Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə65/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   61   62   63   64   65   66   67   68   ...   141

200 

 

       Samir  Xəlil oğlu  Zülfüqarov  



1976-cı il iyul aynın 3-də  Dəvəçi 

rayonunun Ağbaş kəndində anadan 

olmuşdu. O, səkkizinci sinifə kimi 

burada oxumuşdu. Ailə  vəziyyəti 

ağır olduğu üçün, məktəbi yarımçıq 

qoyaraq atası ilə  bərabər işləmiş, 

ailələrinə dayaq olmuşdu. 1994-cü ilin avqustunda 

Dəvəçi rayon Hərbi Komissarlığı  tərəfindən Milli 

Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdi. 

    Samir  Zülfüqarov  Yaşma qəsəbəsində yerləşən 

hərbi hissələrin birində xidmət etmişdi. Komandirləri 

nizam-intizamlı, nümunəvi  əsgər olduğunu nəzərə 

alaraq ona qısamüddətli məzuniyyət vermişdilər. Bu 

vaxt respublikada vəziyyət yenidən gərginləşmişdi. 

Bir qrup cinayətkar ünsürlərdən ibarət silahlı  dəstə 

hakimiyyəti ələ keçirmək üçün dövlət çevrilişi etmək 

istəyirdi. Baş verən hadisələrə biganə qala bilməyən 

Samir, məzuniyyətini yarımçıq qoyub döyüş yoldaş-

larının yanına qayıtmışdı. Milli Ordunun əsgərləri 

dövlət çevrilişinə cəhd edən qüvvələrlə üz-üzə dayan-

mışdı. Onlarla aparılan danışıqlar nəticə vermədi. Qan 

töküldü. Samir dövlətçiliyimiz, suverenliyimiz uğrun-

da canını qurban verdi. 17 

mart 1995-ci ildə o əbədiy-

yətə qovuşdu. 

   Subay idi. 

   Azərbaycan Respublikası 

Prezidentinin 4 aprel 1995-

ci il tarixli 307 saylı  Fər-

manı ilə Zülfüqarov Samir 

Xəlil oğluna ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adı verilmiş-

dir. 


   Dəvəçi rayonunun Ağbaş 

kəndində dəfn edilmişdir. 

   Dəvəçi rayon 3 saylı orta 

məktəb onun adını daşıyır. 

Məktəbdə büstü qoyulmuş-

dur. 


 

 

 

 

 

Ədəbiyyat 

Əsgərov, V. Zülfüqarov Samir Xəlil oğlu /V.Əsgərov  //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- S.219. 

Zülfüqarov Samir Xəlil oğlu //Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya 

/tərt. ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.203. 

 

                                                             Bəybala Ələsgərov               



 

İyul  


 

35 illiyi 

 

 

Samir Zülfüqarov 



1976-1995 

 

 



 

 

 



Milli 

Qəhrəman 




201 

 

Arif Süleyman oğlu Rəhimov 



(Şamo Arif) 1936-cı il iyul ayının 

9-da Qubadlı rayonunun Əyin 

kəndində anadan olmuşdur. O, qar-

daşının xatirəsini əziz tutaraq, özü-

nə  Şamo Arif təxəllüsünü götür-

müşdür. 


 Bakıda 7 saylı orta məktəbi 

bitirdikdən sonra 1954-1959-cu illərdə Azərbaycan 

Dövlət Neft və Kimya İnstitutunun Geoloji Kəşfiyyat 

fakültəsində  təhsil almışdır. 1959-2003-cü illərdə 

Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat Layihə 

İnstitutunda kollektor-fəhlə, texnik, baş mexanik, 

mühəndis, aspirant, baş mühəndis, kiçik elmi işçi, baş 

elmi işçi, aparıcı elmi işçi, eyni zamanda 

“Azərekspertiza” Birliyinin direktoru vəzifələrində 

işləmişdir. 1965-ci ildə o, ölkəmizdə ilk dəfə olaraq 

“Yer səthinin geotekton inkişafının öyrənilməsində 

Elektron Hesablama Maşınlarının tətbiqi” mövzusun-

da namizədlik dissertasiyası müdafiə edib. Neft geolo-

giyasına dair 50-dək elmi məqalələrin, “Xəzər və 

neft” adlı elmi-kütləvi monoqrafiyanın müəllifidir. 

Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan qadını” 

jurnalında çap olunan “Qoşa çinar”  hekayə-əfsanəsi 

ilə başlamışdır. Çoxlu sayda roman, povest və 

hekayələrin müəllifi olan  Şamo Arifin əsərləri dövri 

mətbuatda da vaxtaşırı  dərc edilmişdir. Bu əsərlər 

arasında “Səhra”, “Mənim payız çiçəyim”,  

 

 



 

“Qınamayın məni”, “Ki-

şi kimi olmalı” və digər-

lərini göstərmək olar.   

“Qınamayın məni” ro-

manının motivləri  əsasında 

yazdığı pyes səhnələşdiril-

mişdir.  Şamo Arif  “Qızıl 

qələm” mükafatına layiq 

görülmüşdür.  

1990-cı illərdə baş verən 

ictimai-siyasi hadisələr 

haqqında mülahizələri ölkə-

də və xarici mətbuatda dərc 

olunmuş, efirdə yayılmış-

dır. Bakıda Qanlı Yanvar 

günlərində “Azadlıq” ra-

diosu ilə “İnsanlığa bəla gə-

lir”, “Qorbaçova açıq mək-

tub” ittiham bəyanatlarına 

etiraz  əlaməti olaraq Kom-

munist partiyası  sıralarını 

tərk etdiyinə görə  təqib 

olunmuş, tutduğu vəzifə-

lərdən kənar edilmişdir. 

Sonradan ona qarşı  səhvən 

cinayət işi açılması  rəsmən 

etiraf edilsə  də, uzun müd-

dət işsiz qalmışdır. Nəhayət 

1995-ci ildə öz doğma 

 

İyul  


 

75 illiyi 

Şamo  Arif  

  1936 


 

 

 



Yazıçı 




202 

institutuna bərpa olunmuşdur.  

Hazırda orada geoloji-kəşfiyyat ümumiləşdirilməsi 

laboratoriyasında aparıcı elmi işçidir. 



 

Ədəbiyyat 

 

     Dədə Süleyman dünyası: Xatirələr /tərt. ed. və ixtis. red. Şamo Arif; red. Əbülfəs 



Naxçıvanlı.- Bakı: Maarif, 2002.- 400 s. 

    Qınamayın məni... : [Roman] /Ş.Arif; red. M.Ələkbərli.- Bakı: Gənclik,  1992.-   

516 s.  

     Etiraflarla tarixi həqiqətləri xatırlayarkən: Azərbaycanın özü qədər əbədi  /Ş.Arif 

//Azərbaycan. - 2008.- 29 aprel.- S.4. 

 

İnternetdə 

 

www.anl.az 

www.bizimyol.az 

www.gelgor.azeriblog.com 

 

 

Nailə Alışova  




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə