Filologiya məsələləri, 2017
51
ədatlarının iki növü vardır: onların bir növü “ىنعملا فورح”, yəni başqa
sözlərlə işləndikdə müəyyən mənaya malik olanlardır, yəni onlar işləndikləri
sözlərlə yeni məna kəsb edir. İkinci növ isə müəyyən mənaya malik
olmayandır, o ya qüvvətləndirici, ya da təkid ədatıdır.
Kufəlilərin əksəriyyəti “huruf” istilahının əvəzunə “ədat, ədavat” sözü
ilə kifayətlənmişlər”.
B.M.Qrande özünün “Müqayisəli tarixi aspektdə ərəb qrammatika
kursu” kitabının qrammatik terminlər lüğəti hissəsində hərflərin 40-a qədər
növünü göstərir (9, 566-568).
Köməkçi nitq hissələrinin ümumi sayına gəldikdə, onlar İbn Hişamın
“Muğnil-ləbib”ində 108-dir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bu kitabda
həm ön qoşması, həm bağlayıcı, həm qüvvətləndirici ədat kimi işlədilən,
faktik olan üç, bəzən dörd hesab edilə bilən köməkçi nitq hissəsi bir başlıq
altında getdiyi üçün onların sayı daha çoxdur. Hər halda türk
ədəbiyyatşünasları Sələmə Bakırcı və Məhəmməd Sani Çökənlinin “Ərəbcə
ədatlar sözlüyü” kitabında onların sayı 237-dir (3)
“Qurani-Kərimdə ədatların və əvəzliklərin lüğəti” kitabının
müəlliflərindən biri İsmayıl Amayra həmin əsərə yazdığı müqəddimədə
deyir:
..."
تاودلاا ةملك مادختسا نع اردغ ئراقلا حيمتسنو
عئاشلا حلطصملا نم لادب
"
فورح
ىنعملا
"
نيتملك نم بكرملا حلطصملا نم ةجاحلاب ىف وا ةملكلا هذھف
"
ىنعملا فورح
:"
نم نإف
ءابو ءافلاو ءابلاك ةيفرحلا ىف سلاخ وھ ام فورحلا
...
ةيلعفلاو ةيفرحلاو ةيمسلاا نيب عمجي ام اھنمو
ك
"
ام
"
و
"
اشاح
"
و
"
ادع
."
وك حلطصم لاح ىا ىلع وھو
ىدل هلامعتسا ددجت نع لاضف ميدق يف
نيثدحملا
."
“... Biz çox yayılmış “ىنعملا فورح” əvəzinə “ədatlar” istilahını
işlətdiyimiz üçün qaridən üzr istəyirik. Biz bu istilaha (تاودلاا) ona görə
üstünlük veririk ki, əvvələn iki sözdən ibarət olan mürəkkəb “ىنعملا فورح”
əvəzinə daha sadə bir istilahdır. İkinci səbəb odur ki, bu hissələrdən ب, ف, لب
kimi xalis olanları vardır. اشاح, ادغ “ام” kimiləri də vardır ki, onlar da,
köməkçi nitq hissəsi və fellik xüsusiyyətlərini cəmləşdirə bilir. Hər halda o,
müasir qrammatiklərin yeniləşdirib işlətdiklərindən daha üstün olan qədim
Kufə istilahıdır” (6)
Ərəb dilçiliyində demək olar ki, bütün köməkçi nitq hissələrinin eyni
bir istilahla “ədatlar” adlandırılması bir neçə səbəbdən irəli gələ bilər.
bunlardan biri, bəlkə də birincisi odur ki, köməkçi nitq hissələrini bəzən bir-
birindən ayırmaq çox çətin olur. Ərəb dilində ayrı-ayrı köməkçi nitq
hissələrini “فرح” termini ilə də işlədirlər. Məsələn, رجلا فورح, ماھفتسلاا فرح,
ةلصتملا فورحلا və s. bununla brabər “ədat” istilahı ilə müəyyənləşdirilən
köməkçi nitq hissələri də mövcuddur. Məsələn, فيرعتلا ةادا. Nəhayət, köməkçi
nitq hissələrini “isim” istilahı ilə də adlandırırlar. Məsələn, لوصوملا مسا.
Filologiya məsələləri, 2017
52
“Muğnil-ləbib” əsəri bir neçə dəfə nəşr olunmuşdur. Əsərin əski çap
nüsxələri VI-233/7571, XVI-1574/5801, IV-185/1509, V-237/8757, XVI-
1639/5867 şifrələri altında Azərbaycan Milli Elmlər Akademiyası
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılır. Bu
nüsxələrin hamısında əsər müxtəsər olaraq “Muğnil-ləbib” kimi verilir. VI-
233/7571 şifrəli çap nüsxəsi h.1300/m.1882-ci ildə Misirdə nəşr olunmuş,
həcmi 367 səhifədən ibarətdir. XVI-1574/5801 şifrəli çap nüsxəsi
h.1276/m.1859-cu ildə nəşr olunmuşdur. Burada kitabın nəşr olunduğu tarix
göstərilsə də, nəşr olunduğu yeri verilməmişdir. H.1300/m.1882-ci ildə
Tehranda “Fəxru Hacı İbrahim” mətbəəsində nəşr olunan “Muğnil-ləbib”
əsəri iki nüsxədə; IV-185/1509 və V-237/8757 şifrələri altında mühafizə
olunur. Hər ikisi eyni həcmdədir, 366 səhifə təşkil edir. XVI-1639/5867
şifrəli çap nüsxəsi isə h.1292/m.1875-ci ildə nəşr olunmuşdur. Həcmi 366
səhifədir (1, 286-288).
Əsərin əlyazmaları çoxdur. Təkcə Dəməşqdə əz-Zahiriyyə
kitabxanasında onun 10 nüsxəsi var. Yeni üsulla olan nəşrin tədqiqatçısı
Məhəmməd Məhyəddin Əbd əl-Həmid olmuşdur. Lakin bu nəşrlər təsadüfi,
yoxlanılmamış əlyazmaları əsasında nəşr olunduğu üçün dəqiq hesab oluna
bilməz, onlar nəinki bir-birlərindən, həm də ən dəqiq hesab olunan
nüsxələrdən də fərqlənir.
“Muğnil-ləbib”in ən tam, ən oxunaqlı, gözəl xətlə yazılmış iki nüsxəsi
vardır. Birinci nüsxə Dəməşqdədir. Kamil əlyazmalarından hesab olunan bu
nüsxə orta həcmli vərəqdə yazılmış və 187 vərəqdən ibarətdir. Əlyazması
965-ci ildə Məhəmməd Əbdülkərim Xətibzadə tərəfindən köçürülmüşdür.
İkinci nüsxə birincidən daha qədimdir. O, 195 səhifədən ibarət olub, 765-ci
ildə köçürülmüşdür. Xəttat Mahmud ibn Məhəmməd ibn Ömərdir.
Ədəbiyyat
1. Əski çap kitabları kataloqu, III cild. Ərəbdilli kitablar. Bakı, “Nurlan”,
2010.
2. Məmmədəliyev V.M. Ərəb dilçiliyi. Bakı, Maarif, 1985.
3. Bakırcı S., Çögenli S. Arapça edatlar sözlüğü. Erzurum, 2000.
4.
ىراصنلأا ماشھ نبإ
.
،ناريا ،مق ،ءاداھشلا ديس ةبتكم ،نآزج ،بيراعلأا بتك نع بيبللا ىنغم
د
.
ت
.
5.
ىراصنلأا ماشھ نبإ
.
،توريب ،ركفلا راد ،بھذلا روذش حرش
١٩٩٨
6.
لا
ىف رئامضلاو تاودلأا مجعم ،ديسلا ىفطصم ديمحلا دبع روتكدلا ،رئامع دمحأ ليئامسإ روتكد
،توريب ،ةلاسرلا ةسسؤم ،ميركلا نآرقلا
١٩٨٨
7.
،ةرھاقلا ،تاحنلا رھشأ خيراتو وحنلا ةأشن ،دمحم ىواطنطلا
١٩٧٣
8.
،ةرھاقلا ،فراعملا راد ،ةيوحنلا سرادملا ،فيض ىقوش
١٩٨٣
9. Гранде Б.М. Курс арабской грамматики в сравнительно-историчес-
ком освещении. Москва, Восточная литература, 2001.
Dostları ilə paylaş: |