Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə45/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   41   42   43   44   45   46   47   48   ...   141

135 

dıcı  əməyi “Xalqlar dostluğu” ordeni ilə  təltif olun-

muşdur. 

 Əsasən qrafika ilə  məşğul olan Hüseyn Əliyev 

həm də  mənzərə ustası kimi məşhur idi. Onun Azər-

baycan təbiətinə, eləcə  də  Zəngəzur mövzusuna həsr 

etdiyi akvarel seriyaları da maraqlıdır. Uşaqlıq döv-

ründə yaşadığı bu yerlərin hər qarışını böyük məhəb-

bətlə öz duyğularından, təxəyyülündən yaradıcılıqla 

keçirən görkəmli rəssamın “Zəngəzur dağları”, “Urud 

qalası”, “Meşədə qış”, “Payız”, “Qürub çağı”, “İlanlı 

dağ” və s. kimi əsərləri də-

rin müşahidə  və incə zöv-

qün, fitri istedadın məhsulu 

idi. 

O, 1982-ci ildə Xalq rəs-



samı adına layiq görülmüş-

dür. 


Görkəmli rəssam 1991-

ci ildə, mayın 25-də vəfat 

etmişdir. 

 

Ədəbiyyat 



 

Hüseyn Əliyev: Foto-albom.- Bakı, 2001.- 502 s. 

Əliyev Hüseyn Əlirza oğlu //Naxçıvan ensiklopediyası.- Bakı, 2002.- S.142-143. 

O, gözəlliyi görür və təsvir edirdi //Azərbaycan.- 2010.- 26 may.- S.4. 

 

İnternetdə 

www.anl.az 

www.baku-art.az 

www.bizimasr.media-az.com 

www.lidertv.com 

 

Nailə Alışova  




136 

 

 



     Allahverdi Teymur oğlu Bağırov  

1946-cı il aprel ayının 22-də  Ağ-

dam  şəhərində anadan olmuşdur. 

1965-ci ildə 1 saylı  Ağdam  şəhər 

orta məktəbini bitirmişdir. Allah-

verdi uşaqlıqdan idmana böyük ma-

raq göstərirdi. Yüngül atletika, 

voleybol və futbolla məşğul olurdu. 

Qarabağ hadisələri başlayana qədər o, Ağdamda fut-

bolçu kimi tanınmış, ad-san qazanmışdı. 1966-cı ildən 

1983-cü ilədək Ağdam Uşaq-gənclər idman məktəbin-

də məşqçi işləməklə yanaşı, “Qarabağ” futbol koman-

dasında fəaliyyət göstərirdi. 

  Allahverdi  haqsızlıqla barışmayan, sözubütöv, 

mərd insan idi. 

  O, 1988-ci ildə ermənilərin Qarabağa təcavüzünün 

ilk günlərindən Xalq hərəkatına qoşulur və onun fəal-

larından olur. 20 Yanvar faciəsi onun düşmənə qəzə-

bini daha da şiddətləndirir. A.Bağırovun  yaratdığı kö-

nüllülər batalyonu Ağdamın bir sıra kəndlərinin mü-

dafiəsində mərdliklə vuruşmuşdur. 1992-ci ildə Allah-

verdi, bəlkə də ömrünün ən həyəcanlı, ən narahat gün-

lərini yaşayırdı. Mühasirədə olan kəndlərə kömək et-

mək,  ərzaq çatdırmaq heç də asan iş deyildi. O, var 

gücü ilə həmin kəndləri azad etməyə çalışırdı. 

  1992-ci  ilin  fevralında Xocalı faciəsi zamanı Al-

lahverdi Bağırovun batalyonu Əsgəran yaxınlığında  

 

 



 

yüzlərlə soydaşımızı xilas 

edə bilmişdi. 1992-ci il 

iyun ayının 12-də məhz ba-

talyonun səyi nəticəsində 

Aranzəmin, Naxçıvanik, Dəh-

raz, Mirkənd, Pircamal 

kəndləri düşməndən azad 

edildi. O, inanırdı ki, tezlik-

lə müharibə bitəcək və qo-

şunlarımız Xankəndinədək 

irəliləyəcəkdir. Lakin cəsur 

komandir arzusuna çata bil-

mədi. Gözətçi məntəqəsini 

yoxlayıb qərargaha dönər-

kən sürücü ilə birlikdə mi-

naya düşüb həlak oldu. 

 Ailəli idi. Bir oğlu, iki 

qızı var. 

 Azərbaycan Respublikası 

Prezidentinin 24 fevral 

1993-cü il tarixli 476 saylı 

Fərmanı ilə Bağırov Allah-

verdi Teymur oğluna ölü-

mündən sonra “Azərbayca-

nın Milli Qəhrəmanı” adı 

verilib. 

 Ağdam rayonunun Şə-

hidlər Xiyabanında dəfn 

edilib. 


 

Aprel  


 

65 illiyi 

Allahverdi Bağırov 

1946-1993 

 

 

 



 

Milli  


Qəhrəman 

22 



137 

 

Ədəbiyyat 

 

 Allahverdi Teymur oğlu Bağırova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi 



haqqında: [E.Bağırov adına qoşun hissələrinin komandiri-Azərbaycan 

Respublikasının suverenliyinin və  ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində göstərdiyi  şəxsi igidlik və  şücaətə görə]: 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 24 fevral 1993-cü il //Azərbaycan 

Respublikası Ali Sovetinin Məlumatı.- 1993.- № 4.- S.15.- (Ölümündən sonra). 

 

 



Abbasoğlu, B. Mətin komandir /B.Abbasoğlu //Ölərkən dünyaya gələn oğullar.- 

Bakı, 2004.- S.35-53. 

Bağırov Allahverdi Teymur oğlu //Azərbaycanın Milli Qəhrəmanları: 

biblioqrafiya /tərt. ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 

2008.- S.38-40. 

Əsgərov, V. Bağırov Allahverdi Teymur oğlu /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- S.33. 

 

 



 

 

İnternetdə 

www.anl.az 

www.az.wikipedia.org 

 

 



                                                                          Səmayə Quliyeva 


138 

 

   Kitab  və müəlliflik, ya-

ranma anından bir-biri ilə 

ayrılmaz  əlaqədə, daimi 

təmasda olan və bir-birini 

tamamlayan anlayışlar, 

məfhumlardır.  Əslində isə 

müəlliflik hüququ əsər an-

layışı ilə bağlı olduğundan 

onun tarixi daha qədimdir, insan mədəniyyətinin və 

biliklərin uzaq keçmişindən bəhrələnən məhsuldur. 

Volterin kitablarla bağlı sözləri tam mənada 

müəlliflik hüququna da aid edilə bilər: “Bunlar 

ocaqlarımızdakı oda bənzəyir: onu qonşudan götürüb, 

özümüzdə yandırıb, digərlərinə veririk və beləliklə, 

hamıya məxsus olur”. 

Müəlliflik hüququnun tarixi “müəlliflik” anlayışın-

dan irəli gəlir. Bu uzun yol əsrlər boyu ibtidai icma, 

təbii anonim (adsız), tanrılaşdırılmış  təxəllüs mər-

hələlərini keçmiş  və  nəticədə  şəxsi müəlliflik səviy-

yəsinə çatmışdır. 

Artıq 5 əsrdir ki, müəlliflik hüququ və kitab dünya-

da birgə, yanaşı addımlayırlar. 

Bu cütlüyün müasir nüfuzu cəmiyyətin intellek-

tuallaşmasında və  mədəniyyətin zənginləşməsindəki 

rolu ilə izah edilir. Müəllif hüququ əqli mülkiyyətin 

ən vacib, mürəkkəb və  dəyərli elə bir hissəsidir ki, 

onun qorunması və idarə edilməsi ilə dünya miqyasın-

da iki böyük Beynəlxalq Təşkilat - 160-a yaxın üzvü 

olan ÜƏMT-nın Bern Konvensiyası və digər sazişlər 

vasitəsilə və YUNESKO-nun 80-dən artıq  

 

üzvü olan “Müəllif hü-



quqları haqqında” Ümum-

dünya Konvensiyası  məş-

ğul olur. 

Bunlardan YUNESKO 

özünün 25 oktyabr - 16 no-

yabr 1995-ci il tarixində 

keçirilmiş 28-ci sessiyasın-

da 23 aprelin Ümumdünya 

Kitab və Müəlliflik Hüququ 

Günü elan edilməsi bərədə 

qərar verib. 

Həmin bayramla əlaqə-

dar Azərbaycan Respubli-

kasında artıq bir neçə ildir 

ki, tədbirlər keçirilir və bu 

sahəyə aid tədbirlər semi-

nar - disskusiyalarla ta-

mamlanır. YUNESKO-nun 

məlumatına əsasən 23 aprel 

tarixi İspaniya əyaləti Kata-

loniya ilə bağlıdır və Mü-

qəddəs Georgi günü kimi 

səciyyələnir. Həmin gün 

hər hansı satılan kitaba ənə-

nəvi olaraq bir qızılgül qo-

şulurdu. Aydındır ki, 23 ap-

rel gününün bayram kimi 

qeyd edilməsi üçün digər 

əsaslı  səbəblər də mövcud-

 

 Aprel 



 

 

Ümumdünya Kitab və Müəllif  



Hüquqları

  

Günü 


1996 

 

23 




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə