Filologiya məsələləri, 2017
21
Bu feillərdə ifadə olunan iş və hərəkətin bitdiyi, qurtardığı qəti şəkildə
bildirilir.
Müasir Azərbaycan ədəbi dilində nəqli keçmiş zamanın ikinci və
üçüncü şəxslərində həmçinin
-ıb,-ib,-ub, -üb morfoloji əlamətlərindən də istifadə olunur. Qeyd
etmək lazımdır ki, nəqli keçmiş zamanın -ıb,-ib, -ub, -üb qrammatik forma
ilə ifadəsi yalnız müasir ədəbi dilimiz üçün deyil, klassik ədəbiyyatımızın
dili üçün də xarakterikdir.
İ. Nəsiminin misralarında nəqli keçmiş zamanın -ıb (-ib, -ub, -üb)
morfemləri ilə ifadəsi də müşahidə edilir:
Səni kimdir Adəm oğlu deyən, allah, allah,
Bu sifətdə kim görübdür bəşəri cahan içində (səh. 72).
Qeyd etdiyimiz kimi, müasir Azərbaycan ədəbi dilində -ıb (-ib, -ub, -
üb) şəkilçisi yalnız ikinci və üçüncü şəxslərə aid olur. Lakin Nəsimi
poeziyasında nəqli keçmiş zamanın –ıb,-ib, -ub, -üb morfeminin birinci
şəxsə aid olduğuna da təsadüf edilir:
Kəpənək geymişəm, əndişədən azad olubam,
Üşümək müşkilini eylədi asan kəpənək ( səh. 124).
Qeyd. “Kəpənək” qədim türk sözü olub, “yapıncı” mənasını bildirir.
Beytin mənası belədir: Yapıncı geymişəm, qayğıdan azad olmuşam.
Üşümək çətinliyini, əngəlini yapıncı asan eylədi. Əslində beytin sətiraltı
mənası daha güclüdür. Şairin fikrinə görə, yapıncı (xirqə) öz əqidəsinə,
məsləkinə sadiq olan, Allahın nuru üzündə təcəlla tapan kamil insanların,
igidlərin donudur (geyimidir). Allahı inkar edənlər onu geyinməz. Digər bir
tərəfdən şair lirik qəhrəmanın dili ilə sosial bərabərsizliyə işarə vurur.
Yapıncı həmçinin sadə, yoxsul insanların geyimidir, onları soyuqdan
qoruyur.
Göründüyü kimi, Nəsimi bir misrada nəqli keçmiş zamanın hər iki
qrammatik formasından birinci şəxsin təkində istifadə etməklə həm təkrara
yol verməmiş, həm də poetik fikri məhz birinci şəxsin üzərinə yönəltmişdir.
İndiki zaman. Bu zaman hal-hazırkı dövrdə icra olunan işin zamanı ilə
həmin iş barəsində məlumat verilən vaxt arasındakı zamandır. Yəni əvvəlcə
hər hansı bir işin icrasına başlanır və bu icra sona çatmamış onun haqqında
məlumat, xəbər verilir. Bunların hər ikisi eyni zamanda baş verir. İndiki
zamanın morfoloji göstəricisi –ır, -ir, -ur, -ür şəkilçiləridir və bütün şəxslər
üzrə dəyişir. İndiki zaman digər zamanlar üçün meyardır.
Filologiya məsələləri, 2017
22
İ. Nəsimi yaradıcılığında temporallığın indiki zamanla ifadəsi, əsasən, -
r və bəzən də -ır, -ir, -ur, -ür morfoloji əlaməti ilə verilir. Araşdırmalar onu
deməyə əsas verir ki, Nəsimi poeziyasında indiki zamanın morfoloji əlaməti
sonu saitlə bitən feillərə qoşulduqda şəkilçinin tərkibindəki sait itmiş
vəziyyətdə işlənib və bu fakt əvvəlcə də qeyd etdiyimiz kimi, daha çox
müşahidə olunur:
Gərçi asandır der, ey can, eşqini hər bixəbər,
Kim ki şol sevdayə düşdü, bildi kim, asan degil.
Ey ki, sultan olmaq istərsən, fəqir ol kim, yəqin,
Kim ki sultan olmadı, sultan degil (səh. 138).
Onu da qeyd edək ki, “r” ünsürü yalnız indiki zamanın deyil, qeyri-qəti
gələcək zamanın ünsürü kimi də işlənir. M. Kaşğari bu haqda yazırdı: “ ...
müzare şəkli feillərin hamısı “r” ilə düzəldilir. Sözün sonunda “r” hərfi
varsa, ikinci “r” əlavə edilir. Birinci “r” sözün kökündə mövcud olan “r” dir,
ikincisi isə müzare və istiqbal hərfi olan “r” dir... Oğuzlar dildə sürət naminə
bəzi feillərdə müzare şəkilçisində olan iki “r” -dən birini atırlar və sözü əmr
şəkli kimi bir “r” ilə tələffüz edirlər” (2, səh. 59-60).
Misralarda müşahidə edilən indiki zamanda icra olunan iş, hal və
hərəkət subyektə aid olur:
Abdal oluban bəylik edən arifi gör kim,
Bu səltənətin qədrini sultan bilir ancaq (səh. 41) .
İndiki zamanda icra olunan bəzi iş, hal və hərəkət yalnız indiki zamanı
deyil, qeyri-qəti gələcək zamanı da əhatə edərək aforizm kimi səslənir:
Ey Nəsimi, aqibət varır yelə,
Bivəfa ilə yeyən nanü nəmək (səh. 123).
Beytin mənası belədir: Ey Nəsimi, vəfasızla yeyilən duz-çörək axırda
yelə gedər (heç olar). Yeri gəlmişkən, “varmaq” feli ədəbi dilin aktiv lüğət
fondundan çıxsa da, “fərqinə varmaq ”, “var-gəl etmək” kimi dil
vahidlərində, eləcə də qərb dialektində qalmaqdadır.
İndiki zamanda icra olunan iş, hal və hərəkət təbiətə də aid ola bilir. Bu
hal xüsusi olaraq poetik məqsədə xidmət edir:
Könlüm gəmisi qərq edə gər eşq dənizinə
Kim, bu dənizin bəhrini ümman bilir ancaq (səh. 41).
Filologiya məsələləri, 2017
23
Şairin poeziyasında bəzən -ar (-ər) şəkilçi morfeminin -ır (-ir, -ur, -ür)
şəkilçisini, yəni indiki zamanı ifadə etdiyinə daha çox təsadüf edilir. Bunu
misraların semantik yükünə istinadən müəyyənləşdirmək mümkündür.
Nümunəyə nəzər salaq:
Daneyi-xalın cahanı tutdu çün,
Türrədən niçün düzərsən bunca dəm? (səh. 167)
Beytin mənası: Bir xalın bütün cahanı tutdu, daha qıvrım telindən nə
üçün tələ qurursan?
Bu cür əvəzlənmələr “ Kitabi - Dədə Qorqud ” dastanının, eləcə də
folklorun, onun xüsusi qolu olan aşıq ədəbiyyatının dili üçün də
xarakterikdir. Məsələn, “Qadın ana! Qarşum alub nə bögrərsən? Nə
bozlarsan, nə ağlarsan? Bağrımla yürəgim nə tağlarsan? Keçmiş mənim
günimi nə andırarsan?...” “Bu parçadakı -ar2 şəkilçili sözlərin hər biri indiki
zamandadır: bögrərsən – böyürürsən (inləyirsən), ağlarsan – ağlayırsan,
tağlarsan – dağlayırsan, andırarsan – andırırsan. Bu cür sadələşdirmə mətnin
ümumi semantik yükü ilə birbaşa bağlanır” (3, səh, 299).
İ. Nəsimi şeirlərində təsadüf olunan maraqlı dil faktlarından biri də
ümumiyyətlə, qrammatik zaman formasının, xüsusən indiki zamanın
morfoloji göstəricisinin itməsidir. Müasir ədəbi dilimizdə indiki və qeyri-qəti
gələcək zamanın inkarında sait düşümü baş verir: almıram, almaram.
Nəsiminin misralarında isə indiki və gələcək zamanın morfoloji əlaməti olan
“r” bəzən itmiş vəziyyətdə olur. Nümunəni nəzərdən keçirək:
Qatımdan getməz oldu nari-hicran,
Çəkə bilməm nedim, arami-canım (səh. 146).
Misraların semantik yükü “çəkə bilməm” frazeoloji vahidinin məhz
indiki zamanı ifadə etdiyini sübuta yetirir – çəkə bilmirəm.
Gələcək zaman. Keçmiş zamanda olduğu kimi, bu zaman anlayışının
meydana çıxmasında da indiki zaman əsas meyar olaraq qalır. Gələcək
zaman nə vaxtsa icra olunacaq və ya olunmayacaq iş, hal və hərəkətin
əvvəlcədən xəbər verilməsini bildirir. Gələcək zaman işin icrasının qəti və
qeyri-qətiliyinə görə iki yerə ayrılır. Qəti gələcək zaman gələcəkdə qəti
şəkildə icra olunacaq və olunmayacaq işin vaxtı ilə həmin iş barəsində xəbər
verilən vaxt arasındakı zamanı əhatə edir. Felin bu zamanında işin icrası
gələcəkdə qəti şəkildə yerinə yetirilir və -acaq (-əcək) şəkilçisi ilə formalaşır.
Qeyri-qəti gələcək zaman isə gələcəkdə qeyri-qəti şəkildə icra
olunacaq işin zamanı ilə həmin iş barəsində məlumat verilən zamanı əhatə
edir və -ar (-ər) şəkilçisi ilə formalaşır. Qeyri-qəti gələcək zaman təkcə
Dostları ilə paylaş: |