Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə62/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   58   59   60   61   62   63   64   65   ...   141

189 

bаycаn  şərаitində  çохаldılmаsı üçün biоtехnоlоji 

üsullаr hаzırlаnıb bаlıqаrtırmа təsərrüfаtlаrındа tətbiq 

еdilmişdir. 

1960-1970-ci illərdə  əsаs tədqiqаt işləri sənаyе 

əhəmiyyətli bаlıqlаrın zаvоd  şərаitində  çохаldılmаsı 

zаmаnı  оnlаrın inkişаf mərhələlərinin mühitin 

müхtəlif  аmillərinə  həssаs yаş dövrlərinin müəyyən 

еdilməsinə həsr еdilmişdir. Frаnsız аlimləri (Plаtеl və 

Rеpеrаn) ilə birgə  аpаrılаn tədqiqаtlаrın nəticəsində 

nərəkimi bаlıqlаrın bеynində müхtəlif funksiyаlаrın 

lоkаlizаsiyаsı  və  оnlаrın bеyninin mərhələli inkişаfı 

prinsipləri müəyyən еdilmişdir. 

Hаl-hаzırdа  rəhbərlik  еtdiyi lаbоrаtоriyа “Sənаyе 

əhəmiyyətli bаlıqlаrın  еrkən  оntоgеnеzində mühitin 

təsiri nəticəsində müхtəlif üzvlərində  mоrfо-fiziоlоji 

və biоkimyəvi göstəricilərin öyrənilməsi” mövzusu 

üzərində  işləyir. Bu tədqiqаtlаr biоmüхtəlifliyin 

qоrunmаsı  və  оnun  еhtiyаtlаrının bərpаsı üçün çох 

əhəmiyyətlidir. 

261  еlmi  əsəri çаp  оlunub,  оnlаrdаn bеşi mоnоq-

rаfiyаdır. Məqаlələrinin böyük bir qismi АBŞ-dа

Türkiyədə, Rumıniyа,  Аlmаniyа  və Rusiyаdа  çаp 

оlunmuşdur. 

Rəhbərliyi аltındа 33 dissеrtаsiyа (4 dоktоrluq, 29 

nаmizədlik) müdаfiə еdilmişdir. 

SSRİ  Еlmlər  Аkаdеmi-

yаsının Fiziоlоgiyа böl-

məsinin 6 iyun 1988-ci ilin 

72  №-li qərаrı ilə 1988-

2001-ci illərə  qədər “Эво-

люционная  биохимия  и 

физиология” jurnаlının rе-

dаksiyа  hеyətinin tərkibin-

də  çаlışmışdır. Müхtəlif 

illərdə 1990-cı ilə  qədər 

SSRİ ЕА-nın “Аli sinir sis-

tеminin və dаvrаnışın gеnе-

tikаsı” 

şurаsının sədr 

müаvini,  İхtiоlоji kоmis-

siyаnın “Еkоlоji Fiziоlо-

giyа”, “Nərəkimilər”  еlmi 

şurаlаrının üzvü, “Хəzər 

prоblеmləri və biоlоji rе-

surslаr” kоmissiyаsının və 

s. üzvü оlmuşdur. 

Hаzırdа AMЕА-nın Vе-

tеrаnlаr şurаsının sədridir. 

Ədəbiyyаt 

 

Касимов, Р.Ю. Краткий очерк /Р.Ю. Касимов.- Баку: «Элм», 1991.- 79 с. 

Касимов,  Р.Ю.  Сравнительная  характеристика  поведения  дикой  и  заводской 

молоди  осетровых  в  раннем  онтогенезе:  Монография  /Р.Ю.Касимов.-  Баку: 

Элм, 1980.-180 с. 

Лукяценко,  В.И.  Экспериментальное  обоснование  возрастновесового  стан-

дарта заводской молоди Каспийских осетровых: Монография. /В.И.Лукященко,  

Р.Ю. Касимов

.

- Волгоград: Кокоза, 1985.-230 с. 



 

İntеrnеtdə 

www.deyerler.orq  

www.science.az 

 

Məmməd Məmmədov

 



190 

 

Zakir Nüsrət oğlu Məcidov  1956-cı 

il iyun ayının 26-da Neftçala rayo-

nunun Həsənabad qəsəbəsində anadan 

olmuşdur.  

Zakir 1974-cü ildə Ryazan vila-

yətinin Sasovo şəhərinə gedərək Ali  

Hərbi  Aviasiya məktəbinə daxil ol-

muşdur. 1977-ci ildə  həmin məktəbi bitirərək, 

leytenant rütbəsi almışdır. Yevlax aviadəstəsində AN-

2 təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə 

başlamışdır. 1980-ci ildə  təyinatla Zabrat avia-

dəstəsində AN-2 təyyarəsinin komandiri  təyin edil-

mişdir. Gənc leytenant  7 il bu müəssisədə çalışmış və 

istehsalatdan ayrılmadan Ukraynanın Kremençuq 

Təyyarəçilər Məktəbində  Mİ-2 vertolyotu üzrə 6 ay 

təkmilləşdirmə kursu keçmişdir.  

Z.Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun 

Bakının Qala qəsəbəsində təşkil olunan 843 saylı hərbi 

hava hissəsində  Mİ-24 vertolyotlarından   birinə ko-

mandir təyin olunmuşdur. O, həmin vertolyotla Ağ-

dərənin Aterk kəndində ermənilərin yerləşdiyi qə-

rargahı darmadağın etmiş, düşmənin xeyli texnikasını 

sıradan çıxarmışdır. 1992-ci il avqustun 6-da Zakir ye-

nidən ermənilərin Kasapet yüksəkliyindəki üç 

mövqeyini susduraraq geri dönmüşdür. Cəsur  koman-

dir dördüncü dəfə havaya 

qalxarkən düşmən tərəfin-

dən atılan raketlərdən biri 

vertolyotu müvazinətdən çı-

xarmışdır. Cəsur pilot qüv-

vəsini nə  qədər toplasa da, 

vertolyot düşmən  əlində 

olan  əraziyə düşmüşdür. 

Zakir öz ekipajı ilə birlikdə 

qəhramancasına həlak ol-

muşdur. 

Ailəli idi. Bir övladı var. 

Azərbaycan Respublikası 

Prezidentinin 14 sentyabr 

1992-ci il tarixli 204 saylı 

Fərmanı ilə  Məcidov Zakir  

Nüsrət oğlu ölümündən son-

ra “Azərbaycanın Milli 

Qəhrəmanı” adına layiq gö-

rülmüşdür. 

Bakı  şəhərinin  Şəhidlər 

Xiyabanında dəfn edilmiş-

dir.

Ədəbiyyat 

      Əsgərov, V. Məcidov Zakir Nüsrət oğlu /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- S.132.     

      Məcidov Zakir Nüsrət oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova;  M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.131.     

 Saqibə Mehrəliyeva 

 

İyun  



 

55 illiyi 

Zakir  Məcidov 

  1956-1992  

 

 

 



Milli 

Qəhrəman 

26 



191 

 

 Cahangir  Şirgəşt oğlu Cahangirov  

1921-ci il iyun ayının 26-da  Bakı 

yaxınlığındakı Balaxanı kəndində ana-

dan olmuşdur. 

Orta təhsilini başa vurduqdan sonra 

Bakı Musiqi Məktəbində oxumuş, 

1951-ci ildə Azərbaycan Dövlət Kon-

servatoriyasını bitirmişdir. 

1940-cı ildə Cahangir Cahangirov Azərbaycan 

Dövlət Filarmoniyasında Mahnı və Rəqs ansamblının 

Xor qrupuna, Sazçı Qızlar ansamblına, 1944-cü illərdə 

Azərbaycan Radio Verilişləri Komitəsi nəzdindəki 

xora rəhbərlik etmişdir. 

1950-ci ildə “SSRİ Dövlət mükafatı” laureatı, 

1959-cu ildə isə Azərbaycan Respublikası  Əməkdar 

incəsənət xadimi adına layiq görülmüşdür. 

Böyük bəstəkarın yaradıcılığının çox hissəsini 

təşkil edən “Xor” əsərləri Azərbaycan xor musiqisinin 

inkişafında mühüm rol oynamışdır. Onun 1949-cu ildə 

“Arazın o tayında” vokal-simfonik poeması, 1956-cı 

ildə “Dostluq nəğməsi” süitası, 1959-cu ildə “Füzuli” 

və 1973-cü ildə “Nəsimi” kantataları,  “Hüseyn Cavid 

-59” oratoriyaları onun yaradıcılığına böyük uğur 

gətirmişdir. 

    Cahangirovun musiqisi üçün nikbinlik, milli musiqi 

ilə üzvi əlaqə, axıcı melodika səciyyəvidir. O, “Ko-

roğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” kinofilmlə-

rinə musiqi bəstələmişdir. Azərbaycan kütləvi və lirik 

mahnı janrının, eləcə də opera və instrumental  

 

 

musiqisinin inkişafında da 



Cahangir Cahangirovun bö-

yük xidmətləri olmuşdur. 

C.Cahangirov 1976-

1978-ci illərdə Mirzə  İbra-

himovun “Azad qız” poves-

tinin motivləri  əsasında 

“Xanəndənin taleyi” opera-

sını, “Təzə  gəlin” operetta-

sını, “Osetin süitası”, “Mi-

sir lövhələri” xor üçün əsər-

lərini, “Nazənin”, “Xəzər”, 

“Dan ulduzu, bir də  mən”, 

“Ana”, “Zəriflik” mahnıla-

rını bəstələmişdir. 

C.Cahangirov Azərbay-

can musiqisinin inkişafında 

göstərdiyi xidmətlərə görə 

1963-cü ildə Azərbaycan 

Respublikasının Xalq artisti 

adına layiq görülmüş, 1978-

ci ildə “Qırmızı Əmək Bay-

rağı” ordeni və bir sıra me-

dallarla  təltif edilmişdir. 

Cahangir Cahangirov 

uzun müddət Azərbaycan 

Dövlət Konservatoriyasında 

“Xor dirijoru” kafedrasının 

müdiri işləmişdir. 

 

İyun  


 

90 illiyi 

Cahangir Cahangirov 

1921-1992 

 

 

 



 

Bəstəkar 

26 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə