Filologiya məsələləri, 2017
15
dəyişərək bir nitq hissəsindən digər nitq hissəsinə doğru inkişafında
abstraktlaşmanın əsas rolunu göstərir. Eləcə də ayrı-ayrı leksik vahidlərin
adverbiallaşmasında onun aid olduğu sözün mənasının böyük əhəmiyyətini də
qeyd edir.
M.Ş.Şirəliyev sifət və zərf məsələsinə həsr etdiyi məqaləsində “yaxşı”
sözünün leksik-qrammatik mənasında hər zaman sifət olaraq qaldığını qeyd edir
və bu sözün yalnız feillə əlaqələndiyi təqdirdə zərflik funksiyası daşıdığını
göstərir [7, s.177].
Göründüyü kimi, sifətlə zərfin fərqləndirilməsində meydana çıxan
mübahisələrin əsasında leksik və morfoloji cəhətdən sifət və zərfin bir-birinə
yaxınlığı durur. Lakin bu yaxınlığa baxmayaraq E.Kuriloviçin də göstərdiyi
kimi, “leksik cəhətdən sifət - əlamət, zərf isə münasibət bildirir” [8, s.65].
Dilçilik
ədəbiyyatında sifətlərin
substantivləşməsinin asan,
adverbiallaşmasının isə çətin dərk edilməsi yazılır [9, s.65]. Bunun əsas səbəbi
zərflərin tarixən zəif formalaşması, onların spesifik əlamətlərinin və lüğət
ehtiyatının az olması ilə izah olunur [10, s.114-115].
R.Bağdadi öz “Divan”ının dilində qədimdən mövcud olan sözlərdən
müxtəlif məqamlarda istifadə etməklə əşyanın əlamət və keyfiyyəti ilə hərəkətin
əlaməti və keyfiyyəti arasında uyğunluq yaradılmasına nail olmuşdur:
Gərçi ol ləli-ləbindən gözəl irişür canə səfa,
Sonra amma xəti sevdasinə düşmək nə bəla! (s.210);
Ruhiya, baği-lətafətdə xub açılmış güllər,
Baddən sanmə qızarmışdır o ruyi-ziba (s.313);
Asan idi tövbə cami-meydən,
Gər olmasa baisi-nədamət (s.203) və s.
Ruhi Bağdadinin “Divan”ında işlənmiş sifətlər içərisində maraqlı
cəhətlərdən biri də yalnız keyfiyyət bildirən sifətlərin feillərdən əvvəl işlənə
bilməsidir. Bu, onu göstərir ki, zərflik funksiyasında
işlənmə adverbiallaşma
üçün zəruri amillərdən biridir və təbii ki, zərflik funksiyasında işlənən hər söz
adverbiallaşa bilməz. Çunki hər hansı bir sözün adverbiallaşa bilməsi üçün onun
semantik cəhətdən dəyişməsi zəruridir. Yalnız rəng bildirən sifətlər istisnalıq
təşkil edir; belə sifətlərdə semantik dəyişmə baş vermədiyindən onlar adver-
biallaşmırlar.
Yuxarıda Ruhi Bağdadi “Divan”ından verilən
faktik nümunələrdən də
görünür ki, misralardakı
gözəl, xub, asan sifətləri öz əlamət və keyfiyyət
məzmununu saxlamaqla bərabər, yeni məzmun xüsusiyyəti (zərf xüsusiyyəti )
də qazanmışlar.
Filologiya məsələləri, 2017
17
причину объясняем слабым историческим формированием наречий, их
специфическими признаками и ограниченным словарным запасом.
A.HAJIYEVA
SUBSTANTIVIZED AND ADVERBIALIZED MORPFOLOGICAL
UNITS IN THE LANGUAGE OF “DIVAN” BY RUHI BAGHDADI
SUMMERY
Substantivization is the process of substituting the signs or qualities
which belong to things or matters in the languages, and the change of parts of
speech which is called the transitional process in linguistics,
in other words, it is
also called conversion. The content of the problem concerning the substitution
of parts of speech according to their meanings has been the matter of argument
in linguistics for a long time. In “Divan” substantivization is mostly seen in
adjectives, numerals, demonstrative
pronouns and participles, but in fewer
cases, it is found in secondary parts of speech. In linguistic literature much is
written about substantivization of adjectives to be easy, but adverbialization of
them is difficult. The real reason of it is mainly explained
with historically weak
formation of adverbs, their specific features and less vocabulary stock.
Rəyçi: filologiya elmləri doktoru, professor Roza Eyvazova