Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.

səhifə2/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   147

Filologiya məsələləri, 2017 
 
5
təşəkkülündə rus alimləri  İ.A.Melçuk, A.K.Jolkovski və başqaları mühüm rol 
oynamışlar (17,36). Xomskinin əsərlərinin  əhəmiyyətinin artması ilk növbədə 
kütləvi kommunikasiya problemlərinin həlli ilə bağlı meydana çıxan praktiki 
məsələlərlə izah olunur.  
N.Xomskinin adı ilə bağlı olan radikal dəyişikliklər hər bir elmi inqlab 
kimi keçmiş strukturalist biliklərlə  əlaqəni kəsirdi və yeni transformasiya-
törədici istiqamətə yol açırdı. "Törədici qrammatika" terminin özü 70-ci illərin 
əvvəlində C.Serl və Fr.Nyumeyerin əsərlərində meydana çıxmışdır. ABŞ-da 
strukturalizm  ənənələrindən tam imtina göz qabaqığında idi. N.Xomskinin 
əsərləri psixologiya sahəsində  dəyişikliklər yaratmış, o, davranışı stimullara 
fizioloji reaksiyalar kimi qəbul edən biheviorizmdən imtina etmişdi. 
Heç bir alimə dilçilik tarixində yaradıcılığının bütün aspektlərinə 
N.Xomski qədər diqqət yetirilməmiş, ziddiyyətli qiymətlər verilməmişdir. Onun 
konsepsiyasının əsas müddəası alimin ümumiyyətlə biliyə və o cümlədən dilçilik 
biliyinə fərqli yanaşmasıdır. Hələ 80-ci illərdə koqnitivizmlə bağlı üç problem 
fərqləndirilir: biliyin təbiəti, insan şüurunda biliklər sisteminin meydana 
çıxması, biliklərin istifadə olunması mexanizmləri. Lakin buna oxşar məsələləri 
N.Xomski daha erkən əsərlərində nəzərdən keçirmişdi.  Bütövlükdə Xomskinin 
etdiyi inqlab biliklərin üç yeni sahəsinin meydana çıxması ilə bağlıdır: 
sintaksisin semantikası, qrammatikanın formal xüsusiyyətləri və koqnitiv-
yönəldilmiş psixologiya. 
Xomski paradiqmasının bütün bu tərəfləri Xomskiyə  həsr olunmuş 
çoxsaylı  əsərlərdə öz inkişafını tapmışdır. Dilçilərin (Xomskinin özünün də) 
xüsusi diqqətini koqnitivistikanın dilçiliklə  əlaqələri, koqnitiv elminin əsas 
anlayışlarının  dilin təhlili ilə qarşılıqlı  əlaqədə  tədqiqinin perspektivliyi cəlb 
edirdi. E.S.Kubryakova qeyd etdiyi kimi, törədici qrammatikanın təşəkkülü 
sadəcə olaraq koqnitiv elmin meydana çıxması illərinə təsadüf etməmişdi: hər 
ikisi insan ağılının və onun əsas tərkib hissəsi olan dilin tədqiqinə yeni 
yanaşmaları gətirdi(12,193).  
Beləliklə, törədici qrammatika insanın bütün təbiətinə  və onun 
davranışına baxışın dəyişməsində mühüm amilə çevrildi. İnsanın davranışının 
onun biliklərindən, qabiliyyətlərindən, bioloji təşkilindən asılı olduğu fikri irəli 
sürüldü. Xomskinin ayrı-ayrı müddəalarının mübahisəli olmasına baxmayaraq, 
məsələn, dil şüurunun andangəlmə olması haqqında fikir, məsələnin belə 
qoyuluşu elmi fikrin inkişafına təkan verdi.  
ABŞ-da törədici qrammatika üstün mövqe tutdu, lakin Avropada onu canlı 
insan ünsiyyətinə yönəlmiş modellər – nitq aktları  nəzəriyyəsi, məntiqi 
semantika sıxışdırdı. Nitq aktları sahəsindəki kəşf ondan xəbər verir ki, dil təkcə 
reallığı  təsvir etmir, eyni zamanda özü onun bir hissəsidir. 60-cı illərin 
performativ fərziyyəsinə görə, bütün fellər potensial olaraq performativdir və 
bütün cümlələr potensial nitq aktlarıdır.       


Filologiya məsələləri, 2017 
 
6
Bütövlükdə koqnitiv dilçilik N.Xomskinin təlimi ilə mübahisədə öz 
mövqelərini möhkəmləndirirdi. Bu istiqamət bir sıra tanınmış adlarla təmsil 
olunurdu: L.Talmi, Ç.Fillmor, R.Lanqaker, C.Lakoff, U.Çeyf, R.Cekendorff. 
L.Talmi obyektin koqnitiv təmsilçisi anlayışını işləmişdi ki, onun müxtəlif 
komponentləri dilin leksik və qrammatik yarımsistemləri ilə səciyyələnir (11,91). 
"Dildə  və  təfəkkürdə güclərin dinamikası", "Mədəniyyətin koqnitiv sistemi", 
"Narrativ koqnitiv təsəvvürlər çərçivəsində" kimi əsərlərin müəllifi olan L.Talmi 
bir çox koqnitiv kateqoriya və anlayışları  dəqiqləşdirdi; onun axtarışları rus 
tədqiqatçıları A.A.Xolodoviç, T.B.Bulıginanın tədqiqatlarına tipoloji cəhətdən 
yaxındır.       
Obyektin koqnitiv təmsilçisi cümləni, nitq situasiyasının, fon mənaların 
anlanılmasını  təşkil edən referensial mənaların müxtəlif koqnitiv proseslərin 
elementlərinin köməyi ilə yaradılır. Koqnitiv təmsilçini izah etmək üçün L.Talmi 
dilin iki yarımsisteminin dixotomiyasının – leksik və qrammatik səviyyələrinin 
universallığını qeyd edir. «Hər iki sistem bir-birinə münasibətdə zəruri və əlavə 
olan aydın semantik funksiyalara  malikdir. Bu zaman cümlə (yaxud diskursun 
hər hansı digər hissəsi) dinləyicinin  şüurunda onun təcrübəsinin müəyyən 
hissəsini fəallaşdırır və həmin hissə koqnitiv təmsilçidir(11.94).   
L.Talmiyə görə, cümlənin qrammatik və leksik yarımsistemləri koqnitiv 
təmsilçinin müxtəlif komponentlərini ümumi halda səciyyələndirir. Cümlənin 
qrammatik elementləri koqnitiv təmsilçinin strukturunu müəyyənləşdirir, leksik 
elementləri isə onun məzmununun böyük hissəsini təşkil edirlər. Beləliklə, 
cümlədəki yaxud diskursun digər elementindəki qrammatik xarakteristikalar  
konseptual çərçivəni yaxud Talminin izah etdiyi kimi, leksik cəhətdən ifadə 
olunan konseptual material üçün özülü təmin edir. Qrammatik elementlər cəm 
şəkildə ciddi müəyyən olunmuş çoxsaylı  əsas konusitləri səciyyələndirir; 
qrammatik cəhətdən ifadə olunan çoxçaylı anlayışlar dilin əsas konseptual 
strukturyaradıcı sistemini təşkil edir: geniş mənada qrammatika dildə koqnitiv 
sistemdəki kimi konseptual strukturu müəyyənləşdirən amildir və belə anlamda  
qrammatika müasir dilçilikdə əsas obyektə çevrilir(11,97). 
Qeyd edildiyi kimi, koqnitiv tədqiqatlarda nitq aktları nəzəriyyəsi, onların 
tanınması  və interpretasiyası barədə  fərziyyələr mühüm rol oynayır. Nitq 
ünsiyyətini səmərəli və adekvat edən qayda və  şərtlərin təbiəti qrammatik 
səriştəliyi həmişə  nəzərdə tutur, qrammatik nəzəriyyənin özünün töhfəsi 
mübahisə doğurur. Hər hansı bir dilxarici kontekstə müraciət etmədən bu və ya 
digər söyləmi dəqiq təfsir etmək olmaz, çünki o, eyni bir qrammatik 
xarakteristikalar zamanı hə təsdiq, həm sual, həm də xahiş kimi səslənə bilər.  
Amerika dilçisi G.Fava "illokutiv gücün dil göstəriciləri" anlayışı ilə bağlı 
morfosintaktik meyarlar dəstinin adekvat təsvirinin mühümlüyünü müdafiə edir. 
Morfosintaktik meyarlar dəsti dedikdə söyləmi müəyyən növ hərəkət kimi, 
hərəkətə vadar etmə, sual, təsdiq, inandırma və s. kimi şərh etməyə imkan verən 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə