Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə54/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   50   51   52   53   54   55   56   57   ...   141

163 

 

 

Azərbaycan Respublikasının 



Prezidenti  İlham  Əliyevin imza-

ladığı sərəncama əsasən, ölkəmizdə 

hər il 23 may günü Ekologiya və 

Təbii Sərvətlər Nazirliyi işçilərinin 

peşə bayramı kimi qeyd olunur.  

Ölkəmiz müstəqillik əldə etdikdən sonra məhz ulu 

öndər Heydər  Əliyevin ekologiya və  ətraf mühitin 

mühafizəsi sahəsinə qayğıkeş münasibəti nəticəsində 

onun imzaladığı 2001-ci il 23 may tarixli Sərəncamla 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.  

Son bir neçə ildə ekoloji vəziyyətin sağlamlaş-

dırılması,  ətraf mühitin mühafizəsi sahəsində ölkə 

Prezidentinin rəhbərliyi altında ardıcıl, məqsədyönlü 

işlər görülmüş, uzun illər  ərzində  yığılaraq müstəqil 

Azərbaycana miras qalmış ekoloji problemlər təhlil 

edilərək, onların kompleks həllinə yönəlmiş 5 Milli və 

Dövlət Proqramı  təsdiq edilmiş, ekologiya və  ətraf 

mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləş-

dirilmişdir. 

Əvvəllər bir Milli Parkı belə olmayan Azərbay-

canda son 5 ildə Xüsusi Mühafizə Olunan Təbiət 

Ərazilərinin ümumi sahəsi 750 min hektara, yəni ölkə 

ərazisinin 8,7 faizinə catdırılaraq 8 Milli Park, 4 

Qoruq, 3 Yasaqlıq yaradılmış, 5 mövcud qoruğun 

ərazisi genişləndirilmiş, 3 Təbiət Abidəsi təşkil edil-

mişdir.  

Respublika Prezidenti İlham  Əliyevin imzaladığı 

“Xəzər dənizinin çirklənmədən qorunması üzrə  bəzi 

tədbirlər haqqında” və  “Əhalinin ekoloji cəhətdən 

təmiz su ilə  təminatının 

yaxşılaşdırılması ilə  əlaqə-

dar bəzi tədbirlər haqqında” 

sərəncamlardan irəli gələn 

məsələlərin həlli istiqamə-

tində beynəlxalq standart-

lara cavab verən modul tipli 

lokal təmizləyici qurğular 

alınmış, Abşeron yarıma-

dasının  şimal hissəsinin 61 

km-lik sahil zolağında qu-

raşdırılaraq istismara bura-

xılmışdır. Kür və Araz çay-

larının suyundan istifadə 

edən ölkənin xeyli yaşayış 

məntəqəsində Beynəlxalq 

Səhiyyə  Təşkilatının stan-

dartlarına cavab verən su 

təmizləyici qurğular quraş-

dırılaraq  əhalinin istifa-

dəsinə verilmişdir. Hazırda 

bu işlər davam etdirilmək-

dədir. 


Ölkə Prezidentinin im-

zaladığı “Magistral avto-

mobil yollarının mühafizə 

zolaqlarının yaşıllaşdırıl-

ması haqqında” sərəncama 

uyğun olaraq, Atbulaq - 

Hacıqabul qəsəbəsi avto-

 

 May 



 

10 illiyi 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 

işçilərinin peşə bayramı 

 

23 



164 

mobil yolunun 28 km məsafəsinin hər iki tərəfində 

müxtəlif cinslərdən olan 100 min ağac əkilmiş, eləcə 

də tenderdə qalib gəlmiş Bolqarıstan  şirkəti ilə 

bağlanmış müqavilə üzrə sifariş olunmuş 22 638 ədəd 

müxtəlif çeşiddə dekorativ ağac və kol bitkilərinin bir 

hissəsi respublikaya gətirilərək həmin  ərazidə  əkil-

mişdir.  

Magistral yol boyu yaşıllaşdırma işlərinə də böyük 

diqqət ayrılmışdır. Belə ki, Zığ-Aeroport yolu boyu 

144 hektar ərazidə torpaq hamarlama işləri 

yekunlaşdırılaraq, yaşıllıqsalma işlərinə başlanmışdır. 

Aparılan yaşıllaşdırma tədbirləri nəticəsində 180000 

ədədə  qədər müxtəlif növ ağac  əkilmişdir ki, 

bunlardan da 139000-i zeytun, Eldar şamı və akasiya-

dan ibarətdir. Su hövzələrində bioloji resursların 

artırılması  və mühafizəsi istiqamətində müvafiq 

tədbirlər həyata keçirilmişdir. Hidrometeoroloji müşa-

hidə  şəbəkəsinin bərpası, inkişafı, yeni texnologiya-

ların tətbiqi və  tərtib olunan hidrometeoroloji proq-

nozların keyfiyyətinin yaxşılaşdırılması istiqamətində 

bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Şəki, 

Ələt, Xınalıq, Mərəzə, Al-

tıağac, Qəbələ, Ağsu stan-

siyaları üçün yeni binalar 

tikilmiş, Neftçala, Çilov, 

Ələt, Tərtər, Xınalıq, Xal-

dan, Kırız, Mərəzə, Al-

tıağac, Ağsu stansiyalarının 

meteomeydançaları müasir 

standartlara uyğun yenidən 

qurulmuşdur. Finlandiyanın 

istehsalı olan 16 ədəd 

kompleks avtomat meteo-

roloji stansiyanın 13 ədədi 

istismara verilmişdir. Bu 

avtomatik stansiyalar inter-

netdən məlumatları alır və 

müşahidə 

məlumatlarını 

birbaşa mərkəzə ötürə bilir. 

 

Ədəbiyyat 

Azərbaycan Respublikası Ekologiya və  Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə 

bayramının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı, 16 may 2007-ci il //Azərbaycan.- 2007.- 17 may.- S.1. 

 

      Ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlər-



dən səmərəli istifadə  məsələləri dövlətimizin xüsusi diqqət mərkəzindədir //Yeni 

Azərbaycan. - 2009.-21 aprel. - № 69.- S.5. 

Cəfərli, R. Ekoloji tarazlığın təminatı Prezidentin nəzarətindədir /R.Cəfərli  

//Azərbaycan. - 2009.- 28 aprel.- № 89.- S.1. 

Mükərrəmoğlu,  M. Gələcəyimizin təminatçıları /M.Mükərrəmoğlu //Xalq qəzeti.- 

2009.- 23 may.- S.5. 



İnternetdə 

www.anl.az 

www.azerbaijan-news.az 

www.press-release.az 

 

Nailə Alışova



165 

 

 

Azərbaycan Dövlət Filar-

moniyasının binası 1910-1912-

ci illərdə  “İctimai toplantıların 

yay binası” layihəsi kimi inşa 

edilmişdi. Azərbaycanda Sovet 

hakimiyyəti qurulduqdan sonra 1920-ci ildə pərakən-

də fəaliyyət göstərən ansambllar, orkestrlər və musiqi 

həvəskarları bu binada fəaliyyət göstərməyə 

başlamışdır. 1936-cı il mayın 25-də SSRİ-nin (MDB) 

başqa respublikalarında olduğu kimi Azərbaycanda da 

filarmoniya yaranmışdı. 1937-ci il avqust ayının 11-

də isə Xalq Komissarları Sovetinin 5021 saylı ic-

lasının qərarı ilə AK (b) MK-dan xahiş edildi ki, 

Əməkdar incəsənət xadimi Müslüm Maqomayevin 

adını  əbədiləşdirmək məqsədilə Azərbaycan Dövlət 

Filarmoniyasına bəstəkarın adı verilsin. 

Elə həmin ildən Azərbaycan Dövlət Filarmoniya-

sı respublikamızın mədəni həyatında əvəzedilməz rol 

oynamağa başlamışdır. Filarmoniya milli və klassik 

musiqiçilərin təkrarsız təbliğat ocağıdır. 

Bu möhtəşəm konsert təşkilatında 7 kollektiv fəa-

liyyət göstərir. Bunlar Azərbaycan Respublikasının 

Xalq artisti, Dövlət Mükafatı laureatı, professor Rauf 

Abdullayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Sim-

fonik Orkestri, Azərbaycan Respublikasının Əməkdar 

incəsənət xadimi Gulbacı  İmanovanın rəhbərliyi ilə 

Azərbaycan Dövlət Xor Kapellası, Əməkdar incəsənət 

xadimi Teymur Göyçayevin rəhbərliyi ilə Q.Qarayev 

adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbay-

can Dövlət Fortepiano Tri-

osu, Azərbaycan Dövlət 

Simli Kvarteti, F.Əmirov 

adına  Əməkdar kollektiv, 

Azərbaycan Dövlət Mahnı 

və  Rəqs ansamblı, bu kol-

lektivin nəzdində  fəaliyyət 

göstərən Azərbaycan Döv-

lət Xalq Çalğı Alətləri or-

kestridir. 

   Ulu 


öndər Heydər 

Əliyevin şəxsi səyi və istəyi 

nəticəsində 8 aylıq təmir-

dən sonra Dövlət Filarmo-

niyası 27 yanvar, 2004-cü 

ildə  təntənəli surətdə ta-

maşaçılara təhvil verilmiş-

dir. Açılışda Prezident 

İlham 

Əliyev, dünya 



şöhrətli violonçel ustası 

Mstislav Rostropoviç və 

başqaları iştirak etmişdilər. 

Son illər ərzində Azər-

baycan Respublikası Mədə-

niyyət və Turizm Nazirliyi 

filarmoniyanın müxtəlif 

kollektivləri ilə  çıxış edən 

xarici artistləri Respublika-

mıza dəvət edir. Bu siya-

 

 May 


 

75 illiyi 

 

Azərbaycan Dövlət Filarmoniyası 



1936 

 

25 




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə