248
Kazımağa Mövsüm oğlu Kərimov
1951-ci il sentyabr ayının 1-də
Qubadlı rayonunun Sarıyataq kən-
dində anadan olmuşdur. Qara
İlyasov adına Qubadlı şəhər orta
məktəbini bitirdikdən sonra rayo-
nun “Avanqard” qəzetinin mətbə-
əsində yığıcı işləmişdir. 1970-ci
ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakül-
təsinə daxil olmuşdur. Kazımağa Kərimov təhsil illə-
rində həm respublika, həm də rayon qəzetlərində ma-
raqlı yazılarla çıxış etmişdir.
Universiteti bitirdikdən sonra o, təyinatla “Azər-
baycan məktəbi” jurnalına göndərilmiş, bir müddət
keçdikdən sonra Goranboy rayonunun Qızılhacılı kən-
dini ozünə yurd seçmişdi. O, rayon Aqrar Sənaye Bir-
liyində hüquq məsləhətçisi kimi işə qəbul olunmuş-
dur. Ancaq onun bu sakit həyatı uzun sürməmiş,
yaşıdları kimi, o da silaha sarılmalı olmuşdur. 1991-ci
ildə birinci Goranboy özünümüdafiə batalyonunun
yaradılmasında xüsusi fəallıq göstərmiş, sonralar isə
orada ikinci özünümüdafiə batalyonu yarananda,
batalyon komandirinin müavini təyin edilmişdi.
Universitetdə təhsil aldığı illərdə hərbi texnikanın
sirlərinə müəyyən qədər bələd olan baş leytenant
Kazımağa Kərimov qələmi silahla əvəz etmişdir.
Beləcə Kazımağanın döyüş yolu başlamışdır. Erkəc,
Qaraçinar, Meşəli və bir sıra başqa kəndlərdə ke-
çirilən əməliyyatlarda rəşadətlə vuruşmuşdur. Axı-
rıncı döyüşü Meşəli ərazisində olmuşdur. Komandir
müavini əsgərlərə son dö-
yüş tapşırığı vermişdir. On-
lar bu ərazini erməni iş-
ğalından azad etməli idilər.
Əsgərlər cəld silaha sarıl-
mış və bir az sonra erməni
quldurları tərksilah olun-
muşdur. O, bu döyüşdə
ayağından ağır yaralanmış-
dır. Yoldaşları vaxt itirmə-
dən, onu vertolyotla Bakıya
yola salmışdılar. Lakin çox-
lu qan itirdiyindən Kazım-
ağa Kərimov 15 iyun 1992-
ci ildə Bakıda hospitalda
dünyasını dəyişmişdir.
Evli idi. Bir oğul övladı
yadigar qalıb.
Azərbaycan Respublika-
sı Prezidentinin 23 iyun
1992-ci il tarixli 6 saylı
Fərmanı ilə Kərimov Ka-
zımağa Mövsüm oğluna
ölümündən sonra “Azər-
baycanın Milli Qəhrəmanı”
adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər
Xiyabanında dəfn edil-
mişdir.
Sentyabr
60 illiyi
Kazımağa
Kərimov
1951-1992
Milli
Q
əhr
əman
1
249
Qızılhacılı kənd Mədəniyyət evi onun adını daşıyır.
Goranboy şəhərində büstü qoyulmuşdur.
Ədəbiyyat
Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularına
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Kərimov Kazımağa
Mövsüm oğlu - baş leytenant - Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində
göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 23 iyun 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-
1992.- № 12.- S.35.- (Ölümündən sonra).
Aslan, Q. Qəhrəman jurnalist /Q.Aslan //Goranboy qartalları.- Bakı, 1994.- S.43.
Əsgərov, V. Kərimov Kazımağa Mövsüm oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.111.
Kərimov Kazımağa Mövsüm oğlu: (1951-1992) //Qubadlının Milli Qəhrəmanları:
(Plakat).- Bakı: İşıq, 1993.
Kərimov Kazımağa Mövsüm oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed.
H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.112.
Mehdixanlı, T. Əbədi yaşayanlar /T.Mehdixanlı //Azərbaycan.- 2007.- 10 iyun.-
S.5.
Samirə Eminova
250
Əyyub Müseyib oğlu Hüseynov 1916-cı il sentyabr
ayının 3-də Naxçıvan Muxtar Respublikasının
Noraşen rayonunun (indiki Şərur) Xok kəndində
anadan olub.
Sonralar fərəhlə, qürur hissi ilə deyərdi ki, mənim
ilk sənət müəllimim anadan olduğum yurdun tə-
biətidir.
1935-ci ildə Azəbaycan Dövlət Rəssamlıq Texni-
kumunu, 1941-ci ildə Tbilisi Rəssamlıq Akademiyası-
nı bitirmişdir. 1948-1998-ci ildən Ə.Əzimzadə adına
Azərbaycan Dövlət Rəssamlıq məktəbində (indiki
Rəssamlıq Akademiyası) dərs demişdir. 1948-ci ildən
pedaqoji fəaliyyətə başlamış, doqquz il Əzim Əzimza-
də adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin
direktoru işləmişdir. Ömrünün 50 ilini bu gün adları,
yaradıcılıqları ilə şöhrət qazanan neçə-neçə fırça-tişə
ustalarının əhatəli bilgi qazanmalarına sərf etmişdi.
Onun tələbələri etimadı doğruldub müəllimlərinin, us-
tadlarının adını yaradıcılıqları ilə uca ediblər.
Onun timsalında əsl vətənpərvərliyin, el-oba qədri
bilməyin şahidi oluruq. Bəlkə elə bu sevginin nəticəsi-
dir ki, Əyyubun əsərlərində torpaq, səma, təbiət can-
lıymış kimi nəzər-diqqəti çəkir. Onun görkəmli fırça
ustası olmasına səbəbkar ilk dəfə ayaq açdığı, yeridiyi
torpaq, gördüyü əlvan mənzərələr, eşitdiyi Araz çayı-
nın səsi olmuşdu. “Araz sahilində” mənzərə tablosu-
nun yaranmasından 70 ildən artıq vaxt keçməsinə
baxmayaraq, bu gün də onu görənlər dərin
düşüncələrə dalırlar. Ümumiyyətlə, onun bu mövzuda
olan əsərlərinə həyəcansız
baxmaq mümkün deyil.
“Dərd” tablosunda çiynində
ağır yükü olan, erməni
qəddarlarından can qurtar-
maq üçün qaçan ahıl kişi
həmin dövrün ümumiləş-
miş obrazıdır. Bu əsər za-
man-zaman törədilən milli
faciəmizi canlandıran, ya-
şadan əsl sənət nümunəsi
kimi yadigar qalıb.
Əyyub Hüseynov sovet
dövründə əsərləri ilə Azər-
baycanı dünyada tanıtdıran-
lardan biri olmuşdu. Müx-
təlif janrlarda çəkdiyi rəsm-
lərində milli dəyərlərimizi
təsvir etmişdi. Yaratdığı
tablolar dünya muzeyləri-
nin eksponatıdır...
Əyyub Hüseynov nümu-
nə göstəriləsi yaradıcılıq
qabiliyyətinə malik insan
idi. Onun bir amalı, məq-
sədi vardı: Azərbaycan in-
kişaf etsin, o da yeni-yeni
əsərlər yaratsın. O, bu arzu-
suna ötən əsrin 70-ci illə-
Sentyabr
95 illiyi
Əyyub Hüseynov
1916-1998
Rəssam
3