Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə19/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   15   16   17   18   19   20   21   22   ...   147

Filologiya məsələləri, 2017 
 51
ədatlarının iki növü vardır: onların bir növü “ىنعملا  فورح”, yəni başqa 
sözlərlə işləndikdə müəyyən mənaya malik olanlardır, yəni onlar işləndikləri 
sözlərlə yeni məna kəsb edir. İkinci növ isə müəyyən mənaya malik 
olmayandır, o ya qüvvətləndirici, ya da təkid ədatıdır. 
Kufəlilərin əksəriyyəti “huruf” istilahının əvəzunə “ədat, ədavat” sözü 
ilə kifayətlənmişlər”. 
B.M.Qrande özünün “Müqayisəli tarixi aspektdə  ərəb qrammatika 
kursu” kitabının qrammatik terminlər lüğəti hissəsində  hərflərin 40-a qədər 
növünü göstərir (9, 566-568). 
Köməkçi nitq hissələrinin ümumi sayına gəldikdə, onlar İbn Hişamın 
“Muğnil-ləbib”ində 108-dir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bu kitabda 
həm ön qoşması, həm bağlayıcı, həm qüvvətləndirici  ədat kimi işlədilən
faktik olan üç, bəzən dörd hesab edilə bilən köməkçi nitq hissəsi bir başlıq 
altında getdiyi üçün onların sayı daha çoxdur. Hər halda türk 
ədəbiyyatşünasları Sələmə Bakırcı və Məhəmməd Sani Çökənlinin “Ərəbcə 
ədatlar sözlüyü” kitabında onların sayı 237-dir (3) 
“Qurani-Kərimdə  ədatların və  əvəzliklərin lüğəti” kitabının 
müəlliflərindən biri İsmayıl Amayra həmin  əsərə yazdığı müqəddimədə 
deyir: 
 
 ..."
 تاودلاا ةملك مادختسا نع اردغ ئراقلا حيمتسنو
 عئاشلا حلطصملا نم لادب
"
 فورح
ىنعملا
 "
 نيتملك نم بكرملا حلطصملا نم ةجاحلاب ىف وا ةملكلا هذھف
"
ىنعملا فورح
 :"
 نم نإف
ءابو ءافلاو ءابلاك ةيفرحلا ىف سلاخ وھ ام فورحلا
 ...
 ةيلعفلاو ةيفرحلاو ةيمسلاا نيب عمجي ام اھنمو
 ك
"
ام
 "
 و
"
اشاح
 "
 و
"
ادع
 ."
وك حلطصم لاح ىا ىلع وھو
 ىدل هلامعتسا ددجت نع لاضف ميدق يف
نيثدحملا
."
    
 “... Biz çox yayılmış  “ىنعملا  فورح”  əvəzinə  “ədatlar” istilahını 
işlətdiyimiz üçün qaridən üzr istəyirik. Biz bu istilaha (تاودلاا) ona görə 
üstünlük veririk ki, əvvələn iki sözdən ibarət olan mürəkkəb “ىنعملا  فورح” 
əvəzinə daha sadə bir istilahdır. İkinci səbəb odur ki, bu hissələrdən ب, ف, لب 
kimi xalis olanları vardır.  اشاح,  ادغ  “ام” kimiləri də vardır ki, onlar da, 
köməkçi nitq hissəsi və fellik xüsusiyyətlərini cəmləşdirə bilir. Hər halda o, 
müasir qrammatiklərin yeniləşdirib işlətdiklərindən daha üstün olan qədim 
Kufə istilahıdır” (6) 
Ərəb dilçiliyində demək olar ki, bütün köməkçi nitq hissələrinin eyni 
bir istilahla “ədatlar” adlandırılması bir neçə  səbəbdən irəli gələ bilər. 
bunlardan biri, bəlkə də birincisi odur ki, köməkçi nitq hissələrini bəzən bir-
birindən ayırmaq çox çətin olur. Ərəb dilində ayrı-ayrı köməkçi nitq 
hissələrini “فرح” termini ilə də işlədirlər. Məsələn, رجلا فورح, ماھفتسلاا فرح, 
ةلصتملا  فورحلا  və s. bununla brabər “ədat” istilahı ilə müəyyənləşdirilən 
köməkçi nitq hissələri də mövcuddur. Məsələn, فيرعتلا ةادا. Nəhayət, köməkçi 
nitq hissələrini “isim” istilahı ilə də adlandırırlar. Məsələn, لوصوملا مسا. 


Filologiya məsələləri, 2017 
 52
“Muğnil-ləbib”  əsəri bir neçə  dəfə  nəşr olunmuşdur.  Əsərin  əski çap 
nüsxələri VI-233/7571, XVI-1574/5801, IV-185/1509, V-237/8757, XVI-
1639/5867  şifrələri altında Azərbaycan Milli Elmlər Akademiyası 
Məhəmməd Füzuli adına  Əlyazmalar  İnstitutunda qorunub saxlanılır. Bu 
nüsxələrin hamısında əsər müxtəsər  olaraq “Muğnil-ləbib” kimi verilir. VI-
233/7571  şifrəli çap nüsxəsi h.1300/m.1882-ci ildə Misirdə  nəşr olunmuş, 
həcmi 367 səhifədən ibarətdir. XVI-1574/5801 şifrəli çap nüsxəsi 
h.1276/m.1859-cu ildə nəşr olunmuşdur. Burada kitabın nəşr olunduğu tarix 
göstərilsə  də, nəşr olunduğu yeri verilməmişdir. H.1300/m.1882-ci ildə 
Tehranda  “Fəxru Hacı  İbrahim” mətbəəsində  nəşr olunan “Muğnil-ləbib” 
əsəri iki nüsxədə; IV-185/1509 və V-237/8757 şifrələri altında mühafizə 
olunur. Hər ikisi eyni həcmdədir, 366 səhifə  təşkil edir. XVI-1639/5867 
şifrəli çap nüsxəsi isə h.1292/m.1875-ci ildə  nəşr olunmuşdur. Həcmi 366 
səhifədir (1, 286-288). 
Əsərin  əlyazmaları çoxdur. Təkcə  Dəməşqdə  əz-Zahiriyyə 
kitabxanasında onun 10 nüsxəsi var. Yeni üsulla olan nəşrin tədqiqatçısı 
Məhəmməd Məhyəddin Əbd əl-Həmid olmuşdur. Lakin bu nəşrlər təsadüfi, 
yoxlanılmamış əlyazmaları əsasında nəşr olunduğu üçün dəqiq hesab oluna 
bilməz, onlar nəinki bir-birlərindən, həm də  ən dəqiq hesab olunan 
nüsxələrdən də fərqlənir. 
“Muğnil-ləbib”in ən tam, ən oxunaqlı, gözəl xətlə yazılmış iki nüsxəsi 
vardır. Birinci nüsxə Dəməşqdədir. Kamil əlyazmalarından hesab olunan bu 
nüsxə orta həcmli vərəqdə yazılmış  və 187 vərəqdən ibarətdir.  Əlyazması 
965-ci ildə  Məhəmməd  Əbdülkərim Xətibzadə  tərəfindən köçürülmüşdür. 
İkinci nüsxə birincidən daha qədimdir. O, 195 səhifədən ibarət olub, 765-ci 
ildə köçürülmüşdür. Xəttat Mahmud ibn Məhəmməd ibn Ömərdir. 
 
Ədəbiyyat 
1.  Əski çap kitabları kataloqu, III cild. Ərəbdilli kitablar. Bakı, “Nurlan”, 
2010. 
2.  Məmmədəliyev V.M. Ərəb dilçiliyi. Bakı, Maarif, 1985. 
3.  Bakırcı S., Çögenli S. Arapça edatlar sözlüğü. Erzurum, 2000. 
4. 
ىراصنلأا ماشھ نبإ
 .
 ،ناريا ،مق ،ءاداھشلا ديس ةبتكم ،نآزج ،بيراعلأا بتك نع بيبللا ىنغم
د
.
ت
      .
 
5. 
ىراصنلأا ماشھ نبإ
 .
 ،توريب ،ركفلا راد ،بھذلا روذش حرش
١٩٩٨
 
 
6. 
لا
 ىف رئامضلاو تاودلأا مجعم ،ديسلا ىفطصم ديمحلا دبع روتكدلا ،رئامع دمحأ ليئامسإ روتكد
 ،توريب ،ةلاسرلا ةسسؤم ،ميركلا نآرقلا
١٩٨٨
  
 
7. 
 ،ةرھاقلا ،تاحنلا رھشأ خيراتو وحنلا ةأشن ،دمحم ىواطنطلا
١٩٧٣
   
 
8. 
 ،ةرھاقلا ،فراعملا راد ،ةيوحنلا سرادملا ،فيض ىقوش
١٩٨٣
   
 
9.  Гранде Б.М. Курс арабской грамматики в сравнительно-историчес-
ком освещении. Москва, Восточная литература, 2001. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə