Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə5/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   2   3   4   5   6   7   8   9   ...   147

Filologiya məsələləri, 2017 
 12
AYGÜL  HACIYEVA 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun  
dosenti,Türk dilləri şbəsinin müdiri 
aygul.akhundoff@gmail.com
 
 
R.BAĞDADİ “DİVAN”INDA SUBSTANTİVLƏŞƏN VƏ 
ADVERBİALLAŞAN MORFOLOJİ VAHİDLƏR 
 
Açar sözlər: R.Bağdadi, morfoloji vahid, substantivləşmə, adverbiallaşma 
Ключевые слова: Р.Багдади, морфологическая единица, субстантивация, 
адвербиализация 
Keywords: R.Baghdadi, morphological unit, substantivization, adverbialization. 
 
Müxtəlif nitq hissələrinə  məxsus olan sözlər zahiri formalarını 
dəyişmədən isim qrupuna keçir. Dilçilikdə bu hadisə substantivləşmə - 
isimləşmə adlanır. Baüqa sözlə desək, müxtəlif şəraitdə müstəqil nitq hissəsinə 
aid olan söz əşyavi mahiyyət kəsb edir; öz əsas mahiyyətini dəyişib isimlərə 
uyğun olaraq müxtəlif cümlə üzvü kimi çıxış edir. Substantivləşmə maddi 
varlığa, materiyaya xas olan əlamət və keyfiyyətin dildə maddi varlığı, 
materiyanı  əvəz etməsi hadisəsi, nitq hissələrinin bir-birinə keçmə hadisəsidir 
ki, dilçilikdə buna keçid prosesi, başqa sözlə, konversiya da deyilir [1, s.15]. 
Nitq hissələrinin bir-birini mənaca əvəz etməsi məsələsinin mahiyyəti dilçilikdə 
uzun müddət mübahisəli olmuşdur [2, s.9]. R.Abdullayev dildəki bu cür 
dəyişməni yeni söz yaradıcılığı üsulu sayanların da olduğunu göstərir [3, s.26].  
Substantivlşmənin iki növü vardır: sabit substantivləşmə və kontekstual 
(okkazional) substantivləşmə. Sabit substantivləşmə onunla izah edilir ki, 
əvvəllər müəyyən nitq hissəsinə  mənsub olan söz daha sonralar həmin nitq 
hissəsi ilə əlaqəsini tamam kəsir və təkcə isim kimi (göy – “göyərti”, quymaq, 
qazmaq, quymaq və s.) işlənməyə başlayır. Belə sözlər həm  əvvəl mənsub 
olduğu nitq hisssi kimi, eləcə də isim kimi dilin lüğət tərkibində sabitləşib qalır.  
R.Bağdadi “Divan”ında sabit substantivləşməyə  məruq qalan sözlər 
müəyyən dərəcədə müxtəlif üslubi məqamlarda işlənmişdir:  
Guşəgir olsəm əcəb mülkində  eyb etmin məni,  
Bulmadım şərti-vəfadə qövli-yarani dürüst (s.203); 
 
Baş açuq, yalın ayaq, vadiyi-eşqi tolanur, 
Qanu Ruhi kibi aləmdə bu gün bir səyyah (s.213); 
 
 
Ol ərəbzadə cəvanə eylədikcə ərzi-ruh, 
Ğəmzəsi eylər işarət ziri-çeşmindən ki, ruh (s.213) və s. 


Filologiya məsələləri, 2017 
 13
Kontekstual substantivləşmədə bu və ya digər nitq hissəsinə  mənsub 
olan söz müəyyən bir mətn daxilində xüsusi şəraitdən asılı olaraq isim kimi çıxış 
edir. Bu, substantivləşmənin daha geniş yayılmış usulu sayılır.  Əslində bütün 
nitq hissələri kontektdən asılı olaraq isimlşə bilirlər. Sabit substantivləşmə ilə 
kontekstual substantivləşmənin fərqi ikincidəki substantivləşmənin müvəqqəti, 
yəni keçici olmasıdır. Kontekstual substantivləşmədə sintaktik şəraitlə yanaşı, 
isimlərə xas qrammatik əlamətlər  əsas rol oynayır. Xüsusi şəraitə düşən belə 
sözlər müəyyən kontekst daxilində  kəmiyyət  şəkilçisi olan -lar,-lər və üçüncü 
şəxs mənsubiyyət  şəkilçilərini (-ı,-i,-u,-ü;-sı, -si,-su,-sü) şəkilçilərindən birini 
qəbul edib isim funksiyası daşıyır. 
Qeyd edək ki, “Divan”da kontekstual substantivləşmə özünü ən çox 
sifət, say, işarə  əvəzlikləri və feili sifətlərdə, az hallarda isə köməkçi nitq 
hissələrində göstərmişdir. Məsələn: 
 
• Sifətlərin substantivləşməsi:  
 
Yoq degil gərçi gözəllərdə lətafət, amma, 
Səndə, ey şuxi-səfapişə, məlahət, ğalib (s.195); 
 
Mey söhbətidür tolular iç saqiyi-bəzmə, 
Al pusəyi-rüxsarini bir vəchi-zərafət (s.201); 
 
Xublər ilə içməği Ruhiyə təklif eyləmin, 
Can qərar anlərmi bir məclisdə  kim, dilxah yoq (s.448) 
 
• Sayın substantivləşməsi:  
 
R.Rüstəmov sayların substantivləşməsini türk dilləri üçün xarakterik hal 
sayır [4, s.61]. Sayların substantivləşməsinə “Divan”da aşağıdakı nümunədə 
təsadüf etdik: 
 
Çoqların vəsfi-xətinlə müşkilinhəll eylədim, 
Kim, verür hal əhli-dil yaranə qali-dilguşə (s.182); 
 
• Əvəzliyin substantivləşməsi:  
“Divan”da qeyri-müəyyən və sual əvəzlikləri substantivləşə bilimişdir: 
 
Bu cəfalər ki yolində çəkəriz cananın, 
Kimsələr bilməz, ey Ruhi, xudadən bilüriz (s.284);  
Neçələr hicrün ilə oldi yolunda əğyar,  
Var ümidim ki, yalan isə də ol gerçək ola (s.183);  


Filologiya məsələləri, 2017 
 14
• Feili sifətin substantivləşməsi
 
Feili sifət  şəkilçiləri ilə feilin zaman və  şəkil kateqoriyası  şəkilçiləri 
ortaqlıq təşkil etsə də, bunlar mətn daxilində fərqlənir. F.Zeynalov haqlı olaraq 
yazır ki, feili sifətlər həmin  şəkilçilərlə  işləndikdə  əşyanın təyini kimi işlənir. 
Yalnız substantivləşdikdə müstəqil işlənir [5, s.115]. 
 
Saidin dağıni görüncə yaqdı Ruhi cismini, 
Yerü gög toldi düxaniləgörənlər sandi şəb (s.195); 
 
• Qoşmanın substantivləşməsi:  
 
Köməkçi nitq hissələrinin substantivləşməyə  məruz qaldığı zaman 
mübtəda vəzifəsində  işləndiyi “Divan”da aşağıdakı nümunələrdə öz əksini 
tapmışdır: 
 
Həlak olmadan ğeyrilər yoq çarəmiz, 
Nə səndən tərəhhüm, nə aşiqdə tab (s.292); 
 
• Ədatın substantivləşməsi
 
Nolalar girdi əbayə, ey Ruhi, 
Ətləsi-çərxi heçə satdıq biz (s.285) və s. 
Substantivləşməyə aid toplanan nümunələrdən də göründüyü kimi, 
substantivləşmə hadisəsi özünü ən çox sifətlərdə göstərmişdir.  
 
R.Bağdadi “Divan”ı dilində adverbiallaşan sifətlər. 
 
Nitq hissələrinin semantik dəyişməsi, funksional yerləşməsi və  mətni 
situasiya vəhdətindən asılı olaraq formal cəhətdən bir-birindən fərqlnən müxtəlif 
sözlər adverbiallaşa bilir. S.Abdullayeva başqa nitq hissələrindən zərf  əmələ 
gəlməsi yolları barədə  bəhs edən tədqiqatçıların məhz bir qayda olaraq, dilin 
semantik inkişafını yüksək qiymətləndirdiyini göstərir [2, s.36].  
Məlumdur ki, dilin semantik inkişafı özünü təkcə ayrı-ayrı leksik 
vahidlərdə yox, eləcə də müxtəlif sözdəyişdirici şəkilçilər vasitəsilə başqa nitq 
hissələrindən törəyən sözlərdə  də  əks etdirir. Bir sıra tədqiqatçılar müxtəlif 
linqvistik amillərlə  əlaqədar digər nitq hissələrindən düzələn və  zərfin 
əlamətlərini daşıyan sözləri “zərfləşən sözlər” adlandırırlar. Bu sahədə 
F.S.Kotelnikin tədqiqatları çox böyük əhəmiyyət kəsb edir [6, s.5-6].  
F.S.Kotelnik adların adverbiallaşmasını söz yaradıcılığının leksik-
semantik və qrammatik üsulu hesab edərək sözlərin semantik cəhətdən 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə