Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə69/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   65   66   67   68   69   70   71   72   ...   141

213 

 

      Sadıq Dayandur oğlu   Hüseynov 



1961-ci il iyul ayının 29-da Ağcabədi 

rayonunun Xocavənd kəndində doğul-

muşdur. 1968-ci ildə burada birinci 

sinifə getmiş  və 1978-ci ildə orta 

məktəbi bitirmişdir. 1980-ci ildə 

Xankəndi Pedaqoji İnstitutunun  İbti-

dai metodika fakültəsinin qiyabi şöbəsinə daxil 

olmuşdur. Elə  həmin il ordu sıralarına çağırılmışdır. 

O, hərbi xidmətini başa vurduqdan sonra yarımçıq 

qalmış təhsilini davam etdirmış, 1987-ci ildə institutu 

bitirərək doğma kəndlərinə qayıtmışdır. Sadıq vaxtilə 

oxuduğu məktəbdə  əvvəl pioner baş  dəstə  rəhbəri, 

sonra isə müəllim işləmişdir. O, 1989-cu ildə DİN-in 

sərəncamı ilə Şuşa rayon Daxili İşlər Şöbəsində sahə 

müvəkkili vəzifəsinə  təyin edilmişdi. Erməni qul-

durları  Şuşaya hücum edəndə Sadıq da digər polis 

əməkdaşları kimi şəhərin müdafiəsində yaxından 

iştirak etmiş, düşmənə ağır zərbələr endirmişdir. O, 29 

mart 1992-ci ildə  ağır yaralanır. Buna baxmayaraq, 

yenə də silahı yerə qoymur, döyüşə atılır. 

    13  aprel  1992-ci  ildə erməni silahlı birləşmələri 

Şuşanı  ağır raket atəşinə tutmuşdu. Sadıq Hüseynov 

yaralı yoldaşlarını xilas 

edərək qəhrəmancasına  hə-

lak oldu. 

    Ailəli idi. Həyatda bir 

qızı yadigar qalıb. 

    Azərbaycan Respublikası 

Prezidentinin 8 oktyabr 

1992-ci il tarixli 264 saylı 

Fərmanı ilə  Hüseynov Sa-

dıq Dayandur oğluna ölü-

mündən sonra “Azərbay-

canın Milli Qəhrəmanı” adı 

verilmişdir. 

    Ağcabədi rayonunun Xo-

cavənd kəndində  dəfn edil-

mişdir. 


    Xocavənd  kənd orta 

məktəbinə onun adı veril-

mişdir. 

Ədəbiyyat 

Əsgərov, V. Hüseynov Sadıq Dayandur oğlu /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2002.- S.91. 

Sadıq Dayandur oğlu   Hüseynov //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.91. 

                                                                                            

  Bəybala Ələsgərov               

 

İyul 



 

50 illiyi 

Sadıq Hüseynov  

1961-1992 

 

 

 



Milli 

Qəhrəman 

29 



214 

 

 



1 avqust 

Gün çıxır 

0649   

Gün batır 



20:56 

31 avqust   

Gün çıxır 

06.31   


Gün batır 

20:15 


Av

qust


 

 

 



22 iyul- 

23 avqust 

 

Şirin Nişanəsi 



oddur. Ulduzlar 

padşahı olan 

Günəşin 

himayəsindədir. 

Günəşin şir 

bürcündən keçdiyi 

dövrdə doğulanlar 

hökmlü və daxili 

aləmləri zəngin 

olur.  


Be 1 

Ça 2 

Ç 3 

Ca 4 

C 5 

Ş 6 

B 7 

Be 8 

Ça 9 

Ç 10 

Ca 11 

C 12 

Ş 13 

B 14 

Be 15 

Ça 16 

Ç 17 

Ca 18 

C 19 

Ş 20 

B 21 

Be 22 

Ça 23 

Ç 24 

Ca 25 

C 26 

Ş 27 

B 28 

Be 29 

Ça 30 

Ç 31 

   2011      

 

      Əlamətdar və  



      tarixi günlə

Azərbaycan Əlifbası və Azər-

baycan Dili günü 

1.   Azərbaycan Əlifbası və Azərbay- 

       can Dili Günü  

5.  Hərbi Dоnanma Günü  

12. Bеynəlxalq Gənclər Günü  

23. Cəbrayıl rayonunun işğalı günü 

23. Füzuli rayonunun işğalı

 

günü



 

20

. Ümumxalq Hüzn Günü  



29. Gömrük İşçiləri Günü  

31.Qubadlı rayonunun işğalı günü 

 

      Azərbaycanda sovet hökuməti qurulduqdan 



sonra Azərbaycan  əlifbası bir neçə  dəfə  dəyişib. 

Müstəqillik yenidən qazanıldıqdan sonra ölkədə 

latın  əlifbasına keçilsə  də, uzun müddət mətbuat 

kiril  əlifbasından istifadə edib. Yalnız 2001-ci il 

iyunun 18-də ümummilli lider Heydər  Əliyev 

ölkədə 2001-ci il avqustun 1-dən etibarə

tamamilə latın  əlifbasına keçməklə bağlı  fərman 

imzalayıb. Elə  həmin il avqustun 9-da imzaladığı 

digər fərmana görə isə avqustun 1-i ölkədə 

“Azərbaycan Əlifbası və Dili Günü” elan edilib. 



 


215 

Avqust


 - Qriqorian təqvimi ilə ilin səkkizinci ayıdır. 31 gündən ibarətdir. 

 

 



Milli ədəbiyyat

 

 

Əməkdar mədəniyyət işçisi, şair Tahiri Söhrab Əbülfəz oğlunun (06.08. 



1926) anadan olmasının 85 illiyi 

Nasir, tərcüməçi Abdullayev Aydın  Ələkbər oğlunun (10.08.1946-

15.12.1995) anadan olmasının 65 illiyi 

Şair, nasir və filosof Hüseynov Əlisa Qulam oğlunun (Əlisa Nicat) 

(10.08.1936) anadan olmasının 75 illiyi 

Görkəmli yazıçı Babayeva Ələviyyə  Hənifə  qızının (12.08.1921) 

anadan olmasının 90 illiyi 

Xalq  şairi, Əməkdar incəsənət xadimi İmamverdiyev Qabil Allahverdi 

oğlunun (12.08.1926-03.04.2007) anadan olmasının 85 illiyi 

Tənqidçi, türkoloq alim, professor Vəliyev Kamil Nəriman oğlunun 

(18.08.1946) anadan olmasının 65 illiyi 

Yazıçı, dramaturq Abbasov Seyfəddin  Əliağa (Seyfəddin Dağlı) 

oğlunun (21.(27).08.1921-28.01.1983) anadan olmasının 90 illiyi 

    Xarici ədəbiyyat 

     

İngilis yazıçısı Skot Valterin (15.08.1771-21.09.1832) anadan 

olmasının 240 illiyi 

Amerika  ədəbiyyatında realizmin görkəmli nümayəndələrindən biri

ictimai xadim, yazıçı Drayzer Teodorun (27.08.1871-28.12.1945) 

anadan olmasının 140 illiyi 




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə