Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə68/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   64   65   66   67   68   69   70   71   ...   141

209 

mokratiya İnstitutu İnsan hüquqları Müdafiəsi Depar-

tamentinin baş mükafatını almışdır. Azərbaycan 

musiqi ifaçılığı  sənətinin inkişafındakı xidmətlərinə 

görə Flora Ələkbər qızı Kərimova 17 noyabr, 1992-ci 

ildə Azərbaycan Respubli-

kasının Xalq artisti adına 

layiq


 

görülmüşdür.



 

 

Ədəbiyyat 

Müğənni Flora Ələkbər qızı  Kərimovaya Azərbaycan Respublikasının Xalq 

artisti fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 

Fərmanı, 17 noyabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 

1992.- № 22.- S. 57. 

 

İradəmi bir daha yoxladım /F.Kərimova //Şərq.- 2007.- 31 yanvar.- S. 15. 



“Sənət həyatımda 2 insana borcluyam” /F.Kərimova //Həftə içi.- 2009.- 26-29 

iyun.- S.7. 

Ol, Ə. Səsindən tanınan /Əjdər Ol.-Bakı: Şur və Cik-cik, 1993.- 48 s.  

 

İnternetdə 

www. az.wikipedia.org 

www.load.az. 

www. mp3.open.az  

 

www. musiqi.az. 



Adilə Abdullayeva 

 



210 

 

 Maral Yusif qızı Rəhmanzadə 1916-

cı il iyul ayının 23-də Bakının 

Mərdəkan qəsəbəsində  zərgər ailəsində 

anadan olmuşdur. Onu 1922-ci ildə 

Bakıdakı Hüseyn Cavid adına 8  saylı 

qız məktəbinə qoymuşlar. Maral Rəh-

manzadə  hələ  məktəbli ikən “Ana dili” 

kitabını oxuyaraq orada dərc edilmiş xalq nağıllarına 

və “Aran köçü” hekayəsinə  ilk şəkillərini çəkmişdir. 

1928-ci ildə Maral Rəhmanzadə 8 Mart Qadınlar 

bayramına həsr edilmiş  məktəb yığıncağında öz 

rəfiqələri ilə birlikdə çadrasını atmış  və bu onun 

həyatında böyük dəyişikliklərə səbəb olmuşdur. 

Maral Rəhmanzadə 1930-cu ildə  Əzim  Əzimzadə 

adına Rəssamlıq məktəbinə daxil olmuş, 1933-cü ildə 

bitirmişdir. 1934-1940-cı illərdə Moskva Dövlət Təs-

viri İncəsənət İnstitutunda oxumuşdur. 

1939-1940-cı illərdə Maral Rəhmanzadə  N.E.Rad-

lov və M.S.Radionovun rəhbərliyi altında illüstra-

siyadan, Qrabarın və  İstominin rəhbərliyi altında 

rəngkarlıqdan, D.N.Moorun rəhbərliyi altında plakat-

dan dərs almışdır. 

Yaradıcılığının erkən dövründə  çəkdiyi dəzgah 

rəsmləri silsilələrindən olan “Azərbaycan qadını 

keçmişdə  və indi” (1940), “Qadınlar müharibə 

illərində” (1942) əsərlərində Azərbaycan qadınlarının 

həyatı, məişəti, qəhrəmanlığı öz əksini tapmışdır. 

Maral Rəhmanzadə  əsasən qrafika sahəsində 

fəaliyyət göstərmişdir. Bir sıra xarici ölkələrdə olmuş

həmin ölkələrin həyatını 

təsvir edən silsilə qravü-

ralar yaratmışdır. 

Böyük Vətən müharibə-

sindən sonrakı illərdə,  əsa-

sən qrafika sahəsində (li-

toqrafiya, linoqravüra)  fəa-

liyyət göstərmiş, yaradıcılı-

ğında əmək və məişət möv-

zuları  üstün yer tutmuşdur. 

1946-cı ildən başlayaraq 

onun  əsərləri ümumittifaq

Zaqafqaziya respublikaları 

və bir sıra respublikaların 

sərgilərində nümayiş etdi-

rilmişdir. 

1957-ci ildə  rəssamın 

Moskvada təşkil edilib yük-

sək qiymət almış şəxsi sər-

gisindən sonra “Sovetskiy 

xudojnik” nəşriyyatı  tərə-

findən onun xüsusi albomu 

nəşr edilmişdir. 

 1953-1960-cı illərdə 

“Bizim qızlar”, “Doğma 

vətənim”, “Azərbaycan”, 

“Mənim  bacılarım” kitab 

qrafikası sahəsində də geniş 

fəaliyyət göstərmiş, bədii 

 

   



İyul 

 

95 illiyi 



Maral Rəhmanzadə 

1916-2008 

 

 

 



 

Rəssam 

23 



211 

əsərlərə illüstrasiyalar çəkmişdir.  

Əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində 

İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçi-

ka, Suriya, Livan və s. ölkələrdə nümayiş etdirilmiş, 

Şrilanka və Kubada fərdi sərgiləri keçirilmişdir. 

Maral  Rəhmanzadə 1964-cü ildə Azərbaycanın 

Xalq rəssamı  adına layiq  görülmüşdür. O, “Qırmızı 

Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, həmçinin 

bir sıra medallarla, 1996-ci ildə isə Azərbaycan Res-

publikası Prezidentinin Fər-

manı ilə “Şöhrət” ordeni ilə 

təltif edilmişdir. 

Görkəmli rəssam  Rəh-

manzadə Maral Yusif qızı 

16 mart 2008-ci ildə Bakı 

şəhərində vəfat etmişdir. 

 

Ədəbiyyat 



 

Xalq rəssamı Maral xanım Rəhmanzadəyə: 80 illiyi münasibəti ilə Azərbaycan 

Respublikasının Prezidenti Heydər Əliyevin təbriki //Azərbaycan.-1996.-23 iyul.-S.1. 

İncəsənətimizin zəngin səhifəsi: Azərbaycan Prezidenti Heydər  Əliyev Xalq 

rəssamı Maral Rəhmanzadənin yubiley sərgisinin açılışında olmuşdur: 80 illiyi 

münasibətilə //Azərbaycan.- 1996.- 6 avqust.- S.4. 

Rzalı, R. Azərbaycan qrafikasının ustadı: Maral Rəhmanzadənin anadan 

olmasının 85 illiyinə  həsr olunmuş “Gözəllikdən doymur ürək” yubiley sərgisi 

haqqında /R.Rzalı //Azərbaycan.- 2001.- 30 sentyabr.- S.6. 

Ürəkdə qalmaq üçün: Xalq rəssamı ilə müsahibə //Ədəbiyyat qəzeti.-  1996.-         

9 avqust.- S.1. 

 

                                                              Samirə   Eminova      



 


212 

 

Corc Bernard Şou 1856-cı il iyul 

ayının 26-da  Dublin şəhərində ana-

dan olmuşdur.  

O, ingilis dramaturqu olub, 1925-

ci ildə Nobel mükafatı almışdır. Mən-

şəcə irlanddır. 1871-ci ildə kolleci 

bitirmiş, lakin maddi çətinlik üzündən 

universitetə daxil ola bilməmişdi. 

1876-cı ildə Londona köçmüş  və 

jurnalistliklə  məşğul olmuşdur. “Ağılsız kəbin” 

(1880), “Artistin məhəbbəti” (1881), “Keşel Bay-

ronun sənəti” (1882) və  kəskin mövzulu “Həvəskar 

sosialist” (1883) romanları ilə ədəbi ictimaiyyətin rəğ-

bətini qazanmışdır. “Fobi cəmiyyəti”nin fəal üzvü 

olan  Şou sosialist ideyalarını  təbliğ etmiş, lakin 

marksizmə islahatçılıq mövqeyindən yanaşmışdır. 

1890-cı illərdən dramaturq kimi tanınmışdır. “Silah və 

insan”, “Kandida”, “Taleyin sevimlisi”, “Yaşayarıq, 

görərik” pyeslərində kapitalizm cəmiyyətinin təzadları 

əksini tapmış, aktual sosial-etik problemlər qal-

dırılmışdır. “İnsan və fövqəlbəşər”, “Mayor Barbara”, 

“Həkimin dilemması”, “Piqmolion”, “Ürək sındırılan 

evdə”, “Alma arabası”, 

“Əngəl”, “Milyoner arva-

dı”, “Cenevrə” və s. pyes-

lərində kapitalizm cəmiy-

yətinin antihumanist ma-

hiyyəti, burjua demokrati-

yası ifşa olunur. 

Yeganə faciə əsəri “Mü-

qəddəs 


İoanna” Janna 

d’Arka həsr olunmuşdur. 

Ömrünün son illərində 

“Boyantın milyardları”, 

“Uydurma təmsillər” pyes-

lərini yazmışdır. 

“Şeytanın  şagirdi” pyesi 

Azərbaycan səhnəsində ta-

maşaya qoyulmuşdur.  Şou 

Corc Bernard 1950-ci ilin 

noyabr ayının 2-də Eyot-

Sant-Lorens şəhərində vəfat 

etmişdir. 

 

Ədəbiyyat 

Bernard, C.Ş. Şeytanın şagirdi /Ş.C.Bernard //Azərbaycan.- 1985.- № 12.-  

S.4-36.  

Şıxlı, İ. XX əsr xarici ədəbiyyat tarixi /İ.Şıxlı.- Bakı: Azərnəşr, 1972.- 345 s. 



 

Bəybala Ələsgərov

 

  İ



yul 

 

155 illiyi 



Corc Bernard Şou 

1856-1950 

 

 

 



 

İngilis 


dramaturqu 

26 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə