31
sаtirа аtəşinə tutulur, о dövr rus cəmiyyətinin sоsiаl
ziddiyyətləri, kаpitаlist münаsibətlərinin yаrаnmаsı
göstərilir. Sаltıkоv ömrünün sоn illərində “Nаğıllаr”
(1882-1886), “Həyаtın təfərrüаtı” (1886-1887) və s.
kimi bədii sənət inciləri yаrаtmışdır. Оnun bədii və
publisistik əsərləri rus ədəbiyyаtındа tənqidi rеаlizmi
dаhа dа inkişаf еtdirmişdir. Еzоp üslubu Sаltıkоv sаti-
rаsının bаşlıcа хüsusiy-
yətlərindəndir. Dаhi rus yа-
zıçısı Sаltıkоv-Şеdrin
1889-cu il, mаy аyının 10-
dа Pеtеrburq şəhərində və-
fаt еtmişdir.
Ədəbiyyаt
Məmməd, C. ХIХ əsr rus ədəbiyyаtı: Аli məktəblər üçün dərs vəsаiti
/C.Məmməd.- Bakı: Mааrif, 1974.- Hissə 2.- 312 s.
Rus dilində
Собрание сочинений. В 10 т. /Салтыков-Щедрин. под общ. ред. С.А.Мака-
шина, К.И.Тюнькина.- М.: Правда, 1988.- Т.1-10.
Николаев, Д.П. Салтыков- Щедрин: Жизнь и творчество /Д.П.Николаев.- М.:
Дет. лит., 1985.- 222 с.
Прозоров, В.В. Салтыков-Щедрин: Книга для учителя /В.В.Прозоров.- М.:
Просвещение, 1988.- 173 с.
İnternetdə
www.az.wikipedia.org
www.google. az
Məmməd Məmmədov
32
Sara Balabəy qızı Aşurbəyli
1906-cı il yanvarın 27-də Bakı şə-
hərində anadan olmuşdur. 1925-ci
ildə İstanbulda Müqəddəs Janna d-
Ark adına kolleci, 1930-cu ildə Ba-
kı Dövlət Universitetinin şərqşü-
naslıq, 1941-ci ildə Azərbaycan Pe-
daqoji İnstitutunun Xarici dillər fa-
kültələrini bitirmişdir. Ali təhsilini başa vurduqdan
sonra Azərbaycan Dövlət Universitetində baş müəl-
lim, Azərbaycan Pedaqoji İnstitutunda dekan vəzifə-
sində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi,
Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr
oxumuşdur.
O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi ol-
maqla yanaşı, həm də rəssam və musiqiçi idi. Sara xa-
nım dram teatrında rəssam və dekorator, məktəbdə
müəllim işləmiş, müəllimi Üzeyir Hacıbəyovun dəvəti
ilə 15 il Konservatoriyada xarici dildən dərs demiş,
eləcə də öz çəkdiyi rəsm əsərlərini sataraq dolanmış-
dır. Sərgilərdən birində onun “Göygöl” əsərini Meksi-
ka nümayəndələri almışlar. Bu əsər indi Meksika mu-
zeyində saxlanır. 1946-cı ildə Sara xanım Azərbaycan
Rəssamlar İttifaqının üzvü seçilmişdir.
Sara Aşurbəyli sonralar Azərbaycan Tarixi Muze-
yində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan
Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş
elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi
və aparıcı elmi işçi vəzifə-
sində işləmiş, 1993-cü ildən
ömrünün sonuna qədər Aka-
demiyanın Arxeologiya və
Etnoqrafiya İnstitutunun apa-
rıcı elmi işçisi olmuşdur.
O, “Bakının tarixinə dair
oçerklər”, “Orta əsrlərdə
Azərbaycan və Hindistanın
iqtisadi və mədəni əlaqələ-
ri” və “Şirvanşahlar dövlə-
tinin tarixi” kitablarının
müəllifidir. Bu tədqiqatları-
na görə Sankt-Peterburqda
tarix elmləri namizədi, Tbi-
lisidə isə, 1966-cı ildə tarix
elmləri doktoru adına layiq
görülmüşdür. Azərbaycan
tarixinə, mədəniyyətinə
həsr etdiyi məqalələrinə,
tədqiqatlarına görə isə o,
Azərbaycan Dövlət Müka-
fatı laureatı, “Şöhrət” orde-
ni və Respublikanın “Əmək-
dar elm xadimi” adı ilə mü-
kafatlandırılmış, Xəzər Uni-
versitetinin Fəxri doktoru
adını almışdır.
Yanvar
105 illiyi
Sara Aşurbəyli
1906-2001
Tarixçi
27
33
Sara xanım Aşurbəyli bütün ömrü boyu vətənpər-
vər bir ziyalı olaraq qalmışdır. O, özünün yuksək in-
tellektini Azərbaycan xalqının rifahı, onun tarixi, mə-
dəniyyəti naminə tətbiq etməyə çalışırdı. Sara xanım
Aşurbəyli XX əsrin inqilabdan əvvəlki, sovet və post-
sovet dövrlərindəki Azərbaycan qadınının yeni obra-
zının təcəssümü idi.
Bu böyük alimin fəaliyyəti ictimai xarakter daşı-
mışdır. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev
alimin 90 illiyi münasibətilə ona göndərdiyi məktubda
onun elmi və ictimai fəaliyyətini belə səciyyələn-
dirmişdir: “...Sizin tarixi
həqiqətlərə istinad edən
fundamental elmi tədqiqat-
larınız Azərbaycan elminə
sədaqətlə xidmətin parlaq
nümunəsidir”.
Görkəmli alim 2001-ci il
iyulun 17-də 96 yaşında
vəfat etmişdir.
Bakı şəhərində adına
küçə var.
Ədəbiyyat
Bakı şəhərinin tarixi: Orta əsrlər dövrü /S.Aşurbəyli - Bakı: Apostrof, 2009.- 356 s.
Şirvanşahlar dövləti (VI-XVI əsrlər) /S.Aşurbəyli.- Bakı: Apostrof, 2007.- 580 s.
Şirvanşahlar dövləti (VI-XVI əsrlər) /S.Aşurbəyli.- Bakı: Avrasiya Press, 2006.- 414 s.
Əliyev, H. Müstəqilliyimiz əbədidir: 30 cilddə /Heydər Əliyev.- Bakı, 1998.-
C.5.- S.301.
Xəlilzadə, F. Odlara bələnmiş ömür: Sara Aşurbəyli-100 //Azərbaycan.-2006.-
27 yanvar.- S.6.
Mikeladze, Q. Aşurbəyovlar nəslinin alim qızı //Günay.- 2006.- 27 fevral.- S.10.
İnternetdə
www.adam.az
www.az.wikipedia.org
Bəybala Ələsgərov