Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə67/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   63   64   65   66   67   68   69   70   ...   141

206 

pedaqoji ictimaiyyətinin nəzərində pedaqogikanın ko-

rifeylərindən biridir. Azərbaycan Beynəlxalq Univer-

sitetində onun adına pedaqoji muzey yaradılmış, uni-

versitetin  əsaslı kitabxana-

sına onun adı verilmiş  və 

kitabxananın girəcəyində 

onun büstü qoyulmuşdur.  

 

Ədəbiyyat 

 

Seçilmiş pedaqoji əsərləri: 12 cilddə /H.Əhmədov.- Bakı: Təhsil, 2006.- C.1.-



456 s.;  C.2.- 504 s.; C.3.- 440 s.; C.4.- 580 s.; C.5.- 366 s.; C.6.- 284 s.; C.7.- 320 s.; 

C.8.- 320 s.; C.9.- 212 s.; C.12.- 272 s. 

XIX əsr Azərbaycan məktəbi /H.Əhmədov.- Bakı: Nurlan, 2006.- 580 s. 

 

Bəybala Ələsgərov 




207 

 

İyul 


 

 

Ağdamın işğalı günü



 

23 


Ərazisi – 1,15 min km

2

 

Əhalisinin sayı – 177,6 min nəfər 

İnzibati mərkəzi – 

AĞDAM 

İşğal tarixi 

– 

23 iyul 1993

 

 

 

Ağdam Bakıdan 358 kilomеtr, Qarqar çayının 



sahilindən 3 kilomеtr aralı, Qarabağ düzünün cənub-qər-

bindədir. Dəniz səviyyəsindən yüksəkliyi 410 mеtr, mak-

simum yüksəkliyi 1365 mеtrdir. İqlimi, əsasən, mülayim is-

ti, quraq subtropikdir. 

Ağdam  ağır, yеyinti və yüngül sənayеyə, inkişaf еtmiş 

kənd təsərrüfatına malik olan rayondur. Ağdamda dəzgah 

avadanlıqları, aеrokosmik və rabitə cihazları, mеtiz-furnitur, 

traktor və avtomobil təmiri, konsеrv, tikinti matеrialları zavodu, ət kombinatları, iki 

dəmir yolu vağzalı və aеroport, Kənd təsərrüfatının mеxanikləşdirilməsi və еlеktrik-

ləşdirilməsi  zavodu, Ü.Hacıbəyov adına Musiqi Tеxnikumu və   Ə.Haqvеrdiyеv 

adına Ağdam Dövlət Dram Tеatrı fəaliyyət göstərirdi.  

Rеspublikanın  ən inkişaf  еtmiş, güclü sənayеsi və  kənd təsərrüfatı, böyük 

iqtisadi potеnsialı olan  rayonlarından idi, Ağdam. Rayonda 134 kənd, 36 kolxoz və 

sovxoz, 12 sənayе, 196 mədəni-maarif, 158 səhiyyə obyеkti, 103 məktəb var idi.  

23 iyul, 1993-cü il, saat 17 radələri. Bu, Ağdamın işğala məruz qaldığı qara 

tarixdir.  İyulun 23-də 43 gün düşmənə sinə  gərmiş  Ağdam  şəhəri süqut еtdi. Yağı 

düşmən еvlərə od vurur, mədəniyyət abidələrini dağıdır, insanların əmlaklarını qarət 

еdir, şəhəri tərk еdə bilməyən dinc əhaliyə amansız divan tuturdu. Ağdam rayonunun 

1094 km

2

  ərazisi hakimiyyət uğrunda gеdən siyasi didişmələrin, təxribat və 



xəyanətlərin qurbanı oldu. Ağdam vuruşmuşdur, döyüşmüşdür, böyük itkilər vеrmiş-

dir. Ağdam indi ərazisinin 20 faizinə  sığınıb, 1094 km

2

  ərazisinin 247 km



2

-də 


(ümumi ərazisinin 22,6%) Ağdamın 60 min sakini məskunlaşıb. 


208 

 

      



Flora  Ələkbər qızı  Kərimova 

1941-ci il iyul ayının 23-də ana-

dan olmuşdur. Səhnəyə ilk gəlişi 

1956-1957-ci illərdə keçirilən 

Azərbaycan gənclərinin festiva-

lında iştirakı ilə başlamışdır. 14 

yaşından  Şmidt zavodunun bədii 

özfəaliyyət kollektivində, Azərbaycan Dövlət Tibb 

İnstitutunun (indiki ADTU) “Çinar” ansamblında, 

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında 

çıxış etmişdir. O, 1964-cü ildə Asəf Zeynallı adına 

Bakı Musiqi Texnikumunu bitirmişdir. 1983-cü ildən 

Azərbaycan Teleradio Verilişləri  Şirkətinin solistidir. 

Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq 

Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay 

Rəcəbov, Ramiz Mirişli və b.) mahnıları başlıca yer 

tutan müğənni özünəməxsus ifa tərzi ilə seçilir. 1966-

cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında 

Leyli (“Leyli və  Məcnun”, Ü.Hacıbəyli) partiyasında 

6 tamaşada çıxış etmiş, 1969-cu ildə “Qanun naminə” 

bədii filmində Züleyxa roluna çəkilmişdir. 1971-ci 

ildə Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki 

ADTU) və 1977-ci ildə Azərbaycan Dövlət Konser-

vatoriyasında təhsilini müvəffəqiyyətlə başa vurmuş-

dur. “Böyük Dayaq” (1962), “O qızı tapın” (1970), 

“Gün Keçdi” (1971), “Həyat Bizi Sınayır” (1972), 

“Qız, oğlan və  şir” (1974), “Payız melodiyaları” 

(1974), “Şahzadə-qara qızıl” (1974), “Alma almaya 

Bənzər” (1975),  “Toplan və kölgəsi” (1977), 

“Sonrakı peşmançılıq” (1978), “Qayınana”(1978), 

“Yollar görüşəndə...” 

(1979), “Onun bəlalı sevgi-

si” (1980), “Nəğməkar tor-

paq” (1981), “Evləri köndə-

lən yar” (1982), “Əzablı 

yollar” (1982), “Bağışla” 

(1983), “Humayın yuxusu” 

(1985), “Səndən xəbərsiz” 

(1985), “Xüsusi vəziyyət” 

(1986), “Ağ atlı  oğlan” 

(1995) adlı film və tamaşa-

larda mahnıların ifaçısı 

kimi çıxış etmişdir. Flora 

xanımın ifasında səslənən 

“Yoxluğunu bilə bilə”, 

“Yalan imiş”, “İlahi”, “Ru-

humuz qovuşacaq”, “Qara-

bağ”, “Əzizim”, “Bakı sa-

bahın xeyir”, “Bir axşam 

taksidən...”, “Bir daha”, 

“Dünya köhnə dünyadır”, 

“Əlvida”, “Onun bəlalı sev-

gisi”, “Unut sən məni”, 

“Saçlarına gül düzüm”, 

“Unutma”, “Sən uzaq yaşıl 

ada” mahnıları bu gün də 

sevə-sevə dinlənilir. 

1997-ci ildə insan hü-

quqlarının  ən yaxşı müda-

fiəçisi  kimi  Sülh  və De-

 

   


İyul 

 

70 illiyi 



Flora Kərimova 

1941 


 

 

 



Müğənni 

23 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə