Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə126/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   122   123   124   125   126   127   128   129   ...   141

391 

 

 

 Ələsgər Alməmməd oğlu 



(Aşıq Ələsgər) 1821-ci ildə Göyçə 

mahalının Ağkilsə  kəndində ana-

dan olmuşdur.  Əsas məşğuliyyəti 

əkinçilik və dülgərlik olmuşdur. 

Eyni zamanda, bədahətən söz de-

miş,  şeir qoşmuş, ara-sıra qoşma, 

bayatı, gəraylı söyləmişdir. 

Maddi vəziyyətinin çətinliyindən atası Alməmməd 

kişi böyük övladı  Ələsgəri 14 yaşında Kərbəlayı 

Qurban adlı bir varlıya nökər vermiş,  Ələsgər 4 il 

Kərbəlayi Qurbanın həyətində nökərçilik etmişdir. 

Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən 

Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin 

sirlərini kənd camaatının içində, el sənətkarlarının və 

ağsaqqallarının yanında öyrənmişdi. Hələ kiçik 

yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər 

mollaların hədislərinə, dərvişlərin nağıllarına, 

aşıqların dastanlarına həvəslə qulaq asmış, güclü 

yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını 

sonralar heç bir çətinlik çəkmədən başqalarına danış-

mışdı. O, ilk şeirlərini də yeniyetməlik çağlarında 

aşıqların, xalq sənətkarlarının təsiri ilə söyləmişdir. 

Atası onu qızılvəngli Aşıq Alının yanına aparmış, 

Ələsgər Alının şagirdi olmuşdur. 

Bir müddət ustad yanında  şagirdlik edən  Ələsgər 

aşıqlıq sənətinin sirləri ilə  bərabər,  ədəb və  mərifət 

qaydalarını da öyrənmişdir. Aşıq Alı onu tamam ha-

zırlayandan sonra bir toy məclisində Ələsgərlə deyiş-

miş  və  şagirdinin  şöhrətini 

qaldırmaq, onu el içində 

ucaltmaq məqsədilə özünü 

qəsdən məğlub edərək sa- 

 

zını qalib tərəfə - Ələsgərə 



təslim etmək istəmişdir. 

Ələsgər isə böyük təva-

zökarlıq hissi ilə ustadının 

qarşısında baş  əymiş, ona 

öz ehtiramını bu sözlərlə 

ifadə etmişdir: 

Bir şəyird ki, ustadına  

kəm baxa, 

   Onun gözlərinə qan 

damar, damar. 

Şagirdlik dövrünü başa 

vurduqdan sonra Ələsgər 

əvvəlcə Göyçədə  aşıqlıq 

etmiş, ağır toy məclisləri 

aparmışdır. Tezliklə onun 

şöhrəti qonşu mahallara ya-

yılmış,  Ələsgər gözəl bir 

sənətkar kimi İrəvana, Nax-

çıvana, Qazaxa, Qarabağa, 

Cavanşir ellərinə, Gəncəyə, 

Kəlbəcərə çağırılmış, hər 

yerdə özünün yüksək məri-

fəti,  ədəbi, gözəl səsi, bən-

2011 


190 illiyi 

Aşıq  Ələsgə

1821-1926 

 

 



 

Aşıq 



392 

zərsiz ifası ilə məclisdəkiləri heyran qoymuşdur.

 

 

Ələsgər 40 yaşında Kəlbəcərin Yanşaq kəndindən 



Anaxanım adlı bir qızla evlənmişdir. O, gözəl bir ailə 

başçısı olmuş, həmişə  uşaqlarının maddi qayğılarını 

çəkmişdir. Övladlarının nazı ilə oynayan aşıq, eyni 

zamanda, öz əməksevərliyi, iş-gücü ilə onlara nümunə 

göstərmişdir. 

Aşığın zəngin poetik irsi əsasən qoşma, gəraylı, 

təcnis, müxəmməs formalarında yazılmış lirik şeirlər-

dən ibarətdir. Onun “Bəyistan”, “Güləndam”, “Müş-

günaz”, “Telli”, “Xurşud”, “Gülpəri”, “Çıxıbdı”, 

“Görmədim” rədifli qoşmaları, “Ay üzə-üzə”, “Dal-

dala”, “A yana-yana” rədifli təcnisləri, “Kimi”, “De-

yin”, “Mollalar” rədifli müxəmməsləri məşhurdur. 

Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq 

məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycan-

da yox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir 

sənətkar kimi tanınmışdır. XIX əsrin 50-ci illərindən 

başlayaraq çiynində saz, müxtəlif mahalları  gəzib-

dolaşan aşıq xalqın  şad günündə, toy-düyünündə ça-

lıb-çağırmış, onun ağır vəziyyətini gördükdə baisi ya-

manlamış, ona lənətlər yağdırmışdır. 

1918-1919-cu illərdə daşnakların türklərə qarşı 

törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu 

talanmış,  əhali öz dədə-ba-

ba yurdunu tərk edib başqa 

yerlərə köçməyə  məcbur 

olmuşdur.  İki ilə  qədər 

Yanşaqda yaşayan aşıq-şair 

sonra Tərtərə köçmüş, bir 

neçə ay da orada qalmışdır. 

Bu yerlərin hər birində 

aşığı hörmətlə qarşılasalar 

da, onun ürəyi-gözü Göyçə-

də olmuş, qəlbi tez-tez qu-

barlanmış, gözünü açıb gör-

düyü doğma yerlər üçün 

darıxmışdır. 

Nəhayət, 1921-ci ildə o, 

Ağkilsəyə qayıtmış, ömrü-

nün son illərini doğma 

kəndində yaşamışdır.  

Aşıq  Ələsgər 1926-cı il 

mart ayının 7-də doğulduğu 

kənddə vəfat etmiş, Ağkilsə 

qəbiristanlığında dəfn edil-

mişdir.

 

Ədəbiyyat 

Əsərləri /Aşıq Ələsgər.- Bakı: Şərq-Qərb, 2004.- 400 s. 

Hikmət dünyası /Aşıq Ələsgər; Tərt.ed. və red.: E. İsmayıl.-Bakı : Ağrıdağ, 1997.- 

40 s.  


Şeirlər, dastanlar-rəvayətlər, xatirələr/Aşıq Ələsgər.- Bakı: Çaşıoğlu, 2003.- 496 s. 

 

Bu dünyada üç şey başa bəladı: Şeirlər /Ə.Aşıq //Yeni Azərbaycan.-2010.- 17 



iyul.- S.10. 

Şeirlər /Aşıq Ələsgər //Azərbaycan .-№ 8. - 2006. - S.3-6. 



 

İnternetdə 

www.az.wikipedia.org 

www.az.wikisource.org                                                                

www.goyche.info                                                                  



      Adilə Abdullayeva 


393 

 

Şəmsi  Əsədullayev 1841-ci 



ildə Bakının  Əmircan kəndində, 

çox kasıb bir ailədə doğulmuşdur. 

Ata babadan əksər  əmircanlılar 

kimi,  əkinçi və arabaçı olmuşdu. 

Əmircan kəndinin  əkin sahəsi 

Suraxanı torpaqları olduğundan  Şəmsi  Əsədullayev 

kiçik yaşlarından  əkin-biçin işlərində atasına kömək 

etməyə başlamışdı. Boş vaxtlarında isə arabaçılıq edər, 

yük daşıyarmış. Bakı-Tiflis dəmir yolu olmayanda 

araba karvanı ilə Tiflisə, oradan da Bakıya kirayə mal 

daşıyarmış. 

XIX  əsrin  əvvəllərində  əmircanlıların  əsas  əkin 

sahələri olan Suraxanı torpaqlarının mühüm bir hissəsi 

rus tacirləri Kokorev və Qubanin tərəfindən çox ucuz 

qiymətə alınmışdı.  

Sonralar bu torpaqlarda xeyli miqdarda quyular 

qazılmağa başlamış  və Suraxanı,  Əmircan kəndliləri 

neft mədənlərində işləmək məcburiyyətində qalmışlar. 

Elə bu arada gələcəyin neftxudası Şəmsi Əsədullayev 

əkin-biçinin daşını atıb neft işinə baş vurmuşdu. 

Zəhməti sayəsində o, Kokorevin rəğbətini qa-

zanmış və 1860-cı ildə rus taciri iyirmi yaşlı Şəmsini 

özünə  işlər müdiri təyin etmişdi. Bir neçə il sonra 

Şəmsi, neft və duz podratçılığı ilə  məşğul olmağa 

başlamış, on beş il ərzində qazancını xeyli artırmışdı.  

Gəlir-çıxarını yaxşı bilən  Şəmsi  Əsədullayev pod-

ratçılıq işini buraxaraq kerosin zavodu inşa etdirmişdi. 

1890-cı ildə 50 yaşlı Şəmsi Əsədullayev özünə neft 

sahəsi almış və Rusiyanın iri şəhərlərinin bazarları ilə  

 

əlaqələrini gücləndirib onla-



ra kerosin satmağa başla-

mışdı. Yetərincə  ağıla və 

bacarığa malik olan Əsədul-

layev neftin Rusiyaya da-

şınmasının üstün cəhətlərini 

vaxtında anlamışdı. 

1890-cı ildə o, neft işin-

dən yaxşı başı  çıxan bir 

neçə  nəfərlə birlikdə müş-

tərək neft şirkəti açmışdı. 

1891-ci ildə Azərbaycanda 

ilk dəfə olaraq neftin Xəzər 

dənizi vasitəsilə daşınması 

üçün iki və üçdorlu gəminin 

hazırlanmasını sifariş et-

mişdi. 1893-cü ildə milyon-

çunun  şəxsi neft şirkəti işə 

başlamışdı. 

Bakı  şəhərinin mər-

kəzində Qoqol və Tolstoy 

küçələrinin kəsişdiyi yerdə 

əzəmətli mülk tikdirmişdi. 

Deyilənə görə,  Şəmsi  Əsə-

dullayev məşhur “Nobel 

qardaşları”  şirkəti ilə  rəqa-

bət aparırmış. Camaat ara-

sında ona “Nobellərin qəni-

mi” deyirdilər. Çünki bütün 

Rusiyada, Türküstanda, 

2011 


170 illiyi 

Şəmsi  Əsədullayev 

1841-1913 

 

 



 

Milyonçu 




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə