Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə75/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   71   72   73   74   75   76   77   78   ...   141

232 

 

Kаmil Nərimаnоğlu Vəli 1946-cı 



il avqust ayının 18-də  Аzərbаy-

cаnın Cəbrаyıl rаyоnundа  аnаdаn 

оlmuşdur. 

1965-ci ildə  оrtа  təhsilini bаşа 

çаtdırmışdır. 1970-ci ildə  Bаkı 

Dövlət Univеrsitеtinin Filоlоgiyа 

fаkültəsini fərqlənmə diplоmu ilə bitirmiş və həmin il 

univеrsitеtdə müəllimliyə  bаşlаmışdır. 1988-ci ildə 

prоfеssоrluq dərəcəsini  аlmış, 1988-1999-cu illər 

аrаsındа univеrsitеtdə  Аzərbаycаn dilçiliyi kаfеd-

rаsınа  rəhbərlik  еtmiş, Böyük Еlmi  Şurаnın üzvü оl-

muşdur. 


1990-cı ildə  Kоnyа  Səlcuq Univеrsitеtinin fəхri 

dоktоru  аdını  аlmışdır. 1991-1992-ci illərdə  İzmir 

Univеrsitеtində, 1999-2000-ci ildə  Şimаli Kipr Türk 

Rеspublikаsı  Dоğu  Аğdəniz Univеrsitеtində  dərs 

dеmişdir. Türkiyənin nüfuzlu еlmi təşkilаtlаrındаn 

Türk Dil Qurumunun, Аtаtürk Kültür Mərkəzinin və 

Türk Fоlklоr Qurumunun fəхri üzvüdür. Аzərbаycаn 

Yаzıçılаr Birliyi Məclisinin,  Аli  Аttеstаsiyа  Kоmi-

təsinin еkspеrt kоmissiyаsının üzvü оlmuşdur.  

 40  kitаbın, 500-dən çох  məqаlənin müəllifidir. 

Dünyаnın 20-dən  аrtıq ölkəsində  еlmi kоnfrаnslаrdа 

çıхış еtmişdir. 

1993-cü ildə - Milli hökumətin hаkimiyyəti illərində 

Аzərbаycаn Rеspublikаsı  Bаş  nаzirinin müаvini 

vəzifəsində işləmişdir. 

1998-ci ildə  еlmi  аrаşdır-

mаlаrınа və Аzərbаycаn ilə 

Türkiyə  аrаsındаkı münа-

sibətlərin inkişаfınа görə 

Türkiyə  Rеspublikаsı Prе-

zidеntinin fərmаnı ilə Tür-

kiyə Cümhuriyyəti “Şərəf 

və Ləyаqət nişаnı” ilə təltif 

еdilmişdir. 2002-ci ildə хid-

mətlərinə görə Türkiyə Nа-

zirlər Kаbinеti yаnındа 

Türk  Əməkdаşlıq və  İnki-

şаf  Аgеntliyinin, Türk Dil 

Qurumunun mükаfаtlаrını 

аlmışdır. 2004-cü ildə Bil-

kənd Univеrsitеti və Türk 

Mədəniyyətinə 

Хidmət 

Vəqfi tərəfindən dünyаcа 



məşhur dörd еlm və  mə-

dəniyyət  хаdimi ilə birgə 

mükаfаtlаndırılmışdır. Hə-

min il Qırğızıstаndа Çingiz 

Аytmаtоv  Аkаdеmiyаsının 

fəхri üzvü sеçilmişdir. 

Hаzırdа  Аzərbаycаn - 

Аvrаsiyа 

Аrаşdırmаlаrı 

Mərkəzinə rəhbərlik еtmək-

dədir. 

Еvlidir, iki övlаd аtаsıdır. 



 

 

Avqust  



 

65 illiyi 

Kаmil  Vəli  

Nərimаnоğlu 

        1946 

 

 



 

 

Türkoloq 



18 


233 

Ədəbiyyаt 

 

Azərbayan dövlət dili  siyasəti /K.Vəliyev.- Bakı: Çinar-Çap, 2006.- 254 s. 

Mənim Füzulim: (Düşüncələr, məqalə və çevirmələr).- Bakı: Çinar-Çap, 2006.- 

460 s. 


Özümüz, sözümüz /K.Vəliyev; red. M.Qasımlı, V.Hüseynov.- Bakı: Çinar-Çap, 

2005.- 620 s. 

Аbdullаyеv,  Ə.Z. [K.V.Nərimаnоğlu hаqqındа] /Ə.Z.Аbdullаyеv //Аzərbаycаn 

dili məsələləri.- Bakı, 1992.- S.13-78. 

Cəfər, N. (Quluоğlu). Tələbəlikdən müəllimliyə: [Prоfеssоr Kаmil Vəliyеvin 

аnаdаn  оlmаsının 50 illiyi münаsibətilə] /N.Cəfər //Ədəbiyyаt qəzеti.- 1996.- 16 

аvqust.- S.5. 

Əhmədоv, T. Kаmil Vəliyеv: (1946) /T.Əhmədоv //XX əsr  Аzərbаycаn 

Yаzıçılаrı: Еnsiklоpеdik məlumаt kitаbı.- Bakı, 1995.- S.260-261. 

Kamil Vəli Nərimanoğlu: Biblioqrafiya /tərt. ed. M.Vəliyeva; red.N.Nağıyeva.-

Bakı: AzAtam, 2007.- 304 s. 

 

İntеrnеtdə 

 

www.az.wikipedia.orq 

www.deyerler.orq 

     www.kamilveli.az 



Məmməd Məmmədov 


234 

 

Eldar  Xəlil oğlu Xəlilov  1976-cı 



il avqust ayının 19-da Qərbi Azər-

baycanın Zəngibasar rayonunun Zən-

gilər kəndində dünyaya göz açmış-

dır. 1983-cü ildə burada məktəbə 

getmişdir. O, altıncı sinifə  qədər öz 

doğma kəndlərində  təhsil almışdır. 

1988-ci ildə yüz minlərlə soydaş-

larımız kimi öz doğma yurdlarından zorla qovulduq-

dan sonra o, ailəsi ilə birlikdə Bakının Bakıxanov  

qəsəbəsində  məskunlaşmışdır. Təhsilini 96 və 252 

saylı orta məktəblərdə davam etdirmişdir. Sonra 

Bakıdakı 10 saylı texniki-peşə  məktəbini bitirmışdir. 

29 sentyabr 1994-cü ildə Sabunçu rayon Hərbi  

Komissarlığı    tərəfindən  Milli Ordu  sıralarına çağı-

rılmışdır.  

İş elə gətirdi ki, o, erməni içğalçıları ilə deyil, döv-

lətçiliyimizə  xəyanət edən qüvvələrə qarşı mübarizə 

aparmalı oldu. 17 mart 1995-ci ildə dövlət çevrilişinin 

qarşısının alınmasında Milli Ordumuzun əsgərləri 

arasında Eldar Xəlilov da öz  vətənpərvərlik borcunu 

yerinə yetirmişdir. O, Azərbaycan  əsgərinə xas olan 

döyüş  əzmkarlığı nümayiş etdirmiş, daxili irticanın  

tərksilah edilməsində  mərdlik və  şücaət göstərmişdir. 

Təəssüf ki, bu qarşıdurma itkisiz ötüşmədi. Hər iki 

tərəfdən ölənlər oldu. Qarşı 

tərəfdən atılan atəş Eldar 

Xəlilovun gənc  ömrünə son 

qoydu. 


Subay idi. 

Azərbaycan Respublikası 

Prezidentinin  4 aprel 1995-

ci il tarixli 307 saylı  Fər-

manı ilə Xəlilov Eldar Xəlil 

oğlu ölümündən sonra 

“Azərbaycanın Milli Qəh-

rəmanı” adına layiq görül-

müşdür. 

Bakı  şəhərinin  Şəhidlər 

Xiyabanında dəfn edilmiş-

dir. 


Bakının Bakıxanov qəsə-

bəsindəki küçələrdən biri 

onun adını daşıyır. Vaxtilə 

oxuduğu 252 saylı orta 

məktəbdə isə  qəhrəmana 

həsr olunmuş guşə yaradıl-

mışdır. Qəsəbədə büstü qo-

yulmuşdur 



Ədəbiyyat 

Ənsər, B. Əbədiyyətə qovuşan Eldar: [Həyatı, təhsili və döyüş  şücaəti 

haqqında] /B.Ənsər //Ağrıdağlı qəhrəmanlar.- Bakı, 2004.- S.78-81. 

Əsgərov, V. Xəlilov Eldar Xəlil oğlu /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.-S.97.                                              Saqibə Mehrəliyeva 

 

Avqust  



 

35 illiyi 

Eldar  Xəlilov 

1976-1995 

 

 

 



Milli 

Qəhrəman 

19 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə