142
Samuel Finli Briz Morze 1791-ci il
aprel ayının 27-də ABŞ-da (Çarlstaun,
Massaçusetsdə) anadan olmuşdur. Te-
leqrafda istifadə olunan Morze əlifba-
sını da o yaratmışdır. On doqquz ya-
şında Yel Universitetindən məzun ol-
muş, Londona gedib qayıtdıqdan sonra
portret şəkli gündəmdə olduğu üçün diqqətini portretə
vermişdir. 1826-cı ildə Milli İncəsənət Akademiya-
sının qurulmasında rol oynamış və akademiyanın ilk
başçısı olmuşdur. 1832-ci ildə Nyu York Universiteti
Şəkil və heykəl şöbəsi professorluğuna gətirilmişdir.
Morzenin mexaniki araşdırmalara marağı gənc
yaşlarında başlamışdı. 1832-ci ildə okean səyahətinə
çıxmış, Çarles Tomas Ceksonun elektriklə əlaqədar
son məqalələri və Nyu York Universitetində elektro-
maqnetik mövzusunda öyrəndikləri ilə əlaqədar başın-
da elektrikli teleqraf yaratmaq fikri doğmuşdu.
Morzenin elektrikli teleqrafı, bir elektrik dövrəsində
barabanın bir qolu çəkməsi ilə rulo kağızı üzərinə
izlər buraxması prinsipi ilə çalışırdı. Morze ilk elek-
trikli teleqraf sınağını 1844-cü ildə Vaşinqton ilə Bal-
timor arasında 65 kilometr-
lik bir xətt çəkilişiylə
etmişdi. Osmanlı Dövləti
ilk dəfə 1855-ci ildə Krım
döyüşü əsnasında Morzenin
teleqraf sistemindən isti-
fadə etmişdir. Morze bir
daşı, ya da mərməri 3 fərqli
ölçüdə yona bilən mərmər
kəsmə maşınını icad etmiş-
di. İxtiraçı bunun patentini
ala bilmədi, çünki 1820-ci
ildə Tomas Blançardın bən-
zər bir icadı vardı.
Samuel Finli Briz Mor-
ze 1872-ci ildə 80 yaşında
Nyu Yorkda vəfat etmiş və
Qrin-Vud qəbiristanlığında
dəfn edilmişdi.
Ədəbiyyat
Morze Samuel Finli Briz //Azərbaycan Sovet Ensiklopediyası.- 10 cilddə.- Bakı,
1983.- C.7.- S.61-62.
İnternetdə
www.az.wikipedia.org
Adilə Abdullayeva
Aprel
220 illiyi
Samuel Finli Briz
Morze
1791-1872
Amerika
ixtiraçısı
27
143
29 aprel peşəkar və ya hə-
vəskar rəqslə məşğul olan, rəqsi
sevən hər kəsin bayramıdır.
Beynəlxalq Rəqs Günü 1982-ci
ildən bəri “YUNESKO”nun qə-
rarı ilə qeyd olunmağa başla-
mışdır. Bu tarix hər il Fransız baletmeysteri Jan Jorj
Noverin doğum günü, yəni aprelin 29-na təsadüf edir.
Jan Jorj Nover müasir baletin nəzəriyyəçisi hesab
olunur. Dünyanın əksər ölkələrində olduğu kimi
Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olduğu
tarixdən ənənəvi olaraq hər il qeyd olunur. Azərbay-
canda rəqslərin tarixi olduqca zəngin və qədimdir.
İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik
və birlik rəmzi sayılır. Hələ eramızdan 2-3 min il
əvvəl, Azərbaycan ərazisində rəqslər insanların
həyatında müəyyən yer tutmuşdu. Bu baxımdan
Qobustan qayaüstü təsvirləri arasında “Yallı” oynayan
insanların təsviri xüsusilə maraq doğurur. Bu təsvirlər
Azərbaycan xalqının qədim dövrdən rəqsə olan
marağından xəbər verir.
Bir-birindən maraqlı, məzmunlu xalq rəqslərimiz
nəinki Vətəndə, dünyanın böyük konsert salonlarında
da sevilir. Onların simasında Azərbaycan milli xore-
oqrafiya sənəti inkişaf yolunu tapmışdır. İncəsənətin
ayrılmaz hissəsi olan milli rəqslərimiz gözəlliyi, bə-
diiliyi və zərifliyi ilə sənətsevərlərə nümayiş olunur.
Folklor, qədim xalq oyunları, rəqs havaları milli incə-
sənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur.
“Tərəkəmə”, “Naz elə-
mə”, “Turacı”, “Uzundərə”,
“Qoçəli”, “Heyvagülü”, “Vağ-
zalı” xalq rəqslərinə tamaşa
etmək kifayətdir ki, xalqı-
mızın zəngin musiqiyə, kök-
lü adət-ənənəyə bağlı oldu-
ğunu duyasan. Filmləri-
mizdə da rəqslərdən ele-
mentlərə rast gəlmək olar
ki, bu da milli rəqs sənə-
tinin inkişafı və təbliğində
mühüm rol oynayır. “O ol-
masın, bu olsun”, “Əhməd
haradadır”, “Bəyin oğur-
lanması”, “Arşın mal alan”
və digər belə filmlərdə milli
rəqslərə yer verilmişdir.
Müasir dövrdə Azərbaycan
xalq rəqslərini səhnəyə çı-
xarmaq və inkişaf etdirmək
ağırlığını Əminə Dilbazi,
Roza Cəlilova, Xoşbəxt Məm-
mədova, Böyükağa Məm-
mədov, Kamil Dadaşov,
Əlikram Aslanov və digər
sənətkarlar çiyinləri üzərinə
götürmüşlər. Bütün dünya
xalqlarını öz gözəlliyi ilə
heyrətə gətirən rəqslərimi-
Aprel
Beynəlxalq Rəqs Günü
1982
29
144
zi, bu gün qocaman sənətkarların yetirmələri davam
etdirir. Bir sözlə, Azərbaycanın milli rəqs məktəbi ya-
şayır.
Beynəlxalq Rəqs Günü Azərbaycanda ilk dəfə ola-
raq, Milli Konservatoriyanın nəzdindəki Dövlət Gim-
naziyasının rəqs qrupunun iştirakı ilə Xalq artisti Tə-
ranə Muradova və Əmək-
dar artist Kamil Dadaşovun
rəhbərliyi altında keçi-
rilmişdir.
Ədəbiyyat
Sevda. Beynəlxalq Rəqs Günü qeyd olunub /Sevda //Kaspi.- 2009.- 30 aprel.- S.11.
İnternetdə
www.az.apa.az.
www.big.az.
www.bye.az.
www.hafta-ichi.com.
www.lidertv.com.
Adilə Abdullayeva