Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə66/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   62   63   64   65   66   67   68   69   ...   141

203 

 

 

 

   Rembrandt  Harmens  Van  Reyn 

1606-cı il iyul ayının 15-də    Ley-

den şəhərində dəyirmançı ailəsində 

doğulmuşdur. Bir müddət Leyden 

Universitetində oxumuş (1620), 

sonralar Leydendə Y.Van Svanen-

bürxdən (təqr. 1620-1623) və 

Amsterdamda P.Lastmandan (1623) rəssamlıq dərsi 

almışdır. 

O, 1627-ci ildə xüsusi emalatxana açmış  və ora 

şagirdlər toplamışdır. Qısa müddətdə  məşhurluq qa-

zanmışdır. 

1627-1631-ci illərdə Leydendə  işləmiş, 1632-ci 

ildə Amsterdama köçmüşdür. Burada Rembrandtın 

Saskiya van Eylenbürx (1634-1642), sonra isə 

Hendrikye Stoffels (təqr. 1649-1663) ilə evlənməsi 

onun sonrakı həyat və yaradıcılığına mühüm təsir gös-

tərmişdir (Saskiyaya dərin məhəbbəti, əsərlərində tez-

tez onun obrazını  əks etdirməsi, hər iki qadının 

həyatdan vaxtsız getməsi və s.). 1630-1640-cı illərin 

əvvəlləri Rembrandt yaradıcılığının uğurlu dövrü və 

şəxsi həyatının xoşbəxt çağları olmuşdur. Bu illərdə 

portretlər ustası kimi şöhrət qazanan Rembrandt külli 

miqdarda sifariş almış, yanına çoxlu şagird gəlmişdir. 

Rembrandt yaratdığı portretlərdə (“Doktor Tülpün 

anatomiya dərsi”(1632), “Saskiyanın portreti” (təqr. 

1634), “Saskiya ilə avtoportret” (təqr. 1635 və s.) 

obrazların səciyyəvi cizgilərini məharətlə verə bil-

mişdir. Onun bu dövrdə 

çəkdiyi süjetli kompozisi-

yalarda (“Çarmıxdan endi-

rilmə” (1634), “İbrahimin 

qurban verməsi” (1635), 

“Danaya” (1636), “Samso-

nun gözlərinin çıxardılma-

sı” (1636)) bir tərəfdən ba-

rokko incəsənətinə xas de-

korativ  əlamətlər, digər tə-

rəfdən isə obrazların realist 

şərhi özünü büruzə vermiş-

dir. 1642-ci ildə Rembrandt 

“Gecə gözətçisi” əsərini ba-

şa çatdırmışdır. Rembrandt 

ümumilikdə 250 şəkil, 300 

qravür, 1000 rəsm yarat-

mışdır. 

Sənətşünasların fikrin-

cə, Rembrandtın üç məşhur 

əsəri onun üç üslubundan, 

üç yaradıcılıq manerasın-

dan xəbər verir. Bu əsərlə-

rin birincisi ilə sonuncusu 

arasında 30 illik bir zaman 

məsafəsi var. Birinci əsər- 

“Anatomiya dərsi” 1632-ci 

ildə, ikincisi - “Gecə gözət-

 

   



İyul 

 

405 illiyi 



Rembrandt Harmens Van 

Reyn 


1606-1669 

 

 



 

Holland 


boyakarı 

15 



204 

çisi” 1642-ci ildə, üçüncüsü “Sindiki” tablosu isə 

1661-ci ildə  fırçaya alınmışdır. Böyük zaman 

fasilələrinə baxmayaraq hər üç tabloda eyni ruh 

hakimdir. Bu göstərir ki, Rembrandtın bir üslubu var, 

onun manerası  dəyişməyib, sadəcə  fırçası kamil-

ləşib. “Saksiya  ilə avtoportret” kompozisiyasını 

rəssam 1636-cı ildə çəkmişdir. Əsər Drezden Qalere-

yasının kolleksiyasında saxlanılır.  

Görkəmli rəssam Rem-

brandt Harmens Van Reyn 

4 oktyabr 1669-cu ildə 63 

yaşında vəfat etmişdir.  

 

 

Ədəbiyyat 

 

Rembrandt Harmens Van Reyn (15.07.1606-04.10.1669) //Azərbaycan Sovet 

Ensiklopediyası: 10 cilddə.- Bakı, 1984.- C.8.- S.111. 

 

İnternetdə 

www.antiqbook.com 

www.archive.org 

www.az.wikipedia.org 

www.ekspress.az 

www.filestube.com 



Adilə Abdullayeva 


205 

 

Hüseyn Mustafa oğlu  Əhmədov  



1926-cı il iyul ayının 17-də  Qərbi 

Azərbaycanın qədim Göyçə maha-

lında - Krasnoselo rayonunun Toxluca 

kəndində anadan olmuşdur.  

1947-1951-ci illərdə H.Zərdabi 

adına Kirovabad (Gəncə) Pedaqoji 

İnstitutunun Tarix fakültəsində oxumuş  və oranı 

bitirmişdir. 1958-ci ildə professor Ə.Y.Seyidovun 

rəhbərliyi altında “İbtidai məktəb  şagirdlərinin kom-

munist  əxlaqı  tərbiyəsində nümunənin rolu və ondan 

istifadə etmək yolları” mövzusunda dissertasiya 

müdafiə edərək pedaqoji elmlər namizədi alimlik  

dərəcəsi almışdır.  

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 

1946-cı ildə  “Böyük Vətən müharibəsində (1941-

1945-ci illər) rəşadətli  əməyə görə” medalı ilə  təltif 

edilmişdir. 

1973-cü ildə Azərbaycan SSR “Qabaqcıl maarif 

xadimi” döş nişanı ilə  təltif edilmişdir. 1977-ci ildə 

ona Ali Attestasiya Komissiyası  tərəfindən pe-

daqogika kafedrası üzrə professor adı verilmişdir. 

1972-ci ildə pedaqoji elmlər doktoru, 1977-ci ildə 

SSRİ-nin Maarif əlaçısı,  1978-ci ildə Azərbaycan 

SSR-nin Qabaqcıl maarif xadimi, 1981-ci ildə Azər-

baycan SSR-nin Əməkdar ali məktəb işçisi, 1990-cı 

ildə SSRİ PEA-nın müxbir üzvü, 1993-cü ildə Bey-

nəlxalq PEA-nın akademiki, 1999-cu ildə Rusiya 

Təhsil Akademiyasının xarici üzvü seçilmişdir. 1999-

cu ildə  “Əmək veteranı” adına layiq görülmüşdür. 

2000-ci ildə “Böyük Vətən 

müharibəsində 

qələbənin 

55 illiyi” döş    nişanına la-

yiq görülmüşdür. 

2005-ci ildə Türk Dün-

yası Araşdırmaları Ulus-

lararası Elmlər Akademi-

yası  tərəfindən “Türk Dün-

yasına Hizmet” qızıl medalı 

ilə təltif edilmişdir. 2006-cı 

ildə Amerika Beynəlxalq  

Ekspert və Bioqrafiya 

Araşdırmalar  İnstitutu tə-

rəfindən pedaqogika elmi-

nin məharətli bilicisi elan 

edilmiş  və ona ixtisaslaşdı-

rılmış bilik sertifikatı  gön-

dərilmilşdir.  

Əmək və müharibə ve-

teranı Hüseyn Mustafa oğlu 

Əhmədov özünün zəngin 

elmi-pedaqoji fəaliyyəti ilə 

haqlı olaraq daha bir titul - 

Azərbaycan pedaqoji elmi-

nin ağsaqqalı titulunu qa-

zanmışdır. H.Əhmədov bu 

gün təkcə özünün çoxsaylı 

yetirmələrinin deyil, həm 

də bütünlükdə Azərbaycan 

və MDB ölkələrinin elmi-

 

   


İyul 

 

85 illiyi 



Hüseyn Əhmədov  

1926 


 

 

 



 

Akademik 

17 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə