Filologiya məsələləri, 2017
49
hissələrini bölmədən, ədatların adı altında ümumi şəkildə tədqiq edir, hər bir
ədatdan bəhs edərkən onun funksiyası əsasında müxtəlif rollardan danışır.
Tədqiqatçılar yazırlar ki, “Muğnil-ləbib” əsəri bizdən əvvəlki dilçilər
üçün daha anlaqlı olmuşdur. Ona görə ki, bizdən əvvəlki dilçilər bizdən daha
hafizəli, daha məlumatlı, adi bir müddəanın göstərilməsi ilə onun hansı
dilçiyə mənsub olmasını heç bir məxəzə müraciət
etmədən təyin etməyə
qadir alimlər olmuşlar.
Tədqiqatçılar öz müddəalarını bir növ qüvvətləndirmək üçün yazırlar
ki, “Muğnil-ləbib” əsərinin heç bir nüsxəsi ancaq onun mətnindən ibarət
olmayıb, əsasən əsər yazılmış haşiyələrdən hesab olunur. Əl-Əmir haşiyəsi,
ya da əd-Dəsuqinin haşiyəsi ilə birlikdə köçürülmüşdür. Bu haşiyələrdə
Quran qiraət üsullarından tutmuş, kiçik qrammatik məsələlər barədə verilən
izahatlar olmadan “Muğnil-ləbib” əsərini başa düşmək çətindir (4, 9).
Demək lazımdır ki, “Muğnil-ləbib” əsərində bu və ya digər bir fikri təsbit
etmək üçün gətirilmiş şəvahidlər təsəvvür edilməz dərəcədə çoxdur. Təkcə
onu demək kifayətdir ki, əsərdə 1425
Quran ayəsi, 78 hədis, 50 atalar məsəli
işlədilmiş, 352 şair və dilçinin adı çəkilmiş və onlara istinad edilmiş və 107
dilçilik əsərindən iqtibas gətirilmişdir (4, 920-994) (Bu əsərlərin müəllifləri
Bəsrə, Kufə, Bağdad, Şam, Yəmən, Məğrib və Əndəlus dilçilik mərkəzlərinə
mənsub olan dilçilərdir. Heç şübhə yoxdur ki, bütün bunlar İbn Hişamın
geniş erudisiyasına, müxtəlif elmləri dərindən bilməsinə və hər şeydən əvvəl
zəhmətkeşliyinə dəlalət edir).
İbn Hişam əl-Ənsari “Muğnil-ləbib” kitabında köməkçi nitq hissələrini
araşdırmaq üçün ona qədər ərəb dilçiliyində rast
gəlinməyən bir üsul
seçmişdir. O, ümumiyyətlə başlıqlardan imtina etmiş, başqa kitablarda
olduğu kimi, “Nida fəsli”, “Cərr fəsli” (6, 32-36) kimi ünvanlardan imtina
etmiş, “Huruful-cərr”, “Huruful-qasəm” kimi ibarələri də başlıq kimi
işlətməmiş və onları sadəcə olaraq bir yerə toplayıb, əlifba sırası ilə
düzmüşdür. Məsələn, onun درفملا ملالا (yalnız ləm) başlığı altında öyrəndiyi
köməkçi nitq hissəsinin ədatmı, bağlayıcımı, ön qoşmasımı və ya modal
hissəcikmi olduğunu əvvəlcədən demək çətindir. Müəllif bu nitq hissəsini
araşdırarkən onun neçə cür işlədildiyini izah edir. Onun izahından başa
düşmək olur ki, bu nitq hissəsi
müştərək nitq hissəsidir və o, həm ön
qoşması, həm bağlayıcı, həm qüvvətləndirici modal söz, həm də təsirsiz bir
əlavə ünsür kimi işlədilə bilər. İbn Hişamın “Qavaidul-irab”, “Qatrun-nədə
və bəllus-sadə” və “Şüzuruz-zəhəb” kitablarını oxuyub başa vurmuş, ərəb
qrammatikasına yaxşı bələd olub, onu bilən alimlər üçün yazıldığını nəzərə
alsaq, onu əlinə alan bir kəsin bu köməkçi nitq hissəsinin nə olduğunu
əvvəlcədən bilməli olduğunu deyərik. İbn Hişam
bu əsərində bu və ya digər
köməkçi nitq hissəsi barədə də söyləmiş və müxtəlif şəkildə, pərakəndə
şəkildə mövcud olan müddəaları bir yerə toplamış, müxtəlif alimlərin bu
Filologiya məsələləri, 2017
50
barədə dediklərini saf-çürük eləmiş, ya birinə,
ya o birinə üstünlük vermiş,
ya da heç birini bəyənməyərək, onların fikirlərini rədd etmiş, öz
mülahizələrini irəli sürmüş və bu mülahizəni çoxsaylı misallarla təsbit
etmişdir. İbn Hişam çox vaxt, ümumiyyətlə terminlərdən istifadə etmir. Mə-
sələn, فيك “keyfə”-dən danışarkən yazır ki, o, iki cür işlədilir ( ىلع لمعتست
نيھجو): şərt üçün سلجأ سلجت فيك (Necə otursan, elə də oturaram) və sual üçün
(4, 270-271). Bundan sonra bu fikir barədə digər dilçilərin dediklərini
əsaslandırır, müəyyən bir nəticə çıxarır və onun təsbit edir. “Keyfə”dən
danışarkən o, Qutruba, Sibəveyhiyə müraciət edir. فيك (keyfə) və اذإ (izə)
ədatları arasında müqayisə aparır. Lakin İbn Hişam “keyfə”nin
köməkçi nitq
hissəsi kimi ədatamı, əvəzliyəmi, sual əvəzliyinəmi aid olduğunu qeyd etmir.
Elə bil ki, köməkçi nitq hissələrinin təsnifat məsələsi İbn Hişamı
ümumiyyətlə maraqlandırmır.
Bununla belə, İbn Hişam çox vaxt hərf və ədavat terminlərdən istifadə
edir və bəzən onları sinonim kimi işlədir. Əksər halda hərf istilahını İbn
Hişam ön qoşması mənasında işlətsə də, bu istilah altında ədatlar da
öyrənilir. Məsələn, دق “qad” ədatından danışarkən o, bunun həm isim, həm də
ədat kimi işlənməsindən danışır və bir ədat kimi onun beş mənasını göstərir.
Bunlar güman, keçmiş zamanın danışıq momentinə yaxınlaşdırılması (təqib),
“təqlil”, “təhdid”, “təksir”dir. İbn Hişam “qad” ədatının bu beş mənasını əl-
Əxfar, İbn Asfur, əz-Zəməxşəri kimi dilçilərin əsərlərindən cəm etmişdir (4,
228-230).
Ümumiyyətlə, demək lazımdır ki, ərəb dilçiliyində köməkçi nitq
hissələrinin təsnifatı köməkçi nitq hissələrinin özünün təsnifatı kimi
mürəkkəb bir məsələdir. XI əsrdən etibarən ərəb
dilçiləri Sibəveyhidən gələn
üçlük təsnifata qarşı çıxmış, dördlük və yeddilik təsnifat irəli sürmüş, ön
qoşmaları ədatlardan ayıraraq sonuncuları elə ədat altında öyrənməyi təklif
etmişlər (6, 155-158). Lakin köməkçi nitq hissələrinin bir qismini ayırıb ədat
və ya ədavat altında öyrənmək təklifi ərəb dilində olan çaşbaşlığı aradan
qaldıra bilməz. Çünki ənənəvi dilçilikdə kufəlilər tərəfindən işlədilən ədat
(ədavat) istilahı bəsrəlilərin işlətdikləri hərf (hüruf) istilahının sinonimi kimi
dilçilikdə artıq möhkəmlənmişdir. Bunu müasir ərəb dilçisi Abbas Həsən də
təsdiqləyir. O yazır:
فورحلا نومسي ةاحنلا
:
"
طبرلا تاودا
:"
تاذ ىلع لدت نا اما ةملكلا نلا
:
ىلع لدت نا اماو
درجم ىنعم
)
يا
:
ثدح
(
اھنم درجملا ىنعملاو تاذلا نيب طبرت نا اماو
.
تاذلا ىلع لدي مسلإاف
ىمسي عون ،ناعون طبرلا فورحو طبارلا وھو فورحلاو اھنم درجملا ىنعملا ىلع لدي لعفلاو
:
نعم ديفي هنلأ ،ىنعملا فورح
رركموا دئاز وھ امناو ،يناعملل سيل عونو ،هعم هيلجم اديدج ى
......
فورحلا ةيمست ىلع رصتقي نييفوكلا رثكاو
" :
تاودا
."
“Qrammatiklər köməkçi nitq hissələrini əlaqə - birləşdirmə ədatları ad-
landırmışlar,
çünki söz ya müəyyən mahiyyəti, ya da mücərrəd mənanı
göstərir, ya da mahiyyətlə mücərrəd mənanı əlaqələndirir. Rabitə (əlaqə)