 

 Onun  sənəti yüksək ifaçılıq mədəniyyəti ilə daim 

fərqlənmişdir. Repertuarında “Rast”, “Şur”, “Çahar-

gah”, “Segah”, “Xaric se-

gah”, “Orta mahur”  və di-

gər muğamlar  əsas yer tut-

muşdur. 


Görkəmli tarzən Həbib 

Bayramov  15 avqust 1994-

cü ildə Bakı şəhərində vəfat 

etmişdir və ikinci Fəxri Xi-

yabanda dəfn olunmuşdur. 

 

Ədəbiyyat 



 

Bayramov Həbib Əbdülhüseyn oğlu //Müğam ensiklopediyası.-Bakı, 2009.- S.39. 

Bayramov Həbib  Əbdülhüseyn oğlu //Üzeyir Hacıbəyli ensiklopediyası.-Bakı, 

2008.- S.33.   

 

   Samirə Eminova 



 


182 

 

 

Hər il iyulun 14-ü Ümumdünya 



Donor Günü kimi qeyd olunur. 

14 iyun, həm də 1930-cu ildə 

qan qruplarını kəşf etdiyinə görə 

Nobel mükafatı almış Karl Lan-

şteynerin anadan olduğu gün-

dür. Məhz Lanşteyner “ABO” 

qan sistemini kəşf etmişdir ki, bundan sonra donordan 

xəstəyə qan köçürmək mümkün olmuşdur. Ölkəmizdə 

14 iyun Ümumdünya Donor Günü kimi ilk dəfə 2004-

2005-ci illərdə qeyd olunub. Ölkədə qana olan ehti-

yacı ödəmək məqsədi ilə Mərkəzi Qan Bankı fəaliyyət 

göstərir. Hər il keçirilən aksiyalarda donor olmaq 

istəyənlərin sayı isə getdikcə artır. Donorluq həm də 

xeyirxahlıq, hümanizm, həmrəylik deməkdir. Qan 

vermək insan həyatını xilas edir və insan sağlamlığına 

kömək edir. Həmin xeyirxah insanlar - qan donor-

larıdır. Qan donoru olmaq üçün ən yaxşı vaxt yaz-

payız ayları hesab olunur. Qan verən insan isə  zərər 

çəkmir. Əksinə qan hüceyrələri təzələnir və aktivləşir. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2005-ci ildə 

keçirilən Baş Assambleyasında, bütün üzv ölkələrinin 

Səhiyyə nazirlərinin iştirak 

etdiyi bir tədbirdə, qərara 

alınmışdır ki, bütün ölkələr 

qan ehtiyaclarının 100% 

könüllü donor qanı ilə ödə-

nilməsinə çalışmalı  və bu-

nun üçün tədbirlər görməli-

dir. Məhz bundan sonra öl-

kəmizdə “Qanın, qan kom-

ponentlərinin donorluğu və 

qan xidməti haqqında” yeni 

qanun qəbul olundu (3 

may, 2006-cı il), Qan Bankı 

təmir edildi və  təkmilləşdi-

rildi və “Qan xidmətinin 

təkmilləşdirilməsi, qan do-

norluğunun inkişafı” məq-

sədilə 10 illik proqram 

(2005-2010) qəbul olundu. 

Hazırda həmin proqramın 

icrası  həyata keçirilməkdə-

dir. 

Ədəbiyyat

      “Qan  ver,  yaşat”:  İyunun 18-də Ümumdünya Donor Günü ilə bağlı keçirilən 

mərasimin devizi belə idi //Azərbaycan.- 2009.- 20 iyun.- S.5. 

İnternetdə 

www.az.trend.az 

www.bizimyol.az 

                    Adilə Abdullayeva 

 

   



İyun 

 

 



Beynəlxalq Qan Donor Günü

 

 

1930 



 

14 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə