Filologiya məsələləri, 2017
94
prosesində son dərəcə məsuliyyətli olmağı və il boyu bu cür nöqsanların aradan
qaldırılmasına səy göstərilməlidir.
Leksik anlayışların hər birinə ayrı ayrılıqda qısa şəkildə nəzər salsaq bu
zaman leksikanın tədrisində daha hansı problemlərə yarandığını görmüş olarıq.
Leksikanın tədrisinə başlayan müəllim ilk növbədə sözlə bağlı atalar
sözü və aforizimlərlə qura bilər. Məsələn: Yeməyin dadı duzunda, dünyanın
dadı sözündədir; Düz söz dəmir qapılar açar; Söz bir olsa zərbi kərən sındırar.
Bu kimi parçalar üzərindən motivasiya quraraq leksika bəhsinə giriş etmək olar.
Bildiyimiz kimi leksikanın tədrisi əsasən sözün həqiqi və məcazi
mənasının mənimsədilməsi ilə başlayır. Bu zaman əlbəttə ki ilk olaraqsözün
həqiqi mənası öyrədilməlidir. Çünki sözün həqiqi mənasıilkin, əsas, məcazi
məna isə ondan törəmədir. Həqiqi məna əşya və hərəkətlə birbaşa, məcazi
mənası isə dolayısıyla bağlıdir. Sözün həqiqi mənası ilə məcazi mənası arasında
fərqi izah etmək üçün nümunələr verilir və həmin nümunələr içindən sözlər həm
həqiqi, həm də məcazi mənada işlədilir. Bunun üçün daha çox bədii mətnlərdən
istifadə etmək lazımdır. Sözün həqiqi və məcazi mənasının öyrədilməsi
çoxmənalılığın öyrədilməsi üçün zəmin rolunu oynayır. Çünki çoxmənalılığın
özüdə məcazlaşma ilə bu və ya digər səbəbdən bağlıdır.
Çoxmənalılığın izahı əlbəttə ki təkmənalılığın izahından keçir. Yuxarıda
da qeyd etdiyimiz kimi, leksikanın tədrisində əsas prolemlərdən biri şagirdlərin
sözün çoxmənalılığını düzgün dərk etməməsi ilə bağlı yaranır. Qeyd etdiyimiz
kimi, bu bölmənin izahı ilk növbədə təkmənalılığın izah edilməsi ilə başlayır.
Məsələn: mən, sən, meşə, beş və s. kimi sözlər təkmənalıdır və sadəcə bir
mənanı bildirir. Bu zaman müəllim diqqəti çoxmənalı sözlərə yönəldir:göz, baş,
qaş və s. sözlərin bir neçə fərqli mənalarda işləndiyi sözlər lövhədə qeyd olunur.
Şagirdlər isə bu sözlərin məna fərqinə diqqət yetirir və çoxmənalılığın
mahiyyətini qavramış olur.
Əgər çoxmənalılıq düzgün qavranılarsa, bu omonimlərin tədris işinidə
yüngülləşdirir. Çünki şagirdlər çox zaman çoxmənalı sözlərlə omonim sözləri
qarışdırırlar. Buda leksikanın tədrisində əsas problemlərdən biridir. Tədris
zamanı ən mühüm cəhətlərdən biridə onların oxşar və fərqli tərəflərini
aydınlaşdırmaqdır. Şagirdə başa salınmalıdır ki, çoxmənalılıq bir mənadan
törəyən oxşar mənalardırsa (insanın qaşı-üzüyün qaşı, insanın başı-dağın
başı), omonimlər eyni cür deyilib eyni cür yazılan, lakin leksik mənalarına görə
bir-birindən fərqlənən söz qruplarıdır (top-oyuncaq, top-silah; bağ-alma bağ,
bağ-ayaqqabı bağı).
Nümunələrdən də göründüyü kimi, omonimlərdə sözün hər məna tayı
bir leksik vahid sayılır. Çoxmənalı sözlər isə bütün məna çalarları ilə birlikdə
eyni söz sayılır və bir nitq hissəsinə mənsub olur. Təsadüfi deyildir ki, izahlı
lüğətlərdə çoxmənalı sözlər bir başlıqla, bir söz kimi verilir.
Filologiya məsələləri, 2017
95
Omonimlərin tədrisində problem yaradan səbəblərdən ən əsası isə
paronimlərlə omonimlərin qarışdırılmasıdır. Burada əsasən diqqət sözün səs
tərkibinə, ifadə etdiyi mənaya yönəldilməlidir. Həyat -həyət, mətin-mətn,
hərəkət-hərakat və s. kimi sözlər təkcə səs tərkibinə görə deyil, mənalarına
görədə ayrı-ayrı anlayışlardır. Bu problemin ən düzgün həlli yolu müəllimin
mətn və tapşırıqlardan bu tipli sözlərin işləndiyi cümlələri şagirdlərə seçdirməsi
yoludur ki, bu zaman şagirdlər bu sözlərin cümlə daxilində fərqli mənalarını
görmüş olurlar.
Dilimizdə geniş üslubi imkanlara malik nitq vahidlərindən biri də
sinonimlərdir. H.B. Balıyev və A.B. Balıyevin “Azərbaycan dilinin tədrisi”
kitabında sinonimlər haqqında qeyd olunur. “Nitqdə sinonimlərdən də yerli-
yerində istifadə etmək bacarığının formalaşdırılması təlimin məqsədləindən
biridir. Nitqi zənginləşdirmək, fikri yığcam və səlis çatdırmaq, sözü təkrarlardan
uzaqlaşdırmaq baxımından sinonimlərin əhəmiyyəti böyükdür.” [1.181].
Sinonimlərin tədrisində müəllimin əsas məqsədi şagirdə sinonimlərdən nitq
situasiyasından istifadə edə bilmək bacarığı formalaşdırmaqdır. Müəllim gənc,
eynək, qaçmaq və s. sözləri cümlədə işlədir. Daha sonra isə şagirdlərə həmin
sözləri cümlənin mənasına xələl gətirmədən başqa sözlə əvəz etməyi tapşırır.
Nəticədə cavan, gözlük, yüyürmək və s. kimi söz əvəzləmələri şagirdə
sinonimlərin mahiyyətini qavramağa kömək edir. Bununlada onlar sinonimlərin
formaca müxtəlif, mənaca eyni və ya yaxın mənalı söz qrupları olduğunu dərk
edirlər. Burada ən həssas məqam eyni və ya yaxın mənalı hissədir. Çünki
şagirdlərin böyük əksəriyyəti sinonimləri hər zaman eyni mənalı söz qrupları
kimi qəbul edirlər. Bu problemlərin yaşanmaması üçün müəllim onlara mütləq
və nisbi sinonimlik məsələsinidə izah etməlidir. Məsələn: ürək-könül-qəlb və
yaxud dünya-cahan-aləm kimi sinonim cütlüklər heçdə hər zaman bir-birini
izah etmir. Biz “Mənim ürəyim ağrıyır” cümləsini “Mənim könlüm ağrıyır”
yaxud “Mən I dünya müharibəsi haqqında inşa yazıram” cümləsini “Mən I
aləm müharibəsi haqqında inşa yazıram” şəklində yazsaq çox ciddi məna səhvi
etmiş olarıq.
Omonim və sinonimlərlə müqayisədə şagirdlər antonimləri daha tez
qavrayırlar. Bir-birinə zidd olan bu söz qruplarının tədrisi prossesində elə ciddi
bir problem yaranmır. Eyni zamanda ümumişlək sözlərdə bu baxımdan asan
qavranılan leksik anlayışlardır.
Leksikanın tədrisində əsas bölmələrdən biri də alınma sözlərdir.
Müəllim ilk növbədə şagirdə başa salmalıdır ki, başqa dillərdən söz almaq
dilimizin zənginləşməsində vacib prosseslərdəndir. Yəni dünyada yalnız öz
sözləri ilə formalaşan dil mövcud deyil. Lakin bu dediklərimiz dilimizdə
qarşılığı olmasına baxmayaraq yersiz alınma sözlərin işlədilməsi anlamına
gəlməməlidir. Müəllim izah etməlidir ki, alınma sözlər ictimai-siyasi
prosseslərin nəticəsində alınıb dilin lüğət fonduna salınan sözlərdir.
Dostları ilə paylaş: |