Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə125/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   121   122   123   124   125   126   127   128   ...   141

389 

 

İlyas Yusif oğlu Gəncəvi 

(Nizami Gəncəvi) 1141-ci ildə 

Azərbaycanın qədim şəhərlərindən 

biri olan Gəncə şəhərində sənətkar 

ailəsində anadan olmuş, bütün öm-

rü boyu orada yaşayıb yaratmışdır. 

Nizami təhsilini Gəncə  mədrəsə-

lərində almış, daha sonra şəxsi 

mütaliə yolu ilə orta əsrin elmlərini mükəmməl 

öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və 

yazılı  ədəbiyyatına yaxından bələd olmuşdur. Türk 

dilindən başqa  ərəb və fars dillərini də mükəmməl 

bilən  şairin yunan dili ilə  də tanış olduğu, həmçinin 

qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və 

həndəsə elmlərini yaxşı  mənimsədiyi  əsərlərindən 

aydın görünmüşdür. Ömrü boyu Gəncədə yaşamış, 

saray  şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal 

zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə 

Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi 

hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə 

evlənmiş, 1174-cü ildə  oğlu Məhəmməd anadan ol-

muşdur.  

Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə baş-

lamışdır.  Əsərlərindən məlum olur ki, şair böyük 

divan yaratmış, qəzəl və  qəsidələr müəllifi kimi 

şöhrətlənmişdir (dövrümüzə 6 qəsidə, 120 qəzəl, 30 

rübai gəlib çatıb).  Lakin Şərq təzkirəçilərinin 20 min 

beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı 

şeirlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. 

Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəb-

bətə dünyəvi münasibəti

insan taleyi haqqında hu-

manist düşüncələri ilə se-

çilir. Lakin Nizami Gəncəvi 

dünya  ədəbiyyatı tarixinə 

məsnəvi formasında yaz-

dığı 5 poemadan ibarət 

“Xəmsə” (“Beşlik”) müəl-

lifi kimi daxil olmuşdur. 

1177-ci ildə bitirdiyi “Məx-

zənül-əsrar” (“Sirlər xəzi-

nəsi”) adlı ilk poeması şairə 

böyük  şöhrət qazandırmış-

dır.  Şair “Xosrov və  Şirin” 

poemasını 1180-ci ildə bi-

tirmiş 

və 


Məhəmməd 

Cahan Pəhləvana göndər-

mişdir. Cahan Pəhləvanın 

ölümündən sonra taxta çı-

xan Qızıl Arslan Gəncənin 

yaxınlığında öz çadırında 

şairlə görüşmüş  və onun 

nəsihətlərini dinləmiş, şairə 

Həmdünyan adlı bir kənd 

bağışlamışdır. 1188-ci ildə 

Şirvan hökümdarı I Axsitan 

şairə “Leyli və  Məcnun” 

mövzusunda bir əsər yaz-

mağı sifariş etmişdir. Ni-

zami Gəncəvi bundan bo-

2011 


870 illiyi 

 

Nizami Gəncəvi 



1141-1209 

 

 



 

 

Şair 




390 

yun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul 

edib az müddətdə Şərqdə ilk dəfə “Leyli və Məcnun” 

poemasını yaratmışdır. 1196-cı ildə Marağa hakimi 

Əlaəddin Körpə Arslanın adına “Yeddi gözəl” əsərini 

yazmış, nəhayət, ömrünün sonlarına yaxın bütün 

ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaş-

dırdığı “İsgəndərnamə” (təqr.1203) poemasını qələmə 

almışdır. Nizami Gəncəvinin ilkin Şərq intibahının 

zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, 

ümumbəşəri ictimai-siyasi, sosial və  mənəvi-əxlaqi 

idealları parlaq bədii  əksini tapmışdır. Nizami 

Gəncəvi üçün şəxsiyyətin  ən yüksək meyarı insanlıq 

idi.  İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə  rədd 

edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, 

çinli, hindli, yunan, gürcü və s. xalqların nüma-

yəndələrinə rast gəlirik. Nizami Gəncəvinin  əsərləri 

dünyanın bir çox xalqlarının dilinə  tərcümə olun-

muşdur.  Əsərlərinin nadir əlyazma nüsxələri bir çox 

şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd, 

Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris 

və s.) məşhur kitabxana, 

muzey və əlyazmaları fond-

larında qiymətli incilər ki-

mi qorunub saxlanılır.  

Nizaminin yaşadığı 

dövrdən əsrlər və illər keç-

sə  də onun haqqında  ərəb, 

fars, rus, ingilis, alman və 

başqa dillərdə onlarla elmi 

əsərlər yazılmış, şairin ədə-

bi irsi öyrənilməkdə davam 

edir. Ona gərə  də Nizami 

ölməzdir, o, həmişə bizim-

lədir.  

Nizami Gəncəvi 1209-

cu il martın 12-də  Gəncə 

şəhərində  vəfat etmişdir. 

Dəfn olunduğu yerdə Niza-

mi Gəncəvinin möhtəşəm 

məqbərəsi ucaldılmışdır.

Ədəbiyyat 

Xosrov və Şirin  /Nizami Gəncəvi; tərc.ed. Rəsul Rza; izah. Müəl.: M.Sultanov; 

ön söz. Müəl. Həmid Araslı.- Bakı: Lider, 2004.- 392 s. 

İskəndərnamə: Şərəfnamə /N.Gəncəvi; tərc. ed. Abdulla Şaiq.- Bakı: Lider, 2004.-

432 s.  

İskəndərnamə:  İqbalnamə /N.Gəncəvi; tərc.ed. M.Rzaquluzadə.-Bakı: Lider, 

2004.- 256 s.  

Leyli və Məcnun  /N.Gəncəvi; tərc. ed. S.Vurğun.- Bakı: Lider, 2004.- 288 s.   

Lirika /N.Gəncəvi; elmi red. X.Yusifli.- Bakı: Lider, 2004.- 160 s. 

Sirlər xəzinəsi  /N.Gəncəvi; farscadan tərc.ed. və izah. Müəl. X.Rza Ulutürk; ön 

sözün müəl. X.Yusifli.- Bakı: Lider, 2004.- 264 s.  

Yeddi gözəl /N.Gəncəvi; farscadan tərc. ed. M.Rahim.- Bakı: Lider, 2004.-336 s. 

–(Klassik Azərbaycan ədəbiyyatı) 

 

Babayeva, T. Nizami Gəncəvinin ədəbi irsində şəxsiyyət problemi /T.Babayeva.- 



Bakı, 2000.- 200 s.  

Əlibəyzadə, E. Nizami və tariximiz /F.Əlibəyzadə.- Bakı, 2004.- 186 s.  



İnternetdə 

www.az.wikipedia.org 

www.ganca.net                                                                               

Adilə Abdullayeva 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə