Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə11/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   7   8   9   10   11   12   13   14   ...   147

Filologiya məsələləri, 2017 
 30
hesab edirik ki, onların mənaları da fərqli olmalıdır... Uzun sözün qısası biz belə 
hesab edirik ki, həqiqi sinonimlər mövcud deyildir” (8).  Bununla yanaşı, 
dilçilikdə belə bir fikir də mövcuddur ki, tam sinonimiyaya yalnız terminologiya 
sahəsində rast gəlmək mümkündür. Amma bu məsələyə toxunan ingilis dilçisi 
C.Layonz yazırdı: “iki və daha artıq sinonim termin, prinsip etibarilə, aid olduğu 
ixtisas sahəsində yalnız bir müddət paralel şəkildə işlənib yaşaya bilər. Müəyyən 
müddətdən sonra onlardan biri dildə öz mövqeyini bərkidəcək, digəri isə 
rəqabətə dözməyib sıradan çıxacaqdır” (9, 138). Rus dilçiləri E.Tolikina və 
А.Krıjanovskayanın fikrinə görə isə, “termin sinonimiyadan qaçmalıdır, çünki 
sinonimiya – ümumi ədəbi dilin xeyirli semantik prosesidir, terminologiyada isə 
bu çatışmazlığa çevrilir” (10; 11, 12-13). 
Macar dilçisi S.Ulman isə yazır ki, mütləq sinonimlik bizim dilə 
münasibətimizə tamamilə əksdir. Dildə bir-birini tam şəkildə, hər zaman, hər bir 
kontekst daxilində  əvəz edə bilən sinonimlər mövcud ola bilməz. Bu zaman 
həmin sözlər mütləq şəkildə nominativ məna, emosional çalar və s. baxımından 
dəyişikliyə  uğrayacaqdır (12, 141). Diliçilikdə sinonimlərə münasibəti 
ümumiləşdirsək, deyə bilərik ki, bu fikirlər əsaən üç bpyük qrupa salına bilər. 
Birincisi, məna baxımından tamamilə üst-üstə düşən sözlər sinonimiya yarada 
bilər.  İkincisi, sözlər ayrı-ayrı komponentlərinə görə sinonimiya yarada bilər. 
Üçüncüsü, eyni cisim, predmet və hadisəni ifadə edən sözlər sinonimiya yarada 
bilər.  Əlbəttə, dilçilərin böyük əksəriyyəti sinonimiyaya mənaca yaxın olan 
sözlər kimi yanaşırlar. Fikrimizcə, bu, çağdaş dönəm üçün ən düzgün yanaşma 
sayıla bilər. Amma bu halda da bəzi istisnaları mütləq nəzərə almaq lazımdır.  
Ümumiyyətlə, sinonimləri və kvazisinonimləri fərqləndirmək lazımdır.  
Dilçilikdə sinonimiya və sinonimik münasibətlərlə bağlı bir qisim 
mübahisəli məqamlar da mövcuddur. Sinonim anlayışının tam müəyyənləşməsi 
üçün sinonimiya daxilində mövcud ola biləcək fərqlilikləri öncədən 
müəyyənləşdirmək lazımdır. Bu fərqliliklər isə sinonimiya hadisəsində mütləq 
şəkildə olmalıdır. Bu fərqliliklər sinonimiya barədə tədqiqat əsəri yazan bütün 
dilçilər tərəfindən təsbit edilmişdir. Beləliklə, sinonimik əlaqədə olan sözlərin 
hər birinin özünəməxsus məna çaları olur, digər sözlərlə sinonimik əlaqəyə 
girən zaman da söz bu özünəməxsus çaları itirmir, bu zaman sözün kateqorial 
funksiyalarına toxunmur. 
Məhz bu məna çaları dilin sinonimiyasında mühüm əhəmiyyətə malik 
olur. Sinonimiya nitqi daha canlı, fərqli, dolğun və  zəngin edir. Sinonimik 
əlaqədə olan sözlər danışıq zamanı  təsvir olunan cisim, predmet və hadisə 
barədə daha dolğun  və dəqiq təsəvvür yaratmağa imkan verir.  
Sinonimiyanın mənşəyinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu barədə 
də dilçilik ədəbiyyatında müxtəlif fikirlər mövcuddur. Amma bu fikir və 
mülahizələri ümumiləşdirərək belə yekdil qənaətə gəlmək mümkündür ki, bu v 
ya digər dilin lüğət fondunda sinonimiyanın mənbələri fərqli ola bilər. amma bu 


Filologiya məsələləri, 2017 
 31
fərqliliyini içərisində  hər zaman ümumi cəhətlər də tapmaq mümkündür ki. 
həmin ümumi və ya ortaq cəhətləri aşağıdakı  şəkildə ümumiləşdirmək 
mümkündür: 
1. 
qeyri dillərə  məxsus sözlər: məsələn, dünyanın  əksər dillərində 
linqvistika sözü həmin dildəki ekvivalenti ilə paralel şəkildə 
işlənir. Azərbaycan dilində - dilçilik – linqvistika   və ya rus 
dilində языкознание- лингвистика və s. 
2. 
dilin dialektlərindəki söz ehtiyatı da hər zaman sinonimik 
cərgənin yaranmasında bilavasitə rol oynayır.  
3. 
dildəki jarqon sözlər də sinonimik cərgəni yarada bilir. məsələn, 
oğru sözü julik sözü ilə paralel işlənir.  
Dildə  həm də frazeoloji sinonimiya da mövcuddur ki, sinonimiya və 
sinonimik münasibətlər haqqında danışarkən bu məqamı mütləq şəkildə nəzərə 
almaq lazımdır. Bəzən elə sözlər sinonimik cərgə yarada bilir ki, adi hallarda 
onlar sinonimlik münasibətində olmurlar. Belə sözlər bu və ya digər frazeoloji 
birləşmələr daxilində sinonimik münasibətə girə bilirlər ki, belə hallarda 
frazeoloji sinonimiya hadisəsi baş verir. Məsələn, rus dilində belə frazeoloji 
sinonimiyanı  “дело-факт-обстоятельство” sözləri yara bilirsə, Azərbaycan 
dilində buna qarşılıq olaraq “iş-hal-vəziyyət-qəziyyə” sinonimik cərgəni misal 
gətirmək mümkündür. 
Amma bu halda sinonimlər və sinonimiya ilə paradoks bir halla 
qarşılaşırıq. Paradoks isə ondan ibarətdir ki, dildə  şübhəsiz. bir-birinə  mənaca 
yaxın və ya eynimənalı sözlər mövcuddur ki, onlar müəyyən kontekst daxilində 
bir-birini  əvəz edə bilir. Amma bütün hallarda onlar arasındakı münasibətlər 
şərti olacaqdır.    
Bu gün çoxlu sayda sinonimlər lüğətləri tərtib edilmiş və nəşr edilmişdir. 
Lakin həmin lüğətlərlə yaxından tanışlıq zamanı  məlum olur ki. o lüğətlərə 
salınan sinonimlərin  heç də hamısı sinonimik münasibətdə olmurlar. Çox 
zaman lüğətlərdə sinonim kimi təqdim edilən bu sözlər  sadəcə yaxın mənalı 
sözlərdir ki. bəzi kontekstlərdə assosiativ cərgələr yarada bilirlər. Belə sözlərə 
nəzər yetirərkən məlum olur ki, onlar hətta bir-birini əvəz etmək qabiliyyətinə 
də malik deyillər  və ya çox nadir hallarda bir birini əvəz edirlər.   
Bu zaman bir məqam da xüsusi olaraq vurğulanmalıdır.  Əksər hallarda 
sinonimik cərgənin yaranmasında və hətta tədqiqində kitab dilinin leksik qatının 
böyük  əhəmiyyəti vardır. Siyasi, hərbi, iqtisadi və s. sahələrin leksikasında 
sinonimlər, sinonimiya, sinonimik münasibətlər isə daha az tədqiq olunmuş və 
ya heç tədqiq olunmamış sahələrdən biridir. 
Leksik sinonimiya nəzəriyyəsinin formalaşması yolunda yaranan mühüm 
problemlərdən biri də sinonimlik faktının formal olaraq təsdiq olunmasıdır. 
Yəni iki və daha artıq sözün mənalarının üst-üstə düşməsi və ya eyniliyi hələ 
onların sinonimliyinə və ya qeyri-sinonimliyinə dəlalət edə bilməz. Məhz buna 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə