Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə28/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   24   25   26   27   28   29   30   31   ...   141

85 

Buzovna qəsəbəsində küçələrdən biri və buradakı 

mədəniyyət evi onun adını daşıyır. Mədəniyyət evinin 

qarşısında büstü qoyulub. 

 

Ədəbiyyat 

 

   Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına 

Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi haqqında: [İbrahimov Nurəddin İslam 

oğlu - polis mayoru - Azərbaycan Respublikasının dövlətçiliyinin qorunmasında, 

əmin-amanlığın təmin edilməsində, qeyri-qanuni silahlı  dəstələrin zərərsizləşdiril-

məsində, mütəşəkkil cinayətkarlığa, banditizmə  və digər cinayətlərə qarşı 

mübarizədə öz xidməti borcunu şərəflə yerinə yetirərkən şəxsi qəhrəmanlıq və şücaət 

göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 26 dekabr  

1995-ci il //Azərbaycan.- 1995.- 27 dekabr.- S.1.- (Ölümündən sonra). 

 

Əsgərov, V. İbrahimov Nurəddin  İslam oğlu /V.Əsgərov //Azərbaycanın Milli 



Qəhrəmanları.- Bakı, 2005.- S.99. 

İbrahimov Nurəddin  İslam oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.102. 

Zeynalov, R. İbrahimov Nurəddin  İslam oğlu (1951-1995) /R.Zeynalov 

//Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.114. 

 

İnternetdə 

 

www. az.wikipedia.org 

www.gunaz.tv 

www.fa-ir.facebook.com 



 

Nailə Alışova 


86 

 

Zakir Cavad oğlu Bağırov  

1916-cı il mart ayının 16-da Şuşa 

şəhərində  kənd müəllimi ailəsində 

anadan olmuşdur. Sonradan gözləri 

tutulan atası Cavad kişi  1924-cü 

ildə onu Bakıdakı  Nəriman Nəri-

manov adına 8 saylı  uşaq evinə 

vermişdir. 1929-cu ilə qədər orada 

tərbiyə alan Zakirin ibtidai təhsili 

və musiqi ilə tanışlığı da burada olmuşdur. 1929-cu il-

də qardaşının himayəsində yaşamağa başlayan 13 yaş-

lı  gələcək bəstəkar musiqi ilə ciddi məşğul olmağa 

başlamışdır. Bəstəkarın bu illərdə musiqi istedadı nə-

zərdən qaçmamış və o, 1934-cü ildə Azərbaycan SSR 

Xalq Maarif Komissarlığı tərəfindən Moskva şəhərinə 

musiqi təhsilini davam etdirməyə göndərilmişdir. 

Qeyd etmək lazımdır ki, Z.Bağırov hələ tələbəlik illə-

rindən ustad Bülbülün rəhbərlik etdiyi Elmi Tədqiqat 

Musiqi kabinetində  (ETMK) milli folklorun toplan-

ması  və nota yazılmasında yaxından iştirak etmiş, 

Azərbaycan musiqisi tarixində muğamın nota köçü-

rülməsi ilk dəfə olaraq Tofiq Quliyevlə birlikdə 1936-

cı ildə böyük ustalıqla həyata keçirilmişdir. 

1949-cu ildə Moskva Dövlət Konservatoriyasında 

təhsilini başa vurub Bakıya qayıdan Z.Bağırov Azər-

baycan Dövlət Konservatoriyasında musiqi nəzəriyyə-

sindən dərs deməyə başlamışdır. 1950-1958-ci illərdə 

Azərbaycan Radio və Televiziya verilişləri komitəsi-

nin bədii rəhbəri vəzifəsində çalışmışdır. Bu  

illər  ərzində  bəstəkar bir 

çox maraqlı əsərlər bəstələ-

miş, 1950-ci ildə Soltan 

Hacıbəyovla birlikdə “30 

il” kantatasını yazmışdır. 

Bəstəkar 1950-1964-cü 

illər  ərzində 50-yə  qədər 

əsər bəstələmişdir ki, bura-

ya fortepiano və  səs üçün 

Azərbaycan və rus şairləri-

nin sözlərinə romanslar, 

kütləvi estrada mahnıları 

daxildir. 

1960-cı ildə  bəstəkar 

Əməkdar incəsənət xadimi 

adına layiq görülmüş, “Şə-

rəf nişanı” ordeni və “Yubi-

ley” medalı ilə  təltif olun-

muşdur. 

1963-1964-cü illərdə 

Müslüm Maqomayev adına 

Azərbaycan Dövlət Filar-

moniyasında bədii rəhbər 

vəzifəsində çalışmışdır.  

Bəstəkar 1958-ci ildə 

“Kəndimizin mahnısı”  

(1959-cu ildə ilk tamaşası 

olmuşdur), 1964-cü ildə isə 

“Qaynana” musiqili kome-

diyalarını (1966-cı ildə 

 

Mart  


 

95 illiyi 

Zakir Bağırov 

      1916-1996 

 

 

 



Bəstəkar  

16 



87 

səhnələşdirilmişdir) yazmışdır. 1964-cü ildə görkəmli 

Azərbaycan  şairi Səməd Vurğunun eyniadlı poeması 

əsasında “Aygün” kinofilminə müsiqi bəstələmişdir. 

Bəstəkarın “Aygün” kinofilminə yazdığı mahnı və 

romansların toplandığı məcmuə 1964-cü ildə, fortepi-

ano əsərlərindən ibarət məcmuə isə 1984-cü ildə çap-

dan çıxmışdır. 

Ömrünün 45 ilini Kon-

servatoriyada  tədris işinə 

sərf edən bəstəkar, bir çox 

tanınmış musiqiçilər yetiş-

dirmişdir. 

Zakir Bağırov 1996-cı il 

yanvar ayının 8-də Bakı şə-

hərində vəfat etmişdir. 

 

Ədəbiyyat 

 

Abbasova,  İ. Bəstəkar Zakir Bağırovun həyat və yaradıcılıq yolu /İ.Abbasova.- 

Bakı, 2009.- 291 s. 

Bağırov, N. Zakir Bağırov /N.Bağırov.- Bakı: Şur, 1993.- 21 s. 

Abbasova,  İ. Zakir Bağırovun yaradıcılığına bir nəzər //Musiqi dünyası.- 2006.- 

№ 1-2.- S.142. 

Abbasova,  İ.  İki yubilyarın bir Aygünü (Səməd Vurğun-100, Zakir Bağırov-90) 

//Musiqi dünyası.- 2006.- № 3-4.- S.131. 

 

İnternetdə 

www.anl.az 

www.az.wikipedia.org 

 

                                                                           Səmayə Quliyeva



 

 

 


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə