Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə29/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   25   26   27   28   29   30   31   32   ...   141

88 

 

Beynəlxalq Novruz Günü - mədəniyyətlərarası dialoq və 



qarşılıqlı anlaşmanı  həvəsləndirməyə istiqamətləndirilən bay-

ram - BMT Baş Assambleyası 23 fevral 2010-cu ildə 21 mart 

tarixini Beynəlxalq Novruz Günü elan edib. Beynəlxalq Novruz 

Günü münasibətilə hazırlanan qətnamənin preambula hissəsində 

bildirilir ki, “yeni gün” mənası verən, martın 21-də, gecə  və 

gündüzün bərabərləşdiyi gün qeyd olunan Novruz, bütün dünyada 300 milyon nəfər-

dən artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. 

Bu bayram artıq 3000 ildir ki, Balkanlarda, Qara dəniz hövzəsi regionunda Qaf-

qazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd olunur.  

Azərbaycan xalqının tarixin qədim qatlarında yaratdığı, dilimizi, zəngin folkloru-

muzu özündə yaşadan Novruz bayramı azərbaycançılıq ideyasını, xalqımızın milli-

mənəvi irsini özündə təcəssüm etdirir. Novruz yeni günün, yeni arzuların, milli ruh 

və duyğuların bayramıdır. Novruz bayramı - çərşənbə günü, dünyanın qeyri-maddi 

irsi kimi YUNESKO-nun siyahısına daxil edilib.  

Novruz günlərində, çərşənbələrdə tonqalın üstündən tullanmaq adətimiz var. San-

ki sən bununla bütün ağırlığını-uğurluğunu, əziyyətlərini köhnə ildə, eyni zamanda, 

pis xasiyyətlərini, mənfi tərəflərini orada qoyub yeni ilə, yeni günə gedirsən. Novruz 

ənənələrinə görə, bayram günü küsülülər barışar, hətta qan intiqamını da yaddan çı-

xararlar. Bu dəyərlər geniş mənada təkcə cəmiyyət daxilində deyil, eyni zamanda, öl-

kələr arasında anlaşmanı, sülhü təcəssüm etdirir. Bu baxımdan Novruz bayramını, 

onun milli özəllikləri ilə yanaşı, sülh və barış kimi bəşəri dəyərlərin təcəssümü olaraq 

dünyaya tanıtmaq, təbliğ etmək çox vacibdir. 

Azərbaycan xalqının milli-mənəvi irsinin təcəssümü olan Novruz bayramının 

dövlət səviyyəsində qeyd edilməsi, onun dünya azərbaycanlıları arasında daha geniş 

yayılmasına da zəmin yaradır. Soydaşlarımız yaşadıqları ölkələrdə Novruz tən-

tənələrini keçirməklə bu bayramın timsalında xalqımızın tarixi dəyərlərini, ənənələri-

ni təbliğ edirlər. Bu isə nəticə etibarilə Azərbaycanın təbliği deməkdir. 

 

Mart  



 

Beynəlxalq Novruz Günü 

21 



89 

 

      Kazım Cəfər oğlu Kazımzadə 

(Kazım Ziya) 1896-cı il mart ayının 

21-də Ordubad rayonunun Yuxarı 

Əylis kəndində doğulmuşdur. Yeni-

yetmə yaşlarından ərəb və fars dilləri-

ni mükəmməl öyrənmişdir. Sonralar 

rus və fransız dillərini də  mənimsə-

mişdir. 1911-ci ildə  əmisi Hüseynin 

ailəsi ilə birlikdə Bakıya köçmüşdür. O, 1912-ci ilin 

payızında burada “İttihad”  İran gimnaziyasına daxil 

olmuş və bir il sonra məktəbdə ədəbiyyat dərnəyi ya-

ratmışdır. 

  1914-cü  ildə Hüseyn Ərəblinski başda olmaqla 

teatr fədailəri “İttihad” məktəbində şagirdlərin xeyrinə 

Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” faci-

əsinin tamaşasını göstərmişlər. Bununla da Kazım 

Ziya öz taleyini teatr sənətinə bağlamışdır. 

  Kazım Ziya Milli Dram Teatrının tamaşalarında 

fəal iştirak etsə də, truppanın ştatına 1922-ci ildə gö-

türülmüşdür. Arada bir il Naxçıvana getmiş, orada 

dövlət teatrının formalaşmasında ciddi çalışan Kazım 

Ziya 1925-ci ildə yenidən Bakıya qayıdaraq Bakı 

Türk İşçi  və Kəndli Teatrının truppasına daxil olmuş-

dur. 1933-cü ildə bu teatr Gəncə  şəhərinə köçəndə o 

da kollektivdən ayrılmamışdır. 1936-cı ildən 1938-ci 

ilədək Tiflisdə  və  İrəvandakı dövlət teatrlarında akt-

yorluq etmişdir. 1938-ci ildə Bakıya gələrək Milli 

Dram Teatrının truppasına daxil olmuşdur. 

  Səlist səhnə danışığı, aydın diksiyası və yüksək in-

telektuallığı ilə seçilən Kazım Ziya hələ gənc yaşla- 

 

rından səhnədə Azərbaycan 



dilinin aydın və dəqiq tələf-

füzü uğrunda mübarizə 

aparmışdır. 

Aktyorun Milli Dram 

Teatrında yaratdığı  əsas 

rollar bunlardır: Arif, Dər-

viş (“İblis” və  “Şeyx Sə-

nan”, Hüseyn Cavid), Vaqif, 

Söhbət (“Vaqif”, və “Xan-

lar”, Səməd Vurğun), Sur-

xay, Usta Segah (“Toy” və 

“Xoşbəxtlər”, Sabit Rəh-

man), Piri baba (“Eşq və 

intiqam”, Süleyman Sani 

Axundov),  Şeyx Nəsrulla 

(“Ölülər”, Cəlil Məmməd-

quluzadə),  İmamyar, Xas-

polad (“Yaşar” və “Oqtay 

Eloğlu”, Cəfər Cabbarlı), 

Mirzə Həbib, Xan (“Lənkə-

ran xanının vəziri”, Mirzə 

Fətəli Axundzadə), Dmitri 

Petroviç (“İki qardaş”, Mi-

xail Lermontov), General 

Tomson (“Şərqin səhəri”, 

Ənvər Məmmədxanlı), Sər-

dar Eldarov (“Son gülən” 

Kondrat Krapiva), Baturin 

(“O tayda”, Anatoli Botya-

 

Mart  



 

115 illiyi 

Kazım Ziya  

1896-1956 

 

 

 



 

Aktyor 


21 


90 

nov), Kastenov (“Bir evin sirri”, Tur qardaşları). 

  Kazım Ziya “Bismillah” və “Səbuhi” filmlərinə çə-

kilmişdir. Bundan başqa o, Lev Tolstoyun “Canlı me-

yit”, Henri İbsenin “Cəmiyyət sütunları”, Vadim Sob-

konun “İkinci cəbhə arxasında”, Aleksandr Dümanın 

“Qanlı qala” (“Nel qülləsinin sirri”) pyeslərini və di-

gər dramları dilimizə tərcümə etmişdir. 

  Aktyor 17 iyun 1943-cü ildə Azərbaycan Respubli-

kasının Xalq artisti fəxri adına layiq görülmüşdür. O, 

1948-ci ildə  “Şərqin səhəri” (Ənvər Məmmədxanlı) 

tamaşasının bir qrup yara-

dıcı heyəti ilə birgə Tom-

son roluna görə Stalin mü-

kafatı laureatı olmuşdur. 

Görkəmli sənətkar 20 no-

yabr 1956-cı ildə Bakıda 

vəfat etmiş  və  Fəxri Xiya-

banda dəfn olunmuşdur. 

 

Ədəbiyyat 

 Xəlilzadə, F. Aktyorun xitabət kürsüsü: [mərhum aktyor Kazım Ziya haq.] 

/F.Xəlilzadə //Azərbaycan.- 2006.- 30 aprel.- S. 5. 

 Kazım Ziya //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1981.- C.5.- 

S.209.   

Rəhimli, İ. Kazım Ziya /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı, 2005.- S.258-

259. 

 

İnternetdə 

www.anl.az 

www.az.wikipedia.org 

              



Səmayə Quliyeva 

 


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə