Microsoft Word 2011 teqvim son doc


May      Laçının işğalı günü



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə53/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   49   50   51   52   53   54   55   56   ...   141

160 

 

 

 May 



 

 

Laçının işğalı günü  



 

18 


Ərazisi – 1,84 min km

2

 

Əhalisinin sayı -73,1 min nəfər 

İnzibati mərkəzi – LAÇIN 

İşğal tarixi 18.05.1992  

 

 



 

Laçın rayonu Azərbaycan Respublikasının cənub-

qərbində, dağlıq  ərazidə yerləşir.  Şimaldan Kəlbəcər, 

şərqdən Xocalı,  Şuşa və Xocavənd, cənubdan Qubadlı 

rayonları, qərbdən isə Ermənistan Respublikası ilə 

həmsərhəddir.

 

 

1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi 



daxil olmuşdur.  Dağlar qoynunda yerləşərək öz gözəlliyi 

ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın 

düşmənə təslim edildi. Laçın da Şuşa kimi mühüm hərbi-

strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə 

məruz qalmışdı. Xəyanət və  xəyanətə  bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın, 

bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan vü-

qarlı Laçını düşmənə  təslim etdi. Bu təslim nəticəsində  təbii səngərlərlə  əhatə 

olunmuş Laçın odlara qalanaraq tamamilə dağıdıldı. Sərvəti talan olunaraq 

Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz o torpaq-

lardan silindi, minlərlə baş mal-qara aparıldı.  

Artıq 19 ildir ki, dağlar gözəli Laçın erməni daşnaklarının ayaqları altında 

inildəyir, laçınlılar isə ölkənin müxtəlif ərazilərində köçkün vəziyyətində yaşayırlar. 

Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən nə  qədər qayğı  və diqqət gös-

tərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə  çırpınırlar. Ölkə başçısı  İlham 

Əliyevin bu istiqamətdə apardığı siyasət deməyə  əsas verir ki, torpaqlarımızın 

işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünümüzün, o cümlədən 

laçınlıların öz yurdlarına qayıdacaqları gün uzaqda deyil. 



161 

 

Sabir Xudu oğlu Rüstəmxanlı 

1946-cı il may ayının 20-də Azər-

baycanın Yardımlı rayonunun Ha-

markənd kəndində anadan olmuş-

dur. Yardımlıda onbirillik məktəbi 

bitirdikdən sonra 1963-1968-ci ildə  

ADU-nun (indiki BDU) Filologiya 

fakültəsində təhsil almışdır. On bir yaşında yazdığı ilk 

mətbu şeiri “Kəndim” 1957-ci ildə “Yeni kənd” rayon 

qəzetində  dərc edilmişdir. “Azərbaycan gəncləri” 

qəzetində çıxan “Kənd yolu” şeiri ilə respublika mət-

buatına ayaq açmışdır (1964).  

1967-1978-ci illərdə  əmək fəaliyyətinə  “Ədə-

biyyat və incəsənət” qəzetində kiçik ədəbi işçi kimi 

başlamış, sonra ədəbi işçi, xüsusi müxbir, Teatr və 

kino, Tənqid və ədəbiyyatşünaslıq şöbələrinin müdiri 

vəzifələrində işləmişdir.  

1978-1990-cı illərdə “Yazıçı” nəşriyyatında  İncə-

sənət redaksiyasının müdiri, baş redaktorun müavini, 

baş redaktor olmuşdur. 1989-1991-ci illərdə Müstəqil 

demokratik mətbuatın öncüllərindən olan “Azər-

baycan” qəzetinin təsisçisi və baş redaktoru, Azər-

baycan Respublikası  Mətbuat və  İnformasiya naziri 

olmuşdur. Azərbaycan Yazıçılar Birliyi katibliyinə 

seçilmişdir. Azərbaycan Yazıçılar Birliyi idarə he-

yətinin üzvüdür.  

Türkiyə,  İran, Misir, ABŞ, Hollandiya, Almaniya 

və b. ölkələrdə, Quzey Kıprıs Türk Cümhuriyyətində 

və Türk-İslam dünyasının müxtəlif qurultaylarında 

milli mücadiləmizlə bağlı  çıxışlar etmişdir. Demok-

ratik mətbuat  ənənələrinin 

bərpası  və inkişafında xid-

mətlərinə görə Azərbaycan 

Jurnalistlər Birliyinin mü-

kafatına (1990) və “Qızıl 

qələm” kamil sənətkar dip-

lomuna (1993) layiq görül-

müşdür. 1996-cı illərdə 

Azərbaycan  ədəbiyyatının 

inkişafındakı xidmətlərinə 

və ictimai-siyasi fəaliyyə-

tinə görə “Şöhrət” ordeninə 

layiq görülmüş, lakin etiraz 

əlaməti olaraq ordeni al-

maqdan imtina etmişdir.  

1992-ci ildə “Vətəndaş 

həmrəyliyi” partiyasını ya-

ratmışdır və bugünədək 

onun sədridir.

 

1990-cı ildə 



Azərbaycan Respublikası 

Ali Sovetinin deputatı,  

Milli Məclisin üzvü (ya-

ranandan bugünədək), 

“Vektor” Beynəlxalq Elm 

Mərkəzinin direktorudur.  

    Azərbaycan Respublikası 

prezidentliyinə seçkilərdə 

namizədliyi irəli sürülmüş-

dür (2003). 

 

 May 


 

65 illiyi 

 

Sabir Rüstəmxanlı  



 1946 

 

 



 

 

Yazıçı 



20 


162 

Ədəbiyyat 

 

Seçilmiş əsərləri /S.Rüstəmxanlı.- Bakı: Şərq-Qərb,  2004.- 344 s. 

Atamın ruhu (hekayə, povest və pyeslər) /S.Rüstəmxanlı.- Bakı: “Sabir” yazarlar 

ocağı, 2002.- 382 s. 

Xətai yurdu (roman) /S.Rüstəmxanlı.- Bakı: Qanun, 2003.- 556 s. 

 

Bəşirov, S. Sabir Rüstəmxanlı: Sərhədsiz ruhumuzun yolçusu: Portret cizgiləri 



/S.Bəşirov.- Bakı, 2006.- 228 s. 

Əhmədov, T. Sabir Rüstəmxanlı //XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik 

məlumat kitabı /T.Əhmədov.- Bakı, 2004.- S.760-761. 

 

İnternetdə 



 

www.az.wikipedia.orq 

www.deyerler.orq 

                                                              



Məmməd Məmmədov 

 


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə