Filologiya məsələləri, 2017
30
hesab edirik ki, onların mənaları da fərqli olmalıdır... Uzun sözün qısası biz belə
hesab edirik ki, həqiqi sinonimlər mövcud deyildir” (8). Bununla yanaşı,
dilçilikdə belə bir fikir də mövcuddur ki, tam sinonimiyaya yalnız terminologiya
sahəsində rast gəlmək mümkündür. Amma bu məsələyə toxunan ingilis dilçisi
C.Layonz yazırdı: “iki və daha artıq sinonim termin, prinsip etibarilə, aid olduğu
ixtisas sahəsində yalnız bir müddət paralel şəkildə işlənib yaşaya bilər. Müəyyən
müddətdən sonra onlardan biri dildə öz mövqeyini bərkidəcək, digəri isə
rəqabətə dözməyib sıradan çıxacaqdır” (9, 138). Rus dilçiləri E.Tolikina və
А.Krıjanovskayanın fikrinə görə isə, “termin sinonimiyadan qaçmalıdır, çünki
sinonimiya – ümumi ədəbi dilin xeyirli semantik prosesidir, terminologiyada isə
bu çatışmazlığa çevrilir” (10; 11, 12-13).
Macar dilçisi S.Ulman isə yazır ki, mütləq sinonimlik bizim dilə
münasibətimizə tamamilə əksdir. Dildə bir-birini tam şəkildə, hər zaman, hər bir
kontekst daxilində əvəz edə bilən sinonimlər mövcud ola bilməz. Bu zaman
həmin sözlər mütləq şəkildə nominativ məna, emosional çalar və s. baxımından
dəyişikliyə uğrayacaqdır (12, 141). Diliçilikdə sinonimlərə münasibəti
ümumiləşdirsək, deyə bilərik ki, bu fikirlər əsaən üç bpyük qrupa salına bilər.
Birincisi, məna baxımından tamamilə üst-üstə düşən sözlər sinonimiya yarada
bilər. İkincisi, sözlər ayrı-ayrı komponentlərinə görə sinonimiya yarada bilər.
Üçüncüsü, eyni cisim, predmet və hadisəni ifadə edən sözlər sinonimiya yarada
bilər. Əlbəttə, dilçilərin böyük əksəriyyəti sinonimiyaya mənaca yaxın olan
sözlər kimi yanaşırlar. Fikrimizcə, bu, çağdaş dönəm üçün ən düzgün yanaşma
sayıla bilər. Amma bu halda da bəzi istisnaları mütləq nəzərə almaq lazımdır.
Ümumiyyətlə, sinonimləri və kvazisinonimləri fərqləndirmək lazımdır.
Dilçilikdə sinonimiya və sinonimik münasibətlərlə bağlı bir qisim
mübahisəli məqamlar da mövcuddur. Sinonim anlayışının tam müəyyənləşməsi
üçün sinonimiya daxilində mövcud ola biləcək fərqlilikləri öncədən
müəyyənləşdirmək lazımdır. Bu fərqliliklər isə sinonimiya hadisəsində mütləq
şəkildə olmalıdır. Bu fərqliliklər sinonimiya barədə tədqiqat əsəri yazan bütün
dilçilər tərəfindən təsbit edilmişdir. Beləliklə, sinonimik əlaqədə olan sözlərin
hər birinin özünəməxsus məna çaları olur, digər sözlərlə sinonimik əlaqəyə
girən zaman da söz bu özünəməxsus çaları itirmir, bu zaman sözün kateqorial
funksiyalarına toxunmur.
Məhz bu məna çaları dilin sinonimiyasında mühüm əhəmiyyətə malik
olur. Sinonimiya nitqi daha canlı, fərqli, dolğun və zəngin edir. Sinonimik
əlaqədə olan sözlər danışıq zamanı təsvir olunan cisim, predmet və hadisə
barədə daha dolğun və dəqiq təsəvvür yaratmağa imkan verir.
Sinonimiyanın mənşəyinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu barədə
də dilçilik ədəbiyyatında müxtəlif fikirlər mövcuddur. Amma bu fikir və
mülahizələri ümumiləşdirərək belə yekdil qənaətə gəlmək mümkündür ki, bu v
ya digər dilin lüğət fondunda sinonimiyanın mənbələri fərqli ola bilər. amma bu
Filologiya məsələləri, 2017
31
fərqliliyini içərisində hər zaman ümumi cəhətlər də tapmaq mümkündür ki.
həmin ümumi və ya ortaq cəhətləri aşağıdakı şəkildə ümumiləşdirmək
mümkündür:
1.
qeyri dillərə məxsus sözlər: məsələn, dünyanın əksər dillərində
linqvistika sözü həmin dildəki ekvivalenti ilə paralel şəkildə
işlənir. Azərbaycan dilində - dilçilik – linqvistika və ya rus
dilində языкознание- лингвистика və s.
2.
dilin dialektlərindəki söz ehtiyatı da hər zaman sinonimik
cərgənin yaranmasında bilavasitə rol oynayır.
3.
dildəki jarqon sözlər də sinonimik cərgəni yarada bilir. məsələn,
oğru sözü julik sözü ilə paralel işlənir.
Dildə həm də frazeoloji sinonimiya da mövcuddur ki, sinonimiya və
sinonimik münasibətlər haqqında danışarkən bu məqamı mütləq şəkildə nəzərə
almaq lazımdır. Bəzən elə sözlər sinonimik cərgə yarada bilir ki, adi hallarda
onlar sinonimlik münasibətində olmurlar. Belə sözlər bu və ya digər frazeoloji
birləşmələr daxilində sinonimik münasibətə girə bilirlər ki, belə hallarda
frazeoloji sinonimiya hadisəsi baş verir. Məsələn, rus dilində belə frazeoloji
sinonimiyanı “дело-факт-обстоятельство” sözləri yara bilirsə, Azərbaycan
dilində buna qarşılıq olaraq “iş-hal-vəziyyət-qəziyyə” sinonimik cərgəni misal
gətirmək mümkündür.
Amma bu halda sinonimlər və sinonimiya ilə paradoks bir halla
qarşılaşırıq. Paradoks isə ondan ibarətdir ki, dildə şübhəsiz. bir-birinə mənaca
yaxın və ya eynimənalı sözlər mövcuddur ki, onlar müəyyən kontekst daxilində
bir-birini əvəz edə bilir. Amma bütün hallarda onlar arasındakı münasibətlər
şərti olacaqdır.
Bu gün çoxlu sayda sinonimlər lüğətləri tərtib edilmiş və nəşr edilmişdir.
Lakin həmin lüğətlərlə yaxından tanışlıq zamanı məlum olur ki. o lüğətlərə
salınan sinonimlərin heç də hamısı sinonimik münasibətdə olmurlar. Çox
zaman lüğətlərdə sinonim kimi təqdim edilən bu sözlər sadəcə yaxın mənalı
sözlərdir ki. bəzi kontekstlərdə assosiativ cərgələr yarada bilirlər. Belə sözlərə
nəzər yetirərkən məlum olur ki, onlar hətta bir-birini əvəz etmək qabiliyyətinə
də malik deyillər və ya çox nadir hallarda bir birini əvəz edirlər.
Bu zaman bir məqam da xüsusi olaraq vurğulanmalıdır. Əksər hallarda
sinonimik cərgənin yaranmasında və hətta tədqiqində kitab dilinin leksik qatının
böyük əhəmiyyəti vardır. Siyasi, hərbi, iqtisadi və s. sahələrin leksikasında
sinonimlər, sinonimiya, sinonimik münasibətlər isə daha az tədqiq olunmuş və
ya heç tədqiq olunmamış sahələrdən biridir.
Leksik sinonimiya nəzəriyyəsinin formalaşması yolunda yaranan mühüm
problemlərdən biri də sinonimlik faktının formal olaraq təsdiq olunmasıdır.
Yəni iki və daha artıq sözün mənalarının üst-üstə düşməsi və ya eyniliyi hələ
onların sinonimliyinə və ya qeyri-sinonimliyinə dəlalət edə bilməz. Məhz buna
Dostları ilə paylaş: |