Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə50/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   46   47   48   49   50   51   52   53   ...   141

151 

si, Moskva, Alma-Ata, Düşənbə, Nukus, Bişkək, Ufa 

və başqa  şəhərlərində keçirilmiş ümumittifaq dilçilik 

müşavirə  və konqreslərinin fəal iştirakçısı olmuşdur. 

Sonra o, Qayseri (1990), Tehran (1993, 1995), 

Antalya (1993), Bakı (1992, 1994, 1996), Ankara 

(sentyabr 1996, dekabr 1997, sentyabr 2002), Urmiya 

(1997), Bursa (1996), Konya (oktyabr 1998), Təbriz 

(dekabr 1998), İzmir (2000) şəhərlərində keçirilmiş 

uluslararası elmi konqres və qurultaylarda dəyərli 

məruzələrlə çıxış etmişdir. 

    T.Hacıyev müəyyən müddət (1993) Azərbaycan 

Respublikasının Maarif naziri vəzifəsində  işləmişdir. 

1984-cü ildən BDU Türkologiya kafedrasına rəhbərlik 

edir. 1995-ci ildən Türkiyə Cümhuriyyəti Atatürk Dil, 

Tarix Kültür Qurumunun fəxri üzvüdür. 

    1998-ci  ildə T.Hacıyev Türkiyə Cümhuriyyətinin 

“Ləyaqət nişanı” (orden) ilə təltif olunmuşdur. Türki-

yə Atatürk Qurumunun hazırladığı 30 cildlik  “Türk 

dünyası  ədəbiyyatı tarixi”nin müəlliflərindən biridir. 

Türkiyənin Sanatçılar və Yazarlar Vəqfinin 2002-ci il 

üzrə  “Türk dünyasına xidmət” ödülünün sahibidir. 

    2004-cü  ilin  mayında 

Qaraman Türk Dili müka-

fatına, iyulun 17-də Atatürk 

Dil Qurumunun Üstün Hiz-

mət Baratına layiq görül-

müşdür. 


   İki cildlik “Dədə Qorqud 

kitabı ensiklopediyası”nın 

aparıcı müəlliflərindən biri 

və birinci cildinin (Bakı, 

2000) redaktorudur. 

   “Üzeyir Hacıbəyov ensik-

lopediyası” (Bakı, 1996), 

AMEA-nın altı cildlik  “Azər-

baycan  ədəbiyyatı tari-

xi”nin müəlliflərindəndir. 

    Əməkdar elm xadimidir, 

AMEA-nın müxbir üzvü-

dür. 

 

 



                                                    

Ədəbiyyat 

 

    Azərbaycan dili: (orta ümumtəhsil məktəblərinin X-XI sinifləri üçün dərslik) 

/T.Hacıyev.- Bakı: Təhsil, 2004.- 295 s. 

   Azərbaycan  ədəbiyyatı tarixi: 6 cilddə /T.Hacıyev.- Bakı, 2004.- C.1.: “Dədə 

Qorqud kitabı” bölməsi.- S.398-462. 

   Dədə Qorqud: Ensiklopedik lüğət  /tərt. T.Hacıyev.- Bakı: Öndər, 2004.-365 s. 

   Dədə Qorqud dünyası:  Məqalələr  /tərt. T.Hacıyev.- Bakı: Öndər, 2004. -239 s. 

   Qorqud ədəbiyyatı (KDQ bədii ədəbiyyat) /T.Hacıyev.- Bakı: Öndər, 2004.-366 s. 

 

Bəybala Ələsgərov



152 

 

İlham Müzəffər oğlu  Əliyev   



1961-ci il may ayının 5-də Gədəbəy 

rayonunda anadan olmuşdur. Orta 

məktəbi 1978-ci ildə bitirmiş, 1980-

ci ildə  hərbi xidmətə çagırılmışdır. 

1982-ci ildə ordudan  tərxis olun-

duqdan sonra Gədəbəy rayonunda 

Kommunal Təsərrüfatı  İdarəsində, 

sonra isə  İsmayıllı rayonunda mexanikləşdirilmiş 

dəstədə çalışmışdır. 1983-cü ildə onu DİN-in təyinatı 

ilə  İsmayıllı rayon DİŞ-nə  qəbul edirlər. Bir müd-

dətdən sonra işini Gədəbəy rayon DİŞ-nin mühafizə 

bölməsinə dəyişirlər.  

İ.Əliyev 1985-ci ildə Bryansk Xüsusi Orta Milis 

Məktəbinə daxil olmuşdur. 1987-ci ildə  Gədəbəy 

rayonunda sahə müvəkkili, Gəncə  şəhər DİŞ-də sahə 

müfəttişi, sonra isə cinayət-axtarış bölməsində  əmə-

liyyatçı  vəzifələrində çalışmışdır. O, rəhbərlik tə-

rəfindən dəfələrlə mükafatlandırılmış, “Milis əlaçısı” 

döş nişanına layiq görülmüşdür. 

   1988-1990-cı illərdə erməni quldurları müxtəlif 

səmtlərdən Azərbaycanın ayrı-ayrı bölgələrinə silahlı 

basqınlar edirdi, dinc əhalini gülləbarana tuturdular. 

19 avqust 1990-cı ildə leytenant İ.Əliyev torpaqla-

rımızın müdafiəsinə göndərildi. 

   Qazax  rayonunun Aşağı Əskipara kəndi od-alov 

içində yanırdı. Ermənistanla həmsərhəd olan bu kənd 

fasiləsiz olaraq erməni yaraqlıları tərəfindən atəşə  

 

 



 

tutulurdu. İlham 11 nəfərlik 

dəstə ilə  məktəbin binasını 

özünə mövqe seçir, quldur-

ların kəndə soxulmasına 

mane olurdu. Düşmən ağır 

itki verməsinə baxmayaraq 

geri çəkilmək istəmir, kəndi 

mühasirəyə almağa çalışırdı. 

Artıq məktəb də  təhlükə 

altında idi. İlham yoldaş-

larını xilas etmək üçün 

düşməni özünə cəlb etmişdi. 

Vəziyyət anbaan çətinlə-

şirdi. O, qarın nahiyəsindən 

ağır yaralandı. Onu Qazax 

rayon xəstəxanasına çatdır-

salar da, artıq gec idi... 

Evli idi. Bir övladı var. 

“Qırmızı Ulduz” orde-

ninə layiq görülüb. 

 Azərbaycan Respubli-

kası Prezidentinin 6 iyul 

1992-ci il tarixli 831 saylı 

Fərmanı ilə İlham Müzəffər 

oğlu  Əliyev ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adına layiq gö-

rülmüşdür.  

Gədəbəy rayonunda 

dəfn edilib. Gədəbəy  şəhə-

 

May  



 

50 illiyi 

İlham  Əliyev    

1961-1990 

 

 

 



Milli 

Qəhrəman 




153 

rindəki 1 saylı orta məktəb qəhrəmanın adını daşıyır. 

Məktəbin önündə büstü qoyulmuşdur. 

 

Ədəbiyyat 



 

Azərbaycan  Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına 

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Əliyev  İlham Müzəffər 

oğlu - Gəncə  şəhəri PDİŞ Cinayət axtarış bölməsinin  əməliyyat müvəkkili, milis 

leytenantı - Azərbaycan Respublikasının suverenliyi və  ərazi bütövlüyünün qo-

runmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik 

və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 6 iyun 1992-ci il 

//Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- №13.- S.24.- 

(Ölümündən sonra). 

 

     Əliyev  İlham Müzəffər oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 



H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.60. 

Əsgərov, V. Əliyev  İlham Müzəffər oğlu /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- S.56. 

Zeynalov, R. Əliyev  İlham Müzəffər oğlu /R.Zeynalov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 1996.- S.56. 

 

 



Saqibə Mehrəliyeva 

 

 

 

 



Bu yolda əyilənə: 

“Ölüm haqdı”,- deyirik. 

Əbədi məzarımız 

Bu torpaqdı, deyirik. 

Vətən göyü dəyişməz 

Göy bayraqdı, deyirik. 

Qılınc çap, Vətən oğlu, Bizi Vətən çağırır! 

Məmməd Araz 

Xalq şairi 


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə