Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə72/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   68   69   70   71   72   73   74   75   ...   141

223 

 

 

Əlisa Qulam oğlu Hüseynov 



(Əlisa Nicat) 1936-cı il avqust ayının 

10-da Azərbaycanın Lerik rayonu 

Yuxarı  Gədik kəndində anadan ol-

muşdur. 1957-1963-cü illərdə  Lən-

kəran şəhər orta məktəbini bitirdikdən 

sonra Azərbaycan Dövlət Universite-

tinin Filologiya fakültəsinin Biblioqrafiya şöbəsində 

təhsil almışdır. 

Bədii yaradıcılığa orta məktəbdə ikən başla-

mışdır. Onun “Bircə söz” adlı ilk mətbu şeiri 1956-cı 

ildə  “Ədəbiyyat və incəsənət” qəzetində  dərc olun-

muşdur. 


1967-1972-ci illərdə Azərbaycan Dövlət Televi-

ziya və Radio Verilişləri Komitəsində redaktor vəzifə-

sində çalışmışdır. 

1974-1983-cü illərdə 

“Elm və  həyat” jurnalında 

ədəbi işçi və daha sonra 

şöbə müdiri olmuşdur. 

Bir müddət Lənkəran 

rayonunun  Şağlaküçə  kən-

dində yaşamışdır. Orada 

olarkən yaradıcılıqla məş-

ğul olmuşdur. 1990-cı ildən  

“Turan” jurnalının təsisçisi 

və baş redaktorudur. 

 

Ədəbiyyat 

 

Seçilmiş əsərləri  /Ə.Nicat.- Bakı: Qanun, 2000.- 759 s. 



Dünya fəlsəfi irsindən yarpaqlar /Ə.Nicat.- Bakı: Azərnəşr, 1991.- 164 s. 

Dünya filosofları /Ə.Nicat.- Bakı: Sabah, 1995.- 541 s. 

Dünya tarixçiləri /Ə.Nicat.- Bakı: Qanun, 1998.- 375 s. 

Qızılbaşlar: Roman /Ə.Nicat.-Bakı: Azərnəşr, 1993.- 229 s. 

Karvan: Seçilmiş əsərlər /Ə.Nicat.- Bakı: Qanun, 2000.- 759 s. 

Plutarx. İsgəndər Zülqərneyn /Ə.Nicat.- Bakı: Azərnəşr, 1993.- 163 s. 



                                                                 Samirə Eminova

 

Avqust  



 

75 illiyi 



Əlisa  Nicat  

1936 


 

 

 



 

Şair 


10 


224 

              

  Qabil  Allahverdi oğlu İmamver-

diyev  1926-cı il avqust ayının 12-

də Bakıda dəmiryolçu ailəsində 

anadan olmuşdur. 

1948-ci ildə Pedaqoji İnstitutun 

(indiki APU) Dil və  ədəbiyyat fa-

kültəsini bitirmişdir. Tələbə ikən, 2 aprel 1944-cü ildə 

“Ədəbiyyat qəzeti”ndə “Gəl, baharım!” adlı ilk şeiri 

çap olunmuşdur. Bir müddət Yardımlı rayonunda 

müəllimlik etmişdir, sonra isə Bakıdakı 40 saylı fəhlə 

gənclər orta məktəbində dərs hissə müdiri işləmişdir. 

1950-ci ildə “Səhər açılır” adlı ilk kitabı nəşr olun-

muşdur. 


1951-1954-cü illərdə respublika qəzetlərində əmək-

daşlıq etmiş, redaksiyaların tapşırığı ilə yazılar 

hazırlamaq üçün Azərbaycanın bölgələrini qarış-qarış 

gəzmişdir. 

1956-cı ildə Moskvada ikiillik Ali ədəbiyyat 

kurslarını bitirmişdir. Bakıya gəlib Radio və Te-

leviziya Komitəsində redaktor, “Ədəbiyyat və incə-

sənət” qəzeti redaksiyasında  şöbə müdiri, “Azər-

baycan” jurnalının redaksiyasında redaktor müavini 

işləmişdir. 

1957-1958-ci illərdə Bakıda Azərbaycan Dövlət 

Televiziya və Radio Verilişləri Komitəsində  Ədəbi-

dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-

1972-ci illərdə  “Ədəbiyyat və incəsənət” qəzeti re-

daksiyasında Poeziya şöbəsinin müdiri, 1970-1975-ci 

illərdə isə “Azərbaycan” jurnalı redaksiyasında  şeir 

üzrə  ədəbi işçi, baş redak-

torun müavini vəzifəsində 

işləmişdir.  

Qabil lirik şair olmuşdur. 

Azərbaycan poeziyasının 

sevilən və təqdir edilən nü-

munələrindən olan “Saman 

çöpü”, “İki şair”, “Sonuncu 

kibrit çöpü”, “Paravoz”, 

“Təndir”, “Vətəndaş  sərni-

şinlər”, “Cırtdan”, “Məhəb-

bət deyil”, “Qarışdırma”, 

“Səhv düşəndə yerimiz” ki-

mi elə xrestomatik şeirləri 

də var ki, ədəbi prosesin 

faktı olmaqla yanaşı, məişə-

timizin, zehniyyətimizin, 

bütünlükdə xalq mənəviy-

yatının faktına çevrilmişdir. 

Qabil uşaq  şairi kimi 

 

məşhur olmasa da onun 



 

uşaqlar və yeniyetmələr 

üçün  əsərlərindən ibarət 

“Nağaraçı” adlı xüsusi ki-

tabı çapdan çıxmışdır. Bu 

kitabda toplanmış  şeirlər 

şairin uşaq psixologiyasına 

yaxından bələd olması, on-

ların qavrayış imkanlarına 

 

Avqust  



 

85 illiyi 

 

 

Qabil İmamverdiyev  



1926-2007 

 

 



 

 

 



Şair 

12 



225 

uyar təsvir və ifadə vasitələri, maraqlı qafiyələri ilə 

cazibədardır. 

Onun klassik ənənələrimizə əsaslanıb yeni məzmun 

aşıladığı rübailəri, “Nəsimi” mənzum romanı, “Ömür 

həbləri” satirik romanı, bir sıra  ədəbi məqalələri bu 

fikri söyləməyə ciddi əsas verir. O, təqribən minə 

yaxın rübai yazıb onların böyük bir hissəsini ayrıca 

kitabda nəşr etdirmişdir. 

Qabil ömrünün təqribən on ilini sərf edərək saysız-

hesabsız  ədəbi, tarixi mənbələr oxumuş, “Nəsimi” 

mövzusu  ətrafında böyük axtarışlar aparmalı 

olmuşdur. O, Nəsiminin faciəli ölümünün  şahidi olan 

qədim Hələbdə onun qərib şəhid qəbrini ziyarət etmiş, 

şairin məzar torpağından bir ovuc götürüb Bakıya, 

onun böyük istedadının və  təkrarsız qəhrəmanlığının 

pərəstişkarı olan həmyerlilərinə ərməğan gətirmişdir. 

1974-cü ildə  Nəsiminin 600 illik yubileyi ərəfə-

sində bu bir ovuc müqəddəs torpağı,  şeirsevənlərin 

tutiya sandığı bu ərməğanı Nizami muzeyinə bağış-

lamışdı. 

O, 1976-cı ildə Azərbay-

can Dövlət mükafatı lau-

reatı, 1984-cü ildə Əməkdar 

incəsənət xadimi, 1992-ci 

ildə isə Azərbaycan Xalq 

şairi adlarına layiq görül-

müşdür. 


1996-cı ildə anadan ol-

masının 70 illiyi münasi-

bətilə Qabil, Azərbaycan 

Prezidentinin fərmanı ilə 

“Şöhrət” ordeni ilə  təltif 

edilmişdir. 

2001-ci ildə “Azərbay-

can Telefilm Yaradıcılıq 

Birliyi”ndə şairə həsr edilən 

“Qabil” adlı film istehsal 

edilmişdir. 

   Şair 3 aprel 2007-ci ildə 

vəfat etmişdir.

 

Ədəbiyyat 

 

Q.A.İmamverdiyevin “İstiqlal” ordeni ilə  təltif edilməsi haqqında Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı //Azərbaycan.- 2006.- 12 avqust.- S.1. 

 

Seçilmiş əsərləri /Qabil.- Bakı: Şərq-Qərb, 2004.- 247 s. 

Dənizlər mavidir, meşələr yaşıl:  Şeirlər və hekayə /Qabil.- Bakı:  Şirvannəşr, 

2003.- 216 s. 

Dostlarım, tanışlarım: (Şeirlər, məqalələr, çıxışlar və povest) /Qabil.- Bakı: 

Şirvannəşr, 2002.- 572 s. 

Rübailər /Qabil.- Bakı: Şirvannəşr, 2004.- 280 s. 

İbrahimova, A. Ömür sona çatır,  əməllər isə daim yaşayır?:  Şair Qabilin ölümü 

haqqında /A.İbrahimova //Hərbi and.- 2007.- 14 aprel.- S.15.  

İnternetdə 

www.azeribaijan.az 

www.google.az                                                               

Samirə   Eminova     



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə