Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə35/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   31   32   33   34   35   36   37   38   ...   147

Filologiya məsələləri, 2017 
 94
prosesində son dərəcə məsuliyyətli olmağı və il boyu bu cür nöqsanların aradan 
qaldırılmasına səy göstərilməlidir.  
Leksik anlayışların hər birinə ayrı ayrılıqda qısa şəkildə nəzər salsaq bu 
zaman leksikanın tədrisində daha hansı problemlərə yarandığını görmüş olarıq.  
Leksikanın tədrisinə başlayan müəllim ilk növbədə sözlə bağlı atalar 
sözü və aforizimlərlə qura bilər. Məsələn:  Yeməyin dadı duzunda, dünyanın 
dadı sözündədir; Düz söz dəmir qapılar açar; Söz bir olsa zərbi kərən sındırar. 
Bu kimi parçalar üzərindən motivasiya quraraq leksika bəhsinə giriş etmək olar. 
Bildiyimiz kimi leksikanın tədrisi  əsasən sözün həqiqi və  məcazi 
mənasının mənimsədilməsi ilə başlayır. Bu zaman əlbəttə ki ilk olaraqsözün 
həqiqi mənası öyrədilməlidir. Çünki sözün həqiqi mənasıilkin,  əsas, məcazi 
məna isə ondan törəmədir. Həqiqi məna  əşya və  hərəkətlə birbaşa, məcazi 
mənası isə dolayısıyla bağlıdir. Sözün həqiqi mənası ilə məcazi mənası arasında 
fərqi izah etmək üçün nümunələr verilir və həmin nümunələr içindən sözlər həm 
həqiqi, həm də məcazi mənada işlədilir. Bunun üçün daha çox bədii mətnlərdən 
istifadə etmək lazımdır. Sözün həqiqi və  məcazi mənasının öyrədilməsi 
çoxmənalılığın öyrədilməsi üçün zəmin rolunu oynayır. Çünki çoxmənalılığın 
özüdə məcazlaşma ilə bu və ya digər səbəbdən bağlıdır. 
Çoxmənalılığın izahı əlbəttə ki təkmənalılığın izahından keçir. Yuxarıda 
da qeyd etdiyimiz kimi, leksikanın tədrisində əsas prolemlərdən biri şagirdlərin 
sözün çoxmənalılığını düzgün dərk etməməsi ilə bağlı yaranır. Qeyd etdiyimiz 
kimi, bu bölmənin izahı ilk növbədə təkmənalılığın izah edilməsi ilə başlayır. 
Məsələn:  mən, sən, meşə, beş  və s. kimi sözlər təkmənalıdır və sadəcə bir 
mənanı bildirir. Bu zaman müəllim diqqəti çoxmənalı sözlərə yönəldir:göz, baş, 
qaş və s. sözlərin bir neçə fərqli mənalarda işləndiyi sözlər lövhədə qeyd olunur. 
Şagirdlər isə bu sözlərin məna fərqinə diqqət yetirir və çoxmənalılığın 
mahiyyətini qavramış olur.  
Əgər çoxmənalılıq düzgün qavranılarsa, bu omonimlərin tədris işinidə 
yüngülləşdirir. Çünki şagirdlər çox zaman çoxmənalı sözlərlə omonim sözləri 
qarışdırırlar. Buda leksikanın tədrisində  əsas problemlərdən biridir. Tədris 
zamanı  ən mühüm cəhətlərdən biridə onların oxşar və  fərqli tərəflərini 
aydınlaşdırmaqdır.  Şagirdə başa salınmalıdır ki, çoxmənalılıq bir mənadan 
törəyən oxşar mənalardırsa          (insanın qaşı-üzüyün qaşı, insanın başı-dağın 
başı), omonimlər eyni cür deyilib eyni cür yazılan, lakin leksik mənalarına görə 
bir-birindən fərqlənən söz qruplarıdır (top-oyuncaq, top-silah; bağ-alma bağ, 
bağ-ayaqqabı bağı). 
Nümunələrdən də göründüyü kimi, omonimlərdə sözün hər məna tayı 
bir leksik vahid sayılır. Çoxmənalı sözlər isə bütün məna çalarları ilə birlikdə 
eyni söz sayılır və bir nitq hissəsinə  mənsub olur. Təsadüfi deyildir ki, izahlı 
lüğətlərdə çoxmənalı sözlər bir başlıqla, bir söz kimi verilir.  


Filologiya məsələləri, 2017 
 95
Omonimlərin tədrisində problem yaradan səbəblərdən  ən  əsası isə 
paronimlərlə omonimlərin qarışdırılmasıdır. Burada əsasən diqqət  sözün səs 
tərkibinə, ifadə etdiyi mənaya yönəldilməlidir.  Həyat -həyət, mətin-mətn, 
hərəkət-hərakat  və s. kimi sözlər təkcə  səs tərkibinə görə deyil, mənalarına 
görədə ayrı-ayrı anlayışlardır. Bu problemin ən düzgün həlli yolu müəllimin 
mətn və tapşırıqlardan bu tipli sözlərin işləndiyi cümlələri şagirdlərə seçdirməsi 
yoludur ki, bu zaman şagirdlər bu sözlərin cümlə daxilində    fərqli mənalarını 
görmüş olurlar. 
Dilimizdə geniş üslubi imkanlara malik nitq vahidlərindən biri də 
sinonimlərdir. H.B. Balıyev və A.B. Balıyevin “Azərbaycan dilinin tədrisi” 
kitabında sinonimlər haqqında qeyd olunur. “Nitqdə sinonimlərdən də yerli-
yerində istifadə etmək bacarığının formalaşdırılması  təlimin məqsədləindən 
biridir. Nitqi zənginləşdirmək, fikri yığcam və səlis çatdırmaq, sözü təkrarlardan 
uzaqlaşdırmaq baxımından sinonimlərin  əhəmiyyəti böyükdür.” [1.181].
 
Sinonimlərin tədrisində müəllimin  əsas məqsədi  şagirdə sinonimlərdən nitq 
situasiyasından istifadə edə bilmək bacarığı  formalaşdırmaqdır. Müəllim gənc, 
eynək, qaçmaq  və s. sözləri cümlədə  işlədir. Daha sonra isə şagirdlərə həmin 
sözləri cümlənin mənasına xələl gətirmədən başqa sözlə  əvəz etməyi tapşırır. 
Nəticədə  cavan, gözlük, yüyürmək  və s. kimi söz əvəzləmələri  şagirdə 
sinonimlərin mahiyyətini qavramağa kömək edir. Bununlada onlar sinonimlərin 
formaca müxtəlif, mənaca eyni və ya yaxın mənalı söz qrupları olduğunu dərk 
edirlər. Burada ən həssas məqam eyni və ya yaxın mənalı hissədir. Çünki 
şagirdlərin böyük əksəriyyəti sinonimləri hər zaman eyni mənalı söz qrupları 
kimi qəbul edirlər. Bu problemlərin yaşanmaması üçün müəllim onlara mütləq 
və nisbi sinonimlik məsələsinidə izah etməlidir. Məsələn:  ürək-könül-qəlb  və 
yaxud  dünya-cahan-aləm kimi sinonim cütlüklər heçdə  hər zaman bir-birini 
izah etmir. Biz “Mənim ürəyim ağrıyır” cümləsini “Mənim könlüm ağrıyır” 
yaxud “Mən I dünya müharibəsi haqqında inşa yazıram” cümləsini “Mən I 
aləm müharibəsi haqqında inşa yazıram” şəklində yazsaq çox ciddi məna səhvi 
etmiş olarıq. 
Omonim və sinonimlərlə müqayisədə  şagirdlər antonimləri daha tez 
qavrayırlar. Bir-birinə zidd olan bu söz qruplarının tədrisi prossesində elə ciddi 
bir problem yaranmır. Eyni zamanda ümumişlək sözlərdə bu baxımdan asan 
qavranılan leksik anlayışlardır.  
Leksikanın tədrisində  əsas bölmələrdən biri də alınma sözlərdir. 
Müəllim ilk növbədə  şagirdə başa salmalıdır ki, başqa dillərdən söz almaq 
dilimizin zənginləşməsində vacib prosseslərdəndir. Yəni dünyada yalnız öz 
sözləri ilə formalaşan dil mövcud deyil. Lakin bu dediklərimiz dilimizdə 
qarşılığı olmasına baxmayaraq yersiz alınma sözlərin işlədilməsi anlamına 
gəlməməlidir. Müəllim izah etməlidir ki, alınma sözlər  ictimai-siyasi 
prosseslərin nəticəsində alınıb dilin lüğət fonduna salınan sözlərdir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə