Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə8/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   4   5   6   7   8   9   10   11   ...   147

Filologiya məsələləri, 2017 
 21
Bu feillərdə ifadə olunan iş və hərəkətin bitdiyi, qurtardığı qəti şəkildə 
bildirilir.  
Müasir Azərbaycan  ədəbi dilində  nəqli keçmiş zamanın ikinci və 
üçüncü şəxslərində həmçinin  
-ıb,-ib,-ub, -üb morfoloji əlamətlərindən də istifadə olunur. Qeyd 
etmək lazımdır ki, nəqli keçmiş zamanın -ıb,-ib, -ub, -üb qrammatik forma 
ilə ifadəsi yalnız müasir ədəbi dilimiz üçün deyil, klassik ədəbiyyatımızın 
dili üçün də xarakterikdir. 
İ. Nəsiminin misralarında nəqli keçmiş zamanın -ıb (-ib, -ub, -üb) 
morfemləri ilə ifadəsi də müşahidə edilir:  
  
Səni kimdir Adəm oğlu deyən, allah, allah, 
Bu sifətdə kim görübdür bəşəri cahan içində (səh. 72). 
 
Qeyd etdiyimiz kimi, müasir Azərbaycan ədəbi dilində -ıb (-ib, -ub, -
üb)  şəkilçisi yalnız ikinci və üçüncü şəxslərə aid olur. Lakin Nəsimi 
poeziyasında nəqli keçmiş zamanın –ıb,-ib, -ub, -üb morfeminin  birinci 
şəxsə aid olduğuna da təsadüf edilir: 
 
    Kəpənək geymişəm, əndişədən azad olubam,  
    Üşümək müşkilini eylədi asan kəpənək ( səh. 124). 
  
Qeyd.  “Kəpənək” qədim türk sözü olub, “yapıncı”  mənasını bildirir. 
Beytin mənası belədir: Yapıncı geymişəm,  qayğıdan azad olmuşam.  
Üşümək çətinliyini,  əngəlini yapıncı asan eylədi.  Əslində beytin sətiraltı 
mənası daha güclüdür. Şairin fikrinə görə, yapıncı (xirqə) öz əqidəsinə, 
məsləkinə sadiq olan, Allahın nuru üzündə  təcəlla tapan kamil insanların, 
igidlərin donudur (geyimidir). Allahı inkar edənlər onu geyinməz.  Digər bir 
tərəfdən  şair lirik qəhrəmanın dili ilə sosial bərabərsizliyə  işarə vurur. 
Yapıncı  həmçinin sadə, yoxsul insanların geyimidir, onları soyuqdan 
qoruyur.    
 Göründüyü kimi, Nəsimi bir misrada nəqli keçmiş zamanın hər iki 
qrammatik formasından birinci şəxsin təkində istifadə etməklə həm təkrara 
yol verməmiş, həm də poetik fikri məhz birinci şəxsin üzərinə yönəltmişdir.  
İndiki zaman. Bu zaman hal-hazırkı dövrdə icra olunan işin zamanı ilə 
həmin iş barəsində məlumat verilən vaxt arasındakı zamandır. Yəni əvvəlcə 
hər hansı bir işin icrasına başlanır və bu icra sona çatmamış onun haqqında 
məlumat, xəbər verilir. Bunların hər ikisi eyni zamanda baş verir. İndiki 
zamanın morfoloji göstəricisi –ır, -ir, -ur, -ür şəkilçiləridir və  bütün şəxslər 
üzrə dəyişir. İndiki zaman digər zamanlar üçün meyardır. 


Filologiya məsələləri, 2017 
 22
İ. Nəsimi yaradıcılığında temporallığın indiki zamanla ifadəsi, əsasən, -
r və bəzən də -ır, -ir, -ur, -ür morfoloji əlaməti ilə verilir. Araşdırmalar onu 
deməyə əsas verir ki, Nəsimi poeziyasında indiki zamanın morfoloji əlaməti 
sonu saitlə bitən feillərə qoşulduqda  şəkilçinin tərkibindəki sait itmiş 
vəziyyətdə  işlənib və bu fakt əvvəlcə  də qeyd etdiyimiz kimi, daha çox 
müşahidə olunur: 
 
  Gərçi asandır der, ey can, eşqini hər bixəbər, 
  Kim ki şol sevdayə düşdü, bildi kim, asan degil.       
  
   Ey ki, sultan olmaq istərsən, fəqir ol kim, yəqin, 
   Kim ki sultan olmadı, sultan degil (səh. 138). 
  
Onu da qeyd edək ki, “r” ünsürü yalnız indiki zamanın deyil, qeyri-qəti 
gələcək zamanın ünsürü kimi də  işlənir. M. Kaşğari bu haqda yazırdı: “ ... 
müzare  şəkli feillərin hamısı “r” ilə düzəldilir. Sözün sonunda “r” hərfi 
varsa, ikinci “r” əlavə edilir. Birinci “r” sözün kökündə mövcud olan “r” dir, 
ikincisi isə müzare və istiqbal hərfi olan “r” dir... Oğuzlar dildə sürət naminə 
bəzi feillərdə müzare şəkilçisində olan iki “r” -dən birini atırlar və sözü əmr 
şəkli kimi bir “r” ilə tələffüz edirlər” (2, səh. 59-60). 
Misralarda müşahidə edilən indiki zamanda icra olunan iş, hal və 
hərəkət subyektə aid olur: 
 
   Abdal oluban bəylik edən arifi gör kim, 
   Bu səltənətin qədrini sultan bilir ancaq (səh. 41) . 
       
İndiki zamanda icra olunan bəzi iş, hal və hərəkət yalnız indiki zamanı 
deyil, qeyri-qəti gələcək  zamanı da  əhatə edərək aforizm kimi səslənir: 
 
   Ey Nəsimi, aqibət varır yelə, 
   Bivəfa ilə yeyən nanü nəmək (səh. 123). 
 
 Beytin mənası belədir: Ey Nəsimi, vəfasızla yeyilən duz-çörək axırda 
yelə gedər (heç olar). Yeri gəlmişkən, “varmaq” feli ədəbi dilin aktiv lüğət 
fondundan çıxsa da, “fərqinə varmaq ”, “var-gəl etmək” kimi dil 
vahidlərində, eləcə də qərb dialektində qalmaqdadır. 
İndiki zamanda icra olunan iş, hal və hərəkət təbiətə də aid ola bilir. Bu 
hal xüsusi olaraq poetik məqsədə xidmət edir:  
 
  Könlüm gəmisi qərq edə gər eşq dənizinə 
  Kim, bu dənizin bəhrini ümman bilir ancaq (səh. 41). 


Filologiya məsələləri, 2017 
 23
 
 Şairin poeziyasında bəzən -ar (-ər) şəkilçi morfeminin -ır (-ir, -ur, -ür) 
şəkilçisini, yəni indiki zamanı ifadə etdiyinə daha çox təsadüf edilir. Bunu 
misraların semantik yükünə istinadən müəyyənləşdirmək mümkündür. 
Nümunəyə nəzər salaq: 
  Daneyi-xalın cahanı tutdu çün, 
  Türrədən niçün düzərsən bunca dəm? (səh. 167)  
 
    Beytin mənası: Bir xalın bütün cahanı tutdu, daha qıvrım telindən nə 
üçün tələ qurursan? 
      Bu cür əvəzlənmələr “ Kitabi - Dədə Qorqud ” dastanının, eləcə də 
folklorun, onun xüsusi qolu olan aşıq  ədəbiyyatının dili üçün də 
xarakterikdir. Məsələn, “Qadın ana! Qarşum alub nə bögrərsən? Nə 
bozlarsan, nə  ağlarsan? Bağrımla yürəgim nə tağlarsan? Keçmiş  mənim 
günimi nə andırarsan?...”  “Bu parçadakı -ar2 şəkilçili sözlərin hər biri indiki 
zamandadır: bögrərsən – böyürürsən (inləyirsən), ağlarsan – ağlayırsan, 
tağlarsan – dağlayırsan, andırarsan – andırırsan. Bu cür sadələşdirmə mətnin 
ümumi semantik yükü  ilə birbaşa bağlanır” (3, səh, 299). 
İ. Nəsimi  şeirlərində  təsadüf olunan maraqlı dil faktlarından biri də 
ümumiyyətlə, qrammatik zaman formasının, xüsusən indiki zamanın 
morfoloji göstəricisinin itməsidir. Müasir ədəbi dilimizdə indiki və qeyri-qəti 
gələcək zamanın inkarında sait düşümü baş verir: almıram, almaram. 
Nəsiminin misralarında isə indiki və gələcək zamanın morfoloji əlaməti olan 
“r” bəzən itmiş vəziyyətdə olur. Nümunəni nəzərdən keçirək: 
 
  Qatımdan getməz oldu nari-hicran, 
  Çəkə bilməm nedim, arami-canım (səh. 146). 
 
      Misraların semantik yükü “çəkə bilməm” frazeoloji vahidinin məhz 
indiki zamanı ifadə etdiyini sübuta yetirir – çəkə bilmirəm. 
 Gələcək zaman. Keçmiş zamanda olduğu kimi, bu zaman anlayışının 
meydana çıxmasında da indiki zaman əsas meyar olaraq qalır. Gələcək 
zaman nə vaxtsa icra olunacaq və ya olunmayacaq iş, hal və  hərəkətin 
əvvəlcədən xəbər verilməsini bildirir. Gələcək zaman işin icrasının qəti və 
qeyri-qətiliyinə görə iki yerə ayrılır.  Qəti gələcək zaman  gələcəkdə  qəti 
şəkildə icra olunacaq və olunmayacaq işin vaxtı ilə həmin iş barəsində xəbər 
verilən vaxt arasındakı zamanı  əhatə edir. Felin bu  zamanında işin icrası 
gələcəkdə qəti şəkildə yerinə yetirilir və -acaq (-əcək) şəkilçisi ilə formalaşır.  
     Qeyri-qəti gələcək zaman isə  gələcəkdə qeyri-qəti  şəkildə icra 
olunacaq işin zamanı ilə  həmin iş barəsində  məlumat verilən zamanı  əhatə 
edir və -ar (-ər)  şəkilçisi ilə formalaşır. Qeyri-qəti gələcək zaman təkcə 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə