Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə64/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   60   61   62   63   64   65   66   67   ...   141

196 

AMEA-nın Neft və Qaz yataqları Problemləri  İnstitutunun direktoru

texnika elmləri doktoru, professor Abbasov Midhət Teymur oğlunun 

(31.07.1926) anadan olmasının 85 illiyi 



    Riyaziyyat. Fizika 

      Riyaziyyatçı alim, professor Rəsulov Məcid Lətif oğlunun 

(09.07.1916-11.02.1993) anadan olmasının 95 illiyi 

Coğrafiya. Geologiya. 

Rus alimi, səyyah və etnoqraf  Mikluxo-Maklayın (17.07.1846- 

     14.04.1888) anadan olmasının 165 illiyi 

    Kimya. Biologiya 

      Kimyaçı alim, Dövlət mükafatı laureatı Rəfiyev Mahmud 

 Məmmədtağı oğlunun (20.07.1916) anadan olmasının 95 illiyi 

      Musiqi 

        Xalq artisti, müğənni Kərimova Flora Ələkbər qızının (23.07.1941) 

       anadan olmasının 70 illiyi 

    Teatr. Kino 

      İtalyan kino rejissoru və kino aktyoru De Sika Vittorionun 

(07.07.1901-14.11.1974) anadan olmasının 110 illiyi 

Əməkdar incəsənət xadimi, kino operator İsmayılov Rasim Rza 

oğlunun (13.07.1936) anadan olmasının 75 illiyi 

Xalq artisti Mustafayeva Sədayə  İsmayıl qızının (15.07.1926-

13.08.2004) anadan olmasının 85 illiyi 

    Rəssamlıq. Heykəltəraşlıq  

      Xalq  rəssamı  Nərimanbəyov Vidadi Yaqub oğlunun (13.07.1926-

2001) anadan olmasının 85 illiyi 



197 

Holland boyakarı  və qrafiki Rembrandt Harmens Van Reynin 

(15.07.1606-04.10.1669) anadan olmasının 405 illiyi 

Azərbaycanın Xalq rəssamı, qrafik Rəhmanzadə Maral Yusif qızının 

(23.07.1916-16.03.2008) anadan olmasının 95 illiyi 

Rus boyakarı  və qrafiki, Xalq rəssamı Reşetnikov Fyodor Pavloviçin 

(26.07.1906-1988) anadan olmasının 105 illiyi 

      Fəlsəfə

 

        Alman filosofu, riyaziyyatçı, fizik, hüquqşünas Leybnits  



                        Qotfrid  Vilhelmin (01.07.1646-14.11.1716) anadan olmasının 365  

                         illiyi 



     İdman  

      Əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim, boksçu Ağalarov 

Abbas Fərhad oğlunun (15.07.1911-05.03.1969) anadan olmasının 100 

illiyi 


 


198 

 

Kərim Məhəmməd oğlu Kərimov  



1971-ci il iyul ayının 2-də Şərur rayo-

nunun Qarahəsənli kəndində anadan 

olmuşdur.  

Orta məktəbi bitirdikdən sonra Tü-

menə getmiş və Ali Hərbi Mühəndis - 

Komandirlər Məktəbinə  qəbul olun-

muşdur. Siyasi və hərbi  hazırlıq əlaçısı idi. Ürəyi hər 

zaman Vətən eşqi ilə döyünürdü.  

Qarabağda hadisələr  şiddətlənəndə onunla təhsil 

alan 15 nəfər azərbaycanlı kursantı ətrafına  toplayaraq 

“Uşaqlar, bu gün Vətənimizin ağır günüdür. Ölkənin 

hərbi mütəxəssislərə böyük ehtiyacı var. Əgər biz 

günahsız  insanların Qarabağda axıdılan qanına biganə 

qalsaq, onda torpaq bizi bağışlamaz” demişdi. 

Beləliklə, Tümen Ali Hərbi Mühəndis-Komandirlər 

Məktəbinin son kursunda təhsil alan tələbələr 

Azərbaycana qayıdıb, təhsillərini Bakı Ali Birləşmiş 

Komandirlər Məktəbində davam etdirirlər. Onlar 

Biləcəridə  təlim keçdikdən sonra aprelin 15-də 

Goranboy rayonuna yola düşürlər.  İlk gündən 

“Tümendən gələn zabit” kimi  tanınan 21 yaşlı 

K.Kərimov  istehkamçılar bölməsinə komandir təyin 

olunur. O, verilən bütün tapşırıqları itki vermədən, 

layiqincə yerinə yetirirdi. 

1992-ci il mayın 1-də Tap-Qaraqoyunlu kəndi 

ətrafında minalanmış sahələrin  zərərsizləşdirilməsi 

əməliyyatı başlanmışdı.  Əməliyyat zamanı bir nəfər 

əsgərimiz yaralanmışdı. Döyüşçüyə birinci qrup qan 

lazım olanda ilk dəfə Kərim özü  qan vermişdi. Mayın 

5-də  Kərim bir neçə döyüş 

yoldaşı ilə birlikdə quldurlar 

yuvası Talış  təpəsinə qalx-

mış, onların döyüş hünəri 

sayəsində 40 nəfərə yaxın 

erməni qulduru məhv edil-

mişdi. Bölmə döyüşə-döyü-

şə  yüksəkliyi  ələ keçirir. 

Səhər saat 5 radələrində Ta-

lış  kəndindən baş qaldıran 

düşmən, güclü  hərbi texni-

kanın köməyilə onları mü-

hasirəyə salır.  Şiddətli dö-

yüş başlanır. Kərim öz avto-

matını yoldaşına verir və 

qumbaraatanla hücuma ke-

çir. Düşmənin bir döyüş 

maşını  vurulur. İkinci ma-

şına atəş açılanda artıq Kə-

rim yaralanmışdı. O, əsir 

düşməmək üçün odlu siqnal 

fişəngini sinəsinə  sıxır. 

Erməni quldurları  Kərimin 

və onun bir neçə döyüş 

yoldaşının cəsədlərini götü-

rüb aradan çıxartmışdılar. 

İyunun 12-də  kəndlərin 

erməni silahlı quldur dəstə-

lərindən təmizlənməsi  əmə-

liyyatı başlanıldı. Qısa müd-

 

İyul  



 

40 illiyi 

Kərim Kərimov      

  1971-1992  

 

 

 



Milli 

Qəhrəman 




199 

dət ərzində 14 kənd geri alındı. Ayın 16-da səhər 12-

də Talış kəndinin azad olunması barədə əmr veriləndə 

Kərimin atası və əmisi də döyüşlərə qoşulmuşdu. Milli 

Ordumuzun tutduğu iki erməninin köməyi nəticəsində 

Kərimin fermanın yanında basdırılmış  cəsədi tapıldı. 

Onun cəsədi Gəncə aeroportuna gətirilərək Naxçıvana 

yola salındı. 

1992-ci il mayın 5-də Goranboy döyüşlərində 

qəhramancasına  şəhid olmuş  Kərim Kərimov iyunun 

17-də doğma kəndi Qarahəsənlidə torpağa tapşırıldı. 

Subay idi. 

Azərbaycan Respublikası 

Prezidentinin 11 sentyabr 

1992-ci il tarixli 193 saylı 

Fərmanı ilə Kərimov Kərim 

Məhəmməd oğlu ölümün-

dən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” adına la-

yiq  görüldü.  Qarahəsənli 

kəndində onun büstü qoyu-

lub. Goranboy və  Şərur ra-

yonlarında adına məktəb və 

küçə var. 

                        

Ədəbiyyat 

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına 

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Kərimov Kərim 

Məhəmməd oğlu - istehkamçılar bölməsinin komandiri - Azərbaycan Respublikasının 

suverenliyinin və  ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının 

erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə  qəhrəmanlıqla 

vuruşaraq göstərdiyi  şəxsi igidlik və  şücaətə, öz müqəddəs  əsgəri və xidməti 

borcunun yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə]: Azərbaycan 

Respublikası Prezidentinin Fərmanı, 16 sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 

sentyabr.- S.1.- (Ölümündən sonra). 

 

Əsgərov, V. Kərimov Kərim Məhəmməd oğlu /V.Əsgərov //Azərbaycanın Milli 



Qəhrəmanları.- Bakı, 2005.- S.112-113. 

Yusifoğlu,  İ. Yarımçıq ömrün son  akkordu /İ.Yusifoğlu  //Ölümü tanrıdan 

gələnlər.- Bakı, 1999.- S.10-14.   

Kərimov Kərim Məhəmməd oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.133.                                    

          

Saqibə Mehrəliyeva 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə