Filologiya məsələləri, 2017
27
ГУМБАТОВА РАХИЛЯ
ТРАНСПОРТИРОВАНИЕ ВРЕМЕННОСТИ С
ГРАММАТИЧЕСКИМИ ФОРМАМИ В ПОЭЗИИ
ИМАДАДДИНА НАСИМИ
РЕЗЮМЕ
Статья. И.Насими поэзия в грамматических формах выражения
было сказано. Temporallıgın очень богата морфологическое выражение
симптомов. Насими mısralarında прошлое, настоящее и будущее время
включает в себя детальный сравнительный морфологическая
характеристика современного литературного языка. В статье также
образует temporallıgın расследование принимал участие в создании
глагола команды. Когда концепция формирования деепричастия и
прилагательного суффиксов глагола также играет важную роль. В
статье приводит к понятию времени, Насими поэзия и словесные
прилагательных суффиксы представлены в деепричастия.
HUMMATOVA RAHILA
TRANSPORTATION TIME WITH THE GRAMMATICAL
FORMS IN POETRY IMADADDINA NASIMI
SUMMERY
An article I.Nasimi poetry in grammatical forms of expression have
been told. Temporality very rich morphological expression of symptoms.
Nasimi's verses past, present and future time includes detailed comparative
morphological characteristic of the modern literary language. The article also
forms temporality an investigation has been involved in the creation of the
command verb. When the concept of the formation of the verbal adverb and
adjective suffixes of the verb also has an important role. The article leads to
the concept of time, Nasimi poetry and verbal adjective suffixes are shown
in verbal adverb.
Rəyçi: Əzizxan Tanrıverdi
filologiya üzrə elmlər doktoru, professor
Filologiya məsələləri, 2017
28
GÜLDANƏ PƏNAHOVA
Filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan Milli Aviasiya Akademiyası
SİNONİMİK MÜNASİBƏTLƏRİN TƏDQİQİNDƏ DİLÇİLİK
ƏNƏNƏLƏRİ
Açar sözlər: sinonimiya, sinonimik münasibətlər, dil vahidləri, dilçilik
Keywords: synonyms, synonymous relations, language units, linguistic
Ключевые слова: синонимия, синонимические отношения, языковые
единицы, языкознание
Giriş. Bildiyimiz kimi, sinonimiya və ya sinonimik münasibətlər dil
vahidləri arasında olan və dilçilikdə mövcud olan universal münasibətlər tipinə
aid edilir. Sinonimiya və ya sinonimik münasibətlərin mahiyyəti dil vahidlərinin
mənalarının tam və ya qismən üst-üstə düşməsinə əsaslanır. Dünya dilçiliyində
sinonimiya və ya sinonimik münasibətlərə maraq çox qədim zamanlardan
yaranmışdır. Məsələn, rus dilçiliyində sinonimiya və sinonimik münasibətlər
haqqında ilk məlumata 1627-ci ildə Kiyev şəhərində işıq üzü görmüş “Slavan-
rus kleksikonu və adların izahı” kitabında rast gəlinir (1). Alman dilində isə
“sinonim” terminindən 1794-cü ildə çap olunmuş “Alman sinonimiyası və
mənasına görə qohum olan sözlər” (2) kitabında istifadə olunmuşdur. İngilis
dilçiliyində sinonimlərə müraciət, alimlərin də qeyd etdiyi kimi, fransız dilinin
və fransız dilçiliyinin təsiri ilə olmuşdur. Bu təsirin tarixi isə Q.Xirar adlı fransız
müəllifinin 1718-ci ildə işıq üzü görmüş “Düzgün fransız dili” kitabı (3) ilə
başlayır. İngilis dilində sinonimiyaya münasibət bu kitabın təsiri ilə yazılmış və
daha dəqiq desək, adıçəkilən kitabın C.Trasler tərəfindən edilmiş tərcüməsi ilə
başlayır. C.Traslerin kitabı “İngilis dilində sinonim hesab edilən sözlər arasında
fərq” başlığı ilə çap etdirir (4). Azərbaycan dilçiliyində sinonimiyaya bu cür
tərif verilir: “Sinonimlik dilçiliyin leksikologiya, üslubiyyat, semasiologiya
və başqa sahələrində tədqiq olunur. Bu isə o deməkdir ki, sinonimlik an-
layışı genişdir. Sinonimlər lüğət tərkibini zənginləşdirir, başqa dil vahidləri-
nin bir-birinə yaxın variantlarını reallaşdırır, semasiologiyada isə yaxın, in-
cə məna çalarları yaradan, eyni zamanda sözün semantikasının parçalanma-
sı və genişlənməsi prosesinə xidmət edən bir vasitə kimi öyrənilir.
Sinonimlər öz potensial imkanları ilə ana dilimizin məna zənginliyini
təqdim edir. Həm ana dilimizdə, həm də elə xarici dillərdə sinonimlərin
xidməti həmin dillərin bilavasitə işlənməsini intensivləşdirir.
Sinonimlər leksik-semantik kateqoriya kimi aşağıdakı cəhətləri ilə diqqəti
cəlb edir:
1. Danışıq dilini zənginləşdirir.
Filologiya məsələləri, 2017
29
2. Dili incələşdirir, onun təsir gücünü artırır.
3. Mənanı qüvvətləndirir.
4.Dildə emosiya yaradır.
5. Nitq mədəniyyətində həlledici rol oynayır.
6. Fikri çatdırmaq üçün ona aydınlıq gətirir, eyni za manda həm də
dəqiqləşdirir.
7. Arzuolunmaz təkrarın qarşısını alır.
8. Təsirliliyi artırır və s.” (5, 3).
Azərbaycan dilçiliyində bu leksik hadisə haqqında söylənmiş bütün
məlumatların ümumiləşdirilməsindən belə bir nəticə alınar: “Sinonimlər –
dilçilikdə müxtəlif cür tələffüz olunan və yazılan, ancaq eyni və ya oxşar
mənaları olan sözlərdir. Sinonimlər nitq qabiliyyətini zənginləşdirməyə xidmət
edir. Sinonimlər arasında oxşarlıq olsa da, onlar öz fikri ifadə zənginliyi,
müəyyən üslubla bağlılığı və işlədilmə dərəcəsinə görə fərqlənirlər. Sinonimləri
təşkil edən sözlər eyni nitq hissəsinə aid olur. Bədii ədəbiyyatda hər hansı bir
deyimin təsir gücünü, bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə
olunur. Sinonimlər dilin zənginliyini və ifadə qüdrətini göstərən əlamətlərdən
biri sayılır”.
Çağdaş dönəmdə sinonimiya və sinonimik əlaqələrin tədqiqi sahəsində bir
neçə konsepsiya formalaşmışdır. Bu konsepsiyalar əsasən sinonimiya sözünün
və anlayışının ifadə etdiyi mənalar əsasında təsnif edilmişdir. Bu cəhətdən
konsepsiyaları iki əsas istiqamətə ayırmaq mümkündür:
Birinci konsepsiyaya görə, sinonimlər semantik cəhətdən eyni olan, amma
üslubiyyat sistemində fərqli yerlər tutan sözlərdir. Bu konsepsiyanın tərəfdarları
belə hesab edirlər ki, sinonimik əlaqədə olan sözlərin birinin əsas mənası və
digərinin məcazi mənası bir-birinin ekvivalenti kimi qəbul edilə bilməz.
İkinci konsepsiyaya görə isə, sinonimik əlaqədə olan sözlər semnatik
eynilik və semantik yaxınlığı ilə fərqlənirlər. Çağdaş dünya dilçiliyində bu
konsepsiyanın tərəfdarları daha çox üstünlük təşkil edirlər.
Fikrimizcə, ikinci konsepsiya dana məntiqəuyğundur. Çünki bir-biri ilə
sinonimik əlaqədə olan sözlərin mənaları heç zaman tam şəkildə üst-üstə düşə
bilməz. Mənaca üst-üstə düşən sözlər çox zaman leksik dubletlər və variantlar
kimi götürülür. Əsl sinonimlər kimi isə mənalarının biri uyğun olmayan sözlər
hesab edilir (6).
Görkəmli rus dilçisi Q.Vinokur szlərin sinonimliyinə dair belə bir fikrə
gəlir ki, “sözlərin sinonimliyi fiksiyadan, uydurmadan başqa bir şey deyildir”
(7). Sinonimiyanın bu şəkildə inkar edilməsi sinonimik sözlərlə mütləq
sinonimlərin eyniləşdirilməsi zamanı baş verir. Çağdaş dilçilikdə isə artıq
mütləq sinonimiyanın mövcud olmaması barədə fikirlər bərqərar olmuşdur.
Avropa dilçisi Blumfild də bu barədə yazırdı: “Hər bir linqvistik forma daimi və
spesifik formaya malik olur. Formalar fonetik cəhətdən fərqlidirlərsə, biz belə
Dostları ilə paylaş: |