389
İlyas Yusif oğlu Gəncəvi
(Nizami Gəncəvi) 1141-ci ildə
Azərbaycanın qədim şəhərlərindən
biri olan Gəncə şəhərində sənətkar
ailəsində anadan olmuş, bütün öm-
rü boyu orada yaşayıb yaratmışdır.
Nizami təhsilini Gəncə mədrəsə-
lərində almış, daha sonra şəxsi
mütaliə yolu ilə orta əsrin elmlərini mükəmməl
öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və
yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk
dilindən başqa ərəb və fars dillərini də mükəmməl
bilən şairin yunan dili ilə də tanış olduğu, həmçinin
qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və
həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən
aydın görünmüşdür. Ömrü boyu Gəncədə yaşamış,
saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal
zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə
Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi
hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə
evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan ol-
muşdur.
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə baş-
lamışdır. Əsərlərindən məlum olur ki, şair böyük
divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi
şöhrətlənmişdir (dövrümüzə 6 qəsidə, 120 qəzəl, 30
rübai gəlib çatıb). Lakin Şərq təzkirəçilərinin 20 min
beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı
şeirlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır.
Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəb-
bətə dünyəvi münasibəti,
insan taleyi haqqında hu-
manist düşüncələri ilə se-
çilir. Lakin Nizami Gəncəvi
dünya ədəbiyyatı tarixinə
məsnəvi formasında yaz-
dığı 5 poemadan ibarət
“Xəmsə” (“Beşlik”) müəl-
lifi kimi daxil olmuşdur.
1177-ci ildə bitirdiyi “Məx-
zənül-əsrar” (“Sirlər xəzi-
nəsi”) adlı ilk poeması şairə
böyük şöhrət qazandırmış-
dır. Şair “Xosrov və Şirin”
poemasını 1180-ci ildə bi-
tirmiş
və
Məhəmməd
Cahan Pəhləvana göndər-
mişdir. Cahan Pəhləvanın
ölümündən sonra taxta çı-
xan Qızıl Arslan Gəncənin
yaxınlığında öz çadırında
şairlə görüşmüş və onun
nəsihətlərini dinləmiş, şairə
Həmdünyan adlı bir kənd
bağışlamışdır. 1188-ci ildə
Şirvan hökümdarı I Axsitan
şairə “Leyli və Məcnun”
mövzusunda bir əsər yaz-
mağı sifariş etmişdir. Ni-
zami Gəncəvi bundan bo-
2011
870 illiyi
Nizami Gəncəvi
1141-1209
Şair
390
yun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul
edib az müddətdə Şərqdə ilk dəfə “Leyli və Məcnun”
poemasını yaratmışdır. 1196-cı ildə Marağa hakimi
Əlaəddin Körpə Arslanın adına “Yeddi gözəl” əsərini
yazmış, nəhayət, ömrünün sonlarına yaxın bütün
ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaş-
dırdığı “İsgəndərnamə” (təqr.1203) poemasını qələmə
almışdır. Nizami Gəncəvinin ilkin Şərq intibahının
zirvəsi olan yaradıcılığında dövrünün ən humanist,
ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi
idealları parlaq bədii əksini tapmışdır. Nizami
Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq
idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd
edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb,
çinli, hindli, yunan, gürcü və s. xalqların nüma-
yəndələrinə rast gəlirik. Nizami Gəncəvinin əsərləri
dünyanın bir çox xalqlarının dilinə tərcümə olun-
muşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox
şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,
Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris
və s.) məşhur kitabxana,
muzey və əlyazmaları fond-
larında qiymətli incilər ki-
mi qorunub saxlanılır.
Nizaminin yaşadığı
dövrdən əsrlər və illər keç-
sə də onun haqqında ərəb,
fars, rus, ingilis, alman və
başqa dillərdə onlarla elmi
əsərlər yazılmış, şairin ədə-
bi irsi öyrənilməkdə davam
edir. Ona gərə də Nizami
ölməzdir, o, həmişə bizim-
lədir.
Nizami Gəncəvi 1209-
cu il martın 12-də Gəncə
şəhərində vəfat etmişdir.
Dəfn olunduğu yerdə Niza-
mi Gəncəvinin möhtəşəm
məqbərəsi ucaldılmışdır.
Ədəbiyyat
Xosrov və Şirin /Nizami Gəncəvi; tərc.ed. Rəsul Rza; izah. Müəl.: M.Sultanov;
ön söz. Müəl. Həmid Araslı.- Bakı: Lider, 2004.- 392 s.
İskəndərnamə: Şərəfnamə /N.Gəncəvi; tərc. ed. Abdulla Şaiq.- Bakı: Lider, 2004.-
432 s.
İskəndərnamə: İqbalnamə /N.Gəncəvi; tərc.ed. M.Rzaquluzadə.-Bakı: Lider,
2004.- 256 s.
Leyli və Məcnun /N.Gəncəvi; tərc. ed. S.Vurğun.- Bakı: Lider, 2004.- 288 s.
Lirika /N.Gəncəvi; elmi red. X.Yusifli.- Bakı: Lider, 2004.- 160 s.
Sirlər xəzinəsi /N.Gəncəvi; farscadan tərc.ed. və izah. Müəl. X.Rza Ulutürk; ön
sözün müəl. X.Yusifli.- Bakı: Lider, 2004.- 264 s.
Yeddi gözəl /N.Gəncəvi; farscadan tərc. ed. M.Rahim.- Bakı: Lider, 2004.-336 s.
–(Klassik Azərbaycan ədəbiyyatı)
Babayeva, T. Nizami Gəncəvinin ədəbi irsində şəxsiyyət problemi /T.Babayeva.-
Bakı, 2000.- 200 s.
Əlibəyzadə, E. Nizami və tariximiz /F.Əlibəyzadə.- Bakı, 2004.- 186 s.
İnternetdə
www.az.wikipedia.org
www.ganca.net
Adilə Abdullayeva