Filologiya məsələləri, 2017
35
Qeyd edək ki, diskursun özünün sinonimik əvəzlənmələri, həqiqət
qanunları, etiketləri vardır. Bu bütövlükdə məntiqi-fəlsəfi termin kimi
mümkün “alternativ” dünyadır. Hər bir diskurs “mümkün” dünyadır.
Ənənəvi fransız dilçiliyində diskurs terminlə sinonim götürülürdü.
Amma kommunikasiya, sosiolinqvistika, psixolinqvistikanın inkişafı ilə
bağlı yeni mənalar kəsb etməyə başladı.
V.İ. Karasik yazır: “Bir-birini tanımayan insanlar arasında xüsusi müx-
təlif klişelər vardır. Amma onlar sossiumun normalarına uyğun ünsiyyətə
girməlidirlər. Bu instutisional diskursdur”. [2, s.80]
Effektiv kommunikasiya müsahibin düzgün anlamını təmin edir.
Ünsiyyət təcrübəsi olanlar bu prosesin nə qədər mürəkkəb olmasını, onun
iştirakçılarının çətinliklərlə, maneələrlə qarşılaşdığını bilirlər. Bu çətinliklər
həm subyektiv, həm də obyektiv xarakterli olaraq müsahibin şəxsiyyəti,
onun daxili vəziyyəti, ünsiyyət təcrübəsinin olması və ya olmaması ilə
əlaqədar olmayaraq bir sıra obyektiv faktorlardan irəli gələ bilıər. Bu cür
çətinliklər xüsusi maraq kəsb edir, belə ki, onların obyektiv xarakteri, real
ünsiyyət situasiyasında diskursiv praktika baxımından hesablanılmasını və
öyrənilməsini təmin edir. Mədəni kodun transformasiyası anlamanın
nəticəsidir. Biliklərin koqnitiv bloklarda reinterpretasiyası zamanı baş verən
dekonstruksiyalar yeni obraz üçün stimul yaradır.Diskursa koqnitiv yanaşma
diskurs iştirakçılarının koqnitiv bacarıqlarını şərtləndirir.
Koqnitiv yanaşmaya görə nitqin yaranmasına təfəkkür prosesi kimi
baxılır, eyni zamanda, bu da koqnitiv və dil strukturlarını onların daim birgə
fəaliyyətində və çulğalaşmasında nəzərdən keçirir, amma buna görə prosesin
özünün baş verməsi üçün insan beynində yalnız operativ mexanizmlərin
olmasına deyil, həmçinin tətbiqinin xüsusi “stasionar” bazası olmasını tələb
edir. Daxili leksikon (danışanın yaddaşının dəyişməyən hissəsi) niq
fəaliyyətinin vacıb komponenti kimi deyil, onun təmin olunması sistemi kimi
öyrənilir. (1. s.20. ). Diskurs termini müxtəlif alimlər tərəfindən müxtəlif cür
dəyərləndirilə bilər, bununla yanaşı ümumilikdə diskurs termini anlayışı adı
altında mətnlər qrupu nəzərdə tutulur. Məsələn, bir mövzu üzrə mətnlərin
üst-üstə düşməsi (совокупность) diskurs kimi qiymətləndirilir. Diskurs
zaman-məkan ahənginə malikdir. Məkanın parametrləri ən geniş mənada dil,
mədəniyyət kimi faktorlarla birləşərək tək, vahid əraziyə münasibət bildirir.
Diskursun bu cür anlamı formasiya haqda təqdimat edir ki, bu da vahid
formasiyaya aid olan mətnlər qrupunun yaratdığı diskursdur.
Bütün bu deyilənlərdən aydın olur ki, diskursun linqvokulturoloji
aspekti vacib sayılır.
Müasir dilçilikdə iki açar terminlərin- “dil şəxsiyyəti” və”diskurs”un
mövcudluğu imkan verir ki, şəxsiyyətin müəyyən tipinin dili dəqiq çizilmiş
diskursu ifadə etsin. Yeri gəlmişkən qeyd edək ki, diskurs sosial davranış
Filologiya məsələləri, 2017
36
forması kimi, sosial dünyanın və elm dünyasının özünün də formalaşmasında
alət rolunu oynayır. Bundan başqa, sosial münasibətlərin formalaşmasında
da aparıcı rola malikdir. Bu ona görə mümkün olur ki, diskurs sayəsində
cəmiyyətdə, insanların baxışlarında və addımlarında dəyişikliklər müəyyən
edilir, gizli və aşkar mənalar sahəsi yaradır.
Dil vasitələrinin instrumental
imkanları ideyası insan beyninin fəaliyyətinin modulyar təşkili sahəsini
araşdıran, alimlərin əsərlərində öz əksini tapmışdır
Zaman, məkan, mədəniyyət kimi anlayışların prizmasından diskursun
müəyyənləşdirilməsi tədqiqatçını mədəniyyəti dil anlamanın əsas vasitəsi
kimi orientasiya edir.
M.Peşe qeyd edir ki, təhlil metodları vardır ki, onların linqvistikaya
aidiyyəti yoxdur və onlar ilk olaraq yaranıblar, diqqətə alınmayıblar.
Sonralar bu metodlardan istifadə edildi və mətnin mahiyyətini başa düşməyə
can atdılar. Əgər mümkünsə, bu “sössürəqədərki” (дососсюровской) forma
adlana bilər (Пеше. М . s. 304).Əgər söhbət müasir dilçilikdən gedirsə,
bütün “дососсюровскиe” metodlar yenidən aktuallaşır. Əgər koqnitiv
dilçilik baxımından yanaşsaq, model üzrə dil faktlarının təhlili
informasiyanın hazırlanması və ötürülməsi dilçilikdə həmişə aktual
olmuşdur.Koqnitiv təhlilə görə, işarə onun sistemindən kənarda belə mənaya
malikdir. Beləcə, dil şəxsiyyəti, diskursiv tamlıqlar baxımından təhlil
edildikdə, mədəniyyətin, mədəni sərvətlərin daşıyıcısı kimi nəzərə çarpır.
Burada vacib cəhəti mütləq qeyd etmək lazımdır ki, mədəniyyət dedikdə,
fikir məkanı, məqsədlər, quruluşlar, standartlar, etiketlər, ştamplar və s.
nəzərdə tutulur.
Beləliklə, dil şəxsiyyəti, xarakterik diskursu əxz edən, diskurs-təhlil
aspektində öyrənilən “şəxsiyyət-tip” kimi qəbul edilir. Dil şəxsiyyətinin
bütövlüyündən danışmağa imkan verən nitq məkanı diskurs kimi formalaşır.
Beləliklə, diskurs zamanı çoxcəhətliliyin səbəblərini təhlillər əsasında
izləyib araşdırmaq, kontekstdə aşkar olunan müxtəlif, rəngarəng, çevik
diskurs strategiyalarının təsnifini və təhlilini vermək, tema sərhədinin
təbiətini və semantik sahələrini müəyyənləşdirmək maraq dogurur.
ƏDƏBİYYAT
1. Abdullayev Ə.Ə. Koqnitiv dilçiliyin əsasları. Bakı: 2008. s.20.
2.Карасик В.И. Языковые ключи. М: Гнозис, 2009, 406 с.
3. Mammadov Azad/ Person and Media Discourse. Bakı Beynəlxalq
Humanitar Forum. “Postmodern Dövrdə Milli Özünüdərk”bölməsinin
materialları. ADU, Bakı, 31 oktyabr – 1 noyabr, 2013. s.45-59.
Dostları ilə paylaş: |