Filologiya məsələləri, 2017
1
ÔÈËÎËÎÜÈÉÀ
ÌßÑßËßËßÐÈ
№ 01
Топлу Азярбайъан Республикасы Президенти йанында
Али Аттестасийа Комиссийасы тяряфиндян рясми
гейдиййата алынмышдыр (Filologiya elml ri bюлмяси,
№13).
Азярбайъан Республикасы Ядлиййя Назирлийи Мятбу
няшрлярин рейестриня дахил едилмишдир. Рейестр №3222.
«Елм вя тящсил»
Бакы – 2017
Filologiya məsələləri, 2017
2
Ъурналын тясисчиляри: Азярбайжан Милли Елмляр Академийасы Ялйазмалар Институту вя
«Елм вя тящсил» няшриййаты
РЕДАКСИЙА ЩЕЙЯТИ: академик Иса Щябиббяйли, академик Васим
Мяммядялийев, академик Теймур Кяримли, АМЕА-нын мцхбир цзвц, ф.ü.е.д.,
проф. Низами Ъяфяров, АМЕА-нын мцхбир цзвц, ф.ü.е.д., проф. Мющсцн Наьысойлу,
АМЕА-нын мцхbир цзвц, ф.ü.е.д., проф. Ябцлфяз Гулийев, ф.ü.е.д., проф. Вилайят
Ялийев, ф.ü.е.д., проф. Fəxrəddin Veysəlli, ф.ü.е.д., проф. Гязянфяр Казымов, ф.ü.е.д.,
проф. Рцфят Рцстямов, ф.ü.е.д., проф. Надир Мяммядли, ф.ü.е.д., проф. İsmayıl
Məmmədli, ф.ü.е.д., проф. Мясуд Мащмудов, ф.ü.е.д., проф. Buludxan Xəlilov,
ф.ü.е.д., prof. Əzizxan Tanrıverdiyev, ф.ü.е.д., проф. Мцбариз Йусифов, ф.ü.е.д.,
проф. Гязянфяр Пашайев, ф.ü.е.д., проф. Ябцлфяз Ряъябли, ф.ü.е.д., проф. Nizami
Xudiyev, ф.ü.е.д., проф. Ъялил Наьыйев, ф.ü.е.д., prof. Камиля Вялийева, ф.ü.е.д.,
prof. Азадя Мусайева, ф.ü.e.d. Paşa Kərimov, фil.ü.f.d., dos. Нязакят Мяммядли
Бурахылыша мясул: академик Теймур Кяримли
Ряйчи: filologiya elmləri doktoru, professor Надир Мяммядли
Филолоэийа мясяляляри. Бакы, 2017, № 1
ISSN 2224-9257
© ”Elm və təhsil” nəşriyyatı, 2017
Filologiya məsələləri, 2017
3
DİLÇİLİK
NURİDƏ NOVRUZOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
Bakı Slavyan Universiteti
MƏTNİN KOQNİTİV TƏHLİLİNİN NƏZƏRİ ƏSASLARI
Açar sözlər: koqnitivizm, mətnə koqnitiv yanaşma, koqnitiv strukturlar
Ключевые слова: когнитивизм, когнитивный подход к тексту,
когнитивные структуры
Key words: cognitivism, cognitive approach to text, cognitive structures
XX əsrin 90-cı illərində mətnin semantikası üzrə tədqiqatlar yeni
səviyyədə, koqnitiv yanaşma işığında aktuallaşır. Koqnitivizm mətnin həm
qavranılmasının, həm də yaranmasının modelləşməsinin nəzəri platforması kimi
nəzərdən keçirilir. Son illərin dilçiliyində də mətnə koqnitiv istiqamətdə
yanaşma aparıcıdır. Problemlərə baxılma qaydası onların dilçilikdə "liderlik
etməsi"nin xronoloji ardıcıllığına deyil, antroposentrik yanaşmanın məntiqinə
uyğun gəlir, yəni koqnitivizm (lat. cognitio – bilik, idrak) dil şəxsiyyətinin
"fikirdən sözə" universal ideonitq dövrəsinin həyata keçirilməsi prosesində
struktur təşkilinin dil-koqnitiv səviyyəsində meydana çıxan fenomenləri tədqiq
edir.
Dilçilikdə mətn sintaksisinin əsas istiqamətlərindən biri koqnitiv
tədqiqatlarla bağlıdır. "Koqnitiv tərəqqi" XX əsrin son illərində dilçiliyin
inkişafını müəyyənləşdirən amillərindən birinə çevrilmişdir(13,34-47).
Koqnitiv dilçiliyin mahiyyəti "Koqnitiv dilçiliyin qısa lüğıtində" belə
verilmişdir: "Koqnitiv dilçilik linqvistik və ekstrolinqvistik deyə bölünməyən
semantikanın təntənəsindən başqa bir şey deyildir"(12, 41).
Koqnitiv paradiqmanın sürətli inkişafının əsasında dilçilikdəki
antroposentrik tendensiyalar durur. Koqnitivizm hal-hazırda liderlik edir və öz
orbitinə digər paradiqmaları gətirməyə iddia edir, lakin ümumi antroposentrik
panoramada o, öz strukturuna görə dil-koqnitiv səviyyəyə malik olan dil
şəxsiyyəti nəzəriyyəsinin yalnız bir hissəsidir.
Koqnitiv paradiqma çərçivəsində semantika, sintaktika və praqmatikanın
sintezi mümkündür. Belə ki, semantika və praqmatikanın koqnitiv sahəyə meyl
etməsi intensionallıq problemini həm sırf insani, həm də təkamül-bioloji
aspektlərdə öyrənilməyə başladı. Koqnitivlik rakursunda sintaktika məntiqin və
idrak nəzəriyyəsinin bir sıra spesifik problemlərini üzə çıxardı. Koqnitiv
problemlər kompleksi üçün fundamental olan biliyin konsepti "praqmantaksisə"
Filologiya məsələləri, 2017
4
(Ç.Fillmor) yeni impuls verir: məna "çalarlarının" fərqləndirilməsi yenidən
aktuallaşır, mental vəziyyət və mental streotip anlayışları ilə bağlı mədəni
konseptlər olan "həqiqət", "ədalət", "qanun", "səbəb", "fakt" və başqaları ön
plana çıxarılır, K.Q.Yunqun arxetipləri ilə paralellər aparılır və s.
Rusiyada koqnitivizmin mənbələrini L.V. Şerbanın, A.M. Peşkovsakinin,
A.İ. Smirnitskinin irsində axtarmaq lazımdır. Çünki onlar sözü qrammatik,
semantik və diskursiv xassələrin daşıyıcısı kimi qəbul edirdilər.
Lakin Rusiyadakı müasir koqnitiv tədqiqatlar xarici, xüsusilə də Amerika
alimlərinin əsərləri ilə fəallaşmışdır. Xüsusilə dilçiliyin inkişafında yeni dönüş
N.Xomskinin adı ilə bağlıdır. Rusiya Federasiyasının bir sıra elmi
dərgilərində dil haqqında elmin yeni istiqaməti haqqında bir sıra məqalələr çap
olunmuşdur: "Вопросы языкознания." jurnalında ((9,12, 16,19, 20, 21 və
başqaları); "Язык и интелект. Сб. (13, 34-47) və «Вестник Московского
университета" jurnal və məcmüələrində tanınmış xarici koqnitivistlərin
L.Talmi, E.Fava, V.Lanqaker, P.Sören və başqalarının əsərlərinin tərcüməsi yer
almışdır(10, 385-411).
Voronej universitetinin "Filoloji araşdırmalarında" belə bir
ümumiləşdirmə təklif olunur: "Koqnitiv dilçiliyin əsas obyekti nitq-fikir
fəaliyyətinin mexanizmləri, nitqin yaranması və anlanılması prosesləridir. Onun
əsas məqsədi dilin semantik sistemində (leksik və qrammatik mənalarda)
möhkəmləndirilmiş dil biliyinin qeyri-dil biliyi ilə necə bağlı olduğunu, təbii
dilin mental dillə (fikir dili ilə) qarşılıqlı təsirini anlamaqdır" (6, 172 -173).
Müvafiq olaraq "dilçilik tədqiqatlarında bir sıra yeni aksentlər meydana
çıxdı, o cümlədən, insan ünsiyyətinin dilxarici amillərinə, məsələn, dünya
haqqında insanın bilikləri istiqamətlənmə" (21.59).
Rusiyada koqnitivizmin mənbələrini L.V.Şerbanın, A.M.Peşkovskinin,
A.İ.Smirnitskinin irsində axtarmaq lazımdır. Onlar sözü qrammatik, semantik və
diskursiv xassələrin daşıyıcısı kimi qəbul edirdilər. Lakin Rusiyadakı müasir
koqnitiv tədqiqatlar xarici, xüsusilə də Amerika alimlərinin əsərləri ilə
fəallaşmışdır. Və burada dilçiliyin inkişafında yeni dönüş N.Xomskinin adı ilə
bağlıdır. Amerika strukturalizminin nəhəng nümayəndəsi olan Xomski 1957-ci
ildə «Sintaktik strukturlar» adlı kitabını nəşr etdirmişdir. Bu əsər generativ
(törədici) qrammatikanın əsasını qoydu.
Generativ dilçiliyin əsasında dilin törədici modeli haqqında təsəvvür yer
almışdır, yəni məhdud qaydalar dəsti vardır ki, dilin yalnız düzgün cümlələrini
yaratmaq qabiliyyətinə malikdir. Bu, dil iyerarxiyasının hansı tərəfindən nitqin
yaranması haqqında təsəvvürləri alt-üst etdi. Törədici dilçiliyə görə, nitqin
yaranması sintaksisdən fonologiyaya doğru baş verir, yəni ən absrakt sintaktik
strukturlardan başlayaraq. V.Rudnevin qeyd etdiyi kimi, Xomskinin aradıcılları
anlamağa başladılar ki, sintaksis yox, semantika cümlənin mənasını
müəyyənləşdirir. Yeni istiqamət formalaşır – törədici semantika, onun
Dostları ilə paylaş: |