Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə32/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   28   29   30   31   32   33   34   35   ...   147

Filologiya məsələləri, 2017 
 86
atlar, doru renkli, burnunda bəyazlıq olan, sürətlə qaçan, insana tez öyrənən, 
ayağının sağ tərəfində bəyaz xalları olan atlardır".  
     Hz. Peyğəmbərin atlarının adları da bir-birindən fərqlənmişdir: 
-Əl-Mürteciz:  İbn Abbas belə söyləmişdir: "Rasulullah'ın (s.a.v.) 
denilen bir atı vardı.[3] 
-Əs-Sekb: Musannif (yazar) şöyle demiştir: Rasulullah'ın (s.a.v.) sahip 
olduğu ilk at, "es-Sekb" deyilən atdır. Əl-Murteciz de Ona aid olmuşdur. 
      Eyni  zamanda,  Əl-Lizaz, et-Tırf, el-Verd, en-Nahif (bazıları "el-
Lahîf' demişlər), əl-Yasub adlı atlar da Hz. Peyğəmbərə aid olmuşdur.  
B)Dəvələr:  
     -Əl-Adba: Çox sürətli olmuş, heç bir dəvə onu keçə bilməmişdir. Fəqət 
bir bədəvinin (ərəb) iş dəvəsi onu keçmişdir.  
     -  Kasva:  İbn Ömər  şöyləmişdir ki,Rəsulullah (s.a.v.), Məkkəyə 
devesi Kasvanın üzərində girdi. Kasva Peyğəmbər  Əfəndimizin dəvəsinin 
adıdır. Peyğəmbər  Əfəndimiz bu dəvə    üzərində hicrət etmişdir. 
Peyğəmbərimizə vəhy gəlincə, Onu bu dəvədən başqası götürə bilmirdi. Bu 
dəvənin adının  Əl Adba  və ya Əl-Ceda olduğu da söylənmişdir.  Əl-Ceda 
qulağı qoparılan deməkdir. Bu dəvənin qulağının ucunda kəsiklik olduğu 
üçün belə adlandırılmışdır.  
      -Ya'fur / / Ufeyr: Peyğəmbər Əfəndimizin  uzunqulağının adıdır. 
Dini mənbələrdə rast gəldiyimiz zoonimlər özündə belə bir fikri ehtiva 
edir ki, bu adlar digər adlardan daha qədim tarixə malikdir. 
Həmin fikri folklor nümunələri də isbat edir. 
Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, 
təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında 
təsəvvürləri və bununla əlaqədər keçirdikləri hissləri tərənnüm edən 
əsərlərdir. 
Həmin əsərlərin ilk nümünələri isə əmək nəğmələri, nağıllar, dastanlar, 
hikmətli sözləri və s.-dir. Şifahi xalq ədəbiyyatı kollektiv yaradıcılıq 
məhsulu olduğu üçün xalqın çox hissəsinin arzu və istəklərini, müxtəlif 
hadisələrə münasibətini, dünya görüşlərini özündə  əks etdirir. Folklor 
nümunələrində eyni zamanda biz tədqiqat obyektimiz olan zooleksemlərlə 
bağlı, heyvanlara münasibətlə bağlı, onların adlandırılmasının 
qanunauyğunluqları  haqqında kifayət qədər məlumat almaq mümkündür.  
Belə  məlumatlar  şifahi xalq ədəbiyyatının lirik, epik və dramatik növünə 
daxil olan janrlarda  öz dolğun ifadəsini tapmışdır. 
I. Lirik növün müxtəlif janrlarında zoonimlər: 
1. Nəğmələr: Nəğmələr lirik növün qədim və geniş yayılmış 
janrlarından biridir. Məznununa görə bir neçə yerə bölünür: əmək, mərasim, 
mövsüm, qəhrəmanlıq və məişət nəğmələri. 


Filologiya məsələləri, 2017 
 87
      Əmək nəğmələri:  Əmək nəğmələri  əmək prosesində yaranan və 
oxunan nəğmələrdir. Holavarlar və sayaçı sözlər əmək nəğmələrinin ən geniş 
yayılmış növlərindəndir. Holavarlar əkinçilik və cütçülüklə bağlı 
nəğmələrdir. Holavarlarda etnoqrafik xüsusiyyətlərə, istehsal alətlərinin 
adına, öküzün, kəlin tərifinə tez-tez təsadüf edilir. Məsələn: 
Qızıl öküzüm, yeri, 
Qoyma şum qala, yeri, 
İti tərpən, maralım, 
Düşmənlər baxır bəri. 
 Sayaçı sözlər qoyunçuluqla bağlı yaranmış  nəğmələrdir. Sayaçı 
sözləri, adətən, qoyuna müraciətlə oxunur və ondan xeyir-bərəkət dilənir. 
Məsələn: 
Nənəm, a narış qoyun, 
Yunu bir qarış qoyun. 
Çoban səndən küsübdür, 
Südü ver, barış, qoyun. 
2. Epik və lirik növə aid edilən  yığcam janrlardan biri tapmacalardır.  
Folklor  ədəbiyyatında zoonim tərkibli tapmacalar da geniş yayılmışdır. 
Dinləyicilərin, xüsusilə  uşaqların və  gənclərin zehni qabiliyyətini, biliyini 
yoxlamaq məqsədilə  işlədilib, üstüörtülü əlamətləri  deyilir və  əşyanın, 
hadisənin özünün tapılması tələb olunur. Tapmacada hökmən iki tərəf iştirak 
etməlidir. Həm nəzmlə, həm də nəsrlə ola bilərlər. Məsələn: 
1.Aşıq eldən yuxarı 
Şana teldən yuxarı. 
Aşıq bir şey görübdür, 
Dizi beldən yuxarı (çəyirtkə). 
3. Zoonim tərkibli bayatılar: Ağız ədəbiyyatının ən qədim nümunələri 
hesab edilən bayatılarda  zooleksemlərə dair kifayət qədər nümunələr vardır: 
1. Analar, yanar ağlar. 
Tellərin sanar ağlar. 
Dönər göy göyərçinə 
Yollara qonar ağlar. 
2. Nənəm, a nazlı qoyun. 
Qırqovul gözlü qoyun 
Pendiri kəsmə-kəsmə 
Qatığı üzlü qoyun. 
3. Mən aşiq Maralyana 
Sən də gəl maralyana. 
Necəsən bir ah çəkim. 
Dağlarda  maral yana.  Və s. 
 II. Epik növün müxtəlif janrlarında zoonimlər: 


Filologiya məsələləri, 2017 
 88
  Əfsanələr xalqın əski dünyagörüşü, düşüncə tərzi, arzu və istəkləri ilə 
əlaqədar yaranmışdır.  Əfsanəni digər janrlardan fərqləndirən  əsas  əlamət 
odur ki, əfsanədə real zəmindən kənar, müasir ağlın, düşüncənin uydurma
fantastika kimi qəbul etdiyi qeyri-adi, fövqəltəbii əhvalat və hadisələr təsvir 
olunur. Əfsanələrdə xeyrə, gözəlliyə məhəbbət; şərə, eybəcərliyə nifrət hissi 
var. Mövzu-məzmun baxımından əfsanələrin aşağıdakı növləri var: 
Zoonimik  əfsanələr: "Maral", "Qu quşu", "Qızıl ilan", "Turac", 
"Şanapipik" 
Toponimik  əfsanələr: "Pəri qala", "Siyəzən", "Beşbarmaq dağı", 
"Səngəçal", "Dədəgünəş", "Dəmirqaya"… 
 Etnonimik əfsanələr: "Oğuz", "Bayat"… 
 Kosmoqonik əfsanələr: "Ayla Günəş"… 
Göründüyü kimi, qədim tarixə malik olan əfsanələrin bir qrupu 
zoonimik əfsanələrdir. Bu cəhət xalqımızın ta qədim dövrlərdən ətraflarında 
olan heyvanlara münasibəti, onların təsərrüfat, qida və döyüş üçün ram 
edilməsi, eyni zamanda adlandırılması ilə bağlı fikirləri ifadə edilmişdir (3. 
98). 
4. Zoonimlərin iştirakı ilə formalşan atalar sözləri: 
1. Cücəni payızda sayarlar. 2. Pişiyin ağzı  ətə çatmayanda deyər iy 
gəlir. 3. Dəvədən böyük fil də var. 4. İt hürər karvan keçər. 5. İt qaya 
kolgəsində yatır, elə bilir öz kölgəsidir. 6. 
Pişiyi çox sıxışdırma, pələngə 
dönər. 7.Siçan görəndə pələngə dönən pişik, pələng görəndə siçana dönər. 
8.
 
Pişik ölüb, siçanların bayramıdır. 
9.Sahibinin
 yanında pişik də it basar. 
10.
Pişiyi bağlayıb süfrə açır.
  11. 
Pişiyi çox sıxışdırma, pələngə 
dönər.
  12.
Pişiyi bir vursan – dinməz, iki vursan – dinməz, axırda üz-gözünü 
cırmaqlar.
  13.
Siçan görəndə  pələngə dönən pişik, pələng görəndə siçana 
dönər.
  14.
Pişik ölüb, siçanların bayramıdır.
  15.
Sahibinin yanında pişik də it 
basar. 16.Pişik yeyəni, aslan qusdura bilməz. 17.Yatağan aslandan gəzəyən 
pişik yaxşıdır.
  18.
Pişik miyoldamasın, toyuq qaqqıldamasın.
  19. 
Pişik 
arxasını yerə vurmaz.
  20. 
Eşşək nə bilir zəfəran nədir? 21.Məscid  şamını 
yeyən pişik kor olar. 22. Pişik atası xeyrinə siçan tutmaz.
  23.
Yaxşı ata bir 
qamçı, yaman ata  min qamçı. 24. Pişiyi bağlayıb çörək yeyənlərdəndir. 
25.Yəhərin ağır yüngülün, at bilir.
  26. 
Dəvəni yel aparsa, keçini göydə 
gör.
  27. 
Eşşək nə  eşşək - tükü məxmər, incə  kəmər, üzü qəmər, yerişi at, 
üstündə yat, belinə min, evinə çat.
  
28. Meydansız at sürülməz, sınaqsız  ər 
bilinməz. 29. At gücünü karvanda gör, mərd gücünü meydanda. 30. İtə 
səlam, dəliyə sual olmaz. 31. Quru torba ilə tutulmaz at. 32. Dostuna at 
vermə, verdinsə "yavaş  get" demə. 33. Ər altında at olur, qeyrət altında  ər 
olur. 34.
Yemsiz torba, at gətirməz
 və s.  
  Göründüyü kimi, atalar sözləri kəmiyyət etibarı ilə xeyli çoxdur və bu 
sayı artırmaq da mümkündür. Bu nümunələrin kəmiyyət etibarı ilə çox 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə