Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə57/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   53   54   55   56   57   58   59   60   ...   141

173 

 

Hamlet Bəbir oğlu Xanızadə 



1941-ci il iyun ayının 5-də    Ba-

kıda doğulmuşdur. 1965-ci ildə 

Azərbaycan Dövlət Teatr İnsti-

tutunun  Dram və kino aktyorluğu 

fakültəsini bitirmişdir. Son kursda 

oxuyanda institutda oynadığı ma-

raqlı rollara görə Azərbaycan Milli Dram Teatrının 

aktyor heyətinə qəbul edilmişdir. 

Mürəkkəb faciə rollarını, ziddiyyətli xarakterə malik 

romantik-dramatik obrazları ustalıqla yaratmışdır.  

1982-ci ildə Azərbaycan Respublikasının  Əməkdar 

artisti adına layiq görülmüşdür. 1984-cü ildə Hüseyn 

Cavidin “İblis” faciəsindəki  İblis roluna görə Dövlət 

mükafatı ilə təltif edilmişdir. 

 

 

 



Aktyor iyirmiyə yaxın 

bədii filmə  çəkilmişdir. 

“Yeddi oğul istərəm”, “Ba-

bək” və “Arxadan vurulan 

zərbə” kinolentlərindəki 

Gizir, Xəlifə Mötəsim və 

İmaş onun ən maraqlı ekran 

obrazlarıdır. 

Aktyor, 1986-cı il may 

ayının 5-dən etibarən teatr-

dan Cəfər Cabbarlı adına 

“Azərbaycanfilm” kinostu-

diyasına getmişdir. 

Hamlet Xanızadə 23 fev-

ral 1990-cı ildə Bakıda 

vəfat etmiş və doğma kəndi 

Şağanda dəfn edilmişdir. 

Ədəbiyyat

Xanızadə Hamlet //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1987.-  

C.10.- S.48. 

Mehdixanlı, T. Onu unutmaq olmur: [Əməkdar artist Hamlet Xanızadə haq.] 

/T.Mehdixanlı  //Azərbaycan.- 2005.- 20 fevral.- S. 5. 

Mükərrəmoğlu, M. Dramatik rolların ölməz ifaçısı: [Hamlet Xanızadə haq.] 

/M.Mükərrəmoğlu //Xalq qəzeti.- 2005.- 27 yanvar.- S. 5.  

Rəhimli,  İ. Hamlet Xanızadə  /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı, 2005.- 

S.372-373. 

 

 



İnternetdə  

www.az.wikipedia.org                                                                        Səmayə Quliyeva 



 

              

 

İyun 



 

70 illiyi 

Hamlet Xanızadə        

1941-1990 

 

 

 



 

Aktyor 





174 

 

      Vəzir  İsa oğlu Sədiyev 1961-ci 

il iyun ayının 6-da Gürcüstan 

Respublikasının Marneuli rayonu-

nun Aşağı  Qullar kəndində do-

ğulmuşdur.  İbtidai təhsilini doğma 

kəndlərində, orta təhsilini isə Qərbi 

Azərbaycanın Körpülü kəndində 

almışdır. Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil 

olmuşdur. Hərbi məktəbi  müvəffəqiyyətlə bitirdikdən 

sonra onu təyinatla Rusiyanın Qorki şəhərindəki hərbi 

məktəblərdən birinə müəllim göndərilmişdir. O, bura-

da üç  il müəllimlik etdikdən sonra könüllü olaraq 

Əfqanıstana gedir. Batalyon komandiri kimi Əfqanıs-

tan müharibəsində 2 il 4 ay iştirak edir. Döyüşlərin 

birində ağır yaralanaraq müalicə alır. Yenidən Zabay-

kal hərbi dairəsinə qayıdır. O, 122 saylı artilleriya və 

raket qoşunları məktəbində 41659 saylı hərbi hissənin 

qərargah rəisinin müavini vəzifəsinə təyin edilir. Ona 

mayor rütbəsi verilir. Bununla yanaşı o, ikinci 

dərəcəli “Peşəkar zabit” döş nişanına layiq görülmüş-

dür. 


      Dəhşətli Xocalı Soyqırımı xəbərini eşidərkən onu 

Zabaykalda heç bir qüvvə saxlaya bilməmişdi.  O, 

Azərbaycanın Müdafiə Nazirliyinə müraciət etmiş, 

nazirliyin 26 avqust 1992-ci il 01529 saylı  Əmrinə 

əsasən Artilleriya və Hərbi Hava Qüvvələri İdarəsində 

Döyüş hazırlığı  şöbəsinin rəis müavini vəzifəsinə 

təyin edilmişdir. Vəzir Sədiyev Laçın, Qubadlı, Füzu-

li, Ağdərə rayonlarında gedən döyüşlərdə  iştirak et-

mişdi. Milli Orduda artil-

leriyanın  yaradılmasında 

böyük rolu olan Vəzir, xü-

susilə, Ağdərə  uğrunda ge-

dən dəhşətli döyüşlərdə  əsl 

hərbçi olduğunu bir daha 

sübut etmişdir.  

     1993-cü  ilin  fevral  ayı-

nın 19-da cəsur komandir 

Vəzir Sədiyev Ağdərənin  

Aterk kəndi uğrunda gedən 

döyüşlərdə  qəhrəmancasına 

həlak olmuşdur. 

     Vəzir Sədiyev hərbi xid-

məti zamanı 2 orden, 3 me-

dal və eləcə  də keçmiş 

SSRİ Ali Sovetinin fəxri 

fərmanları ilə təltif edilmiş-

dir. 

 Ailəli idi. Bir qızı  yadi-



gar qalıb. 

 Azərbaycan Respubli-

kası Prezidentinin 15 yan-

var 1995-ci il tarixli 262 

saylı  Fərmanı ilə mayor 

 

Sədiyev Vəzir  İsa oğluna 



ölümündən sonra “Azər-

baycanın Milli Qəhrəmanı” 

adı verilmişdir. 

 

İyun  



 

50 illiyi 

Vəzir Sədiyev 

1961-1993   

 

 

 



Milli 

Qəhrəman 




175 

      Bakı  şəhərinin  Şəhidlər Xiyabanında dəfn edilmişdir. 

 

Ədəbiyyat 

 

Azərbaycan Respublikasının bir qrup hərbi qulluqçusuna və polis işçilərinə 



“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Sədiyev Vəzir İsa oğlu –

mayor - Azərbaycan Respublikasının suverenliyi və  ərazi bütövlüyünün qorun-

masında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində 

gedən döyüşlərdə  qəhrəmanlıqla vuruşaraq göstərdiyi  şəxsi igidlik və  şücaətə, öz 

müqəddəs  əsgəri və xidməti borcunu şərəflə yerinə yetirilməsindəki misilsiz 

xidmətlərinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 15 yanvar 1995 

ci il  //Azərbaycan.- 1995.-17 yanvar.- S.1.- (Ölümündən sonra). 

 

Əsgərov, V. Sədiyev Vəzir  İsa oğlu /V.Əsgərov  //Azərbaycanın Milli Qəhrə-



manları.-Bakı, 2005.- S.200. 

Sədiyev Vəzir İsa oğlu: (1961-1993) //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.187. 

Zeynalov, R. Sədiyev Vəzir  İsa oğlu: (1961-1993) /R.Zeynalov, R.Sədiyev 

//Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.57. 

         Saqibə Mehrəliyeva 

 

 



 

 

 



Yazma mənim qismətimə nəhs taleyi, puç günü

Güllələrdən qaçan günü - günah günüm, suç günüm, 

Ölüm nədir - yer üstündən yer altına köç günüm 

Tanrım, məni şəhid elə bu torpağın yolunda! 

 

Qəzəbimi şəhid elə qeyrət kimi cücərsin, 



Gəncliyimi şəhid elə şəhidliyi becərsin. 

Oğul gərək varlıq üçün yox olmağı bacarsın, 

Tanrım, məni şəhid elə bu torpağın yolunda, 

Bu məsləkin, bu millətin, bu bayrağın yolunda! 



 

 

 

 

 

 

 

 

 

Zəlimxan Yaqub,  

 Xalq şairi 


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə